Kurikulum mərkəzində "dəyirmi masa"

 

 Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum mərkəzində  "2008-2009-cu dərs ilində I siniflərdə yeni fənn  kurikulumlarının tətbiqi vəziyyəti: nailiyyətlər, problemlər  perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Kurikulum mərkəzinin direktoru, pedaqoji  elmlər namizədi , dosent Ənvər Abbasov I siniflərdə kurikulumların tətbiqi vəziyyətindən vacib olan  məsələlərdən danışıb.

Sonra  ibtidai təhsilin kurikulumu şöbəsinin müdiri, dosent Bibixanım İbadova mövzu ilə əlaqədar məruzə edib.

Məruzə ətrafında TPİ-nin  şöbə müdiri V.Xəlilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodkabinetinin müdir müavini S.Məmmədova, 20 nömrəli  məktəb-liseyin direktor müavini S. Heydərova, 124 nömrəli orta məktəbin sinif müəllimi Ç.Əliyeva başqaları çıxış edərək fikir   mülahizələrini bildiriblər.

 

 

Ş.CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.8.