Arzusu böyüyəndə
rəssam olmaqdır
Bakıdakı 28 nömrəli orta məktəbin direktoru Gülarə Verdiyeva bildirdi ki, əvvəlki illərdən fərqli olaraq 2009-cu ildə "Uşaq ili" çərçivəsində məktəbdə xeyli rəngarəng silsilə tədbirlər keçirilib. Elə bu günlərdə məktəbin I sinif şagirdi Əlihəsən Həbibovun rəsm əsərlərindən ibarət sərginin açılışının keçirilməsi xüsusi istedadlı uşaqlara göstərilən qayğının bir nümunəsidir.
Sərginin açılışı günü Əlihəsəni təbrik edənlər arasında sinif yoldaşları ilə bərabər, müəllimləri də var idi.
Onun arzusu böyüyəndə rəssam olmaqdır.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.-8 yanvar.-S.8.