Doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2009-cu il tarixli, 682  nömrəli əmrinə əsasən 2009-cu il 4-5 dekabr tarixlərində Təhsil Nazirliyinin   təşkilatçılığı ilə Azərbaycan Dillər  Universitetinin bazasında doktorantların  gənc tədqiqatçıların  XIV Respublika elmi konfransı keçirilmişdir. Konfransın bölmə iclaslarının aparılmasına məruzələrin elmi səviyyəsinin qiymətləndirilməsinə görkəmli alimlər cəlb edilmişdir.

Təşkilat Komitəsinə 20 ali məktəbdən 298 məruzə tezisi göndərilmiş həmin məruzələrin adları proqrama daxil edilmişdir.

Konfransın 19 bölməsində  222  məruzə dinlənilmiş müzakirə edilmişdir. Məruzəçilərdən 58 nəfəri elmi işinin aktuallığı, yeniliyi mövzusunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənmişdir. Təşkilat Komitəsinin qərarına əsasən  konfransda dinlənilmiş  bölmə sədrləri tərəfindən nəşrə layiq görülmüş məruzə tezislərinin doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materiallarına daxil edilməsi    nəşr olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Dillər Universitetinin rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün müvafiq şərait yaradılmış lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1.  Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq doktorantlar gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının ali məktəblərdə gənc alimlərin hazırlanmasına müsbət təsiri qeyd edilsin.

2. Bölmə sədrlərinin rəyinə əsaslanaraq doktorantların gənc tədqiqatçıların XIV Respublika  elmi konfransında dinlənilmiş məruzələrin elmi səviyyəsinin ümumilikdə keçən konfransa nisbətən daha yüksək olması müsbət hal kimi qeyd edilsin.

3. Doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransının bölmə sədrlərinə həmsədrlərə bölmənin işinin təşkilində səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

4. Bölmə sədrlərinin qərarlarına əsasən doktorantların gənc tədqiqatçıların  XIV Respublika elmi konfransında  fəal iştirak etmiş  doktorant gənc tədqiqatçılara sertifikatlar təqdim edilsin.

5. Bölmə sədrlərinin qərarlarına əsasən doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransında ən yaxşı məruzə ilə çıxış etmiş aşağıda adları göstərilən doktorant gənc tədqiqatçılar noutbukla mükafatlandırılsın:

- Nağıyev Elnur Vaqif oğlu, Bakı Dövlət Universitetinin doktorantı, "Kürün aşağı axınında yerləşən şəhərlərin ekoloji şəraitinə görə qiymətləndirilməsi" məruzəsinə görə; 

- Əsgərova Nuranə Şakir qızı, Azərbaycan Dillər Universitetinin doktorantı, "Subtitr onun tərcüməsi" məruzəsinə görə;

- Novruzova Gülnar Vəli qızı, Azərbaycan  Memarlıq  İnşaat  Universitetinin doktorantı, "Kanalların çöküntülərdən təmizlənməsinin əsas xüsusiyyətlərinin tətbiqi" məruzəsinə görə;

- Salamov Əlisgəndər Akif oğlu, Azərbaycan Texniki Universitetinin doktorantı, "Külək mühərriklərində istifadə olunan rotorlu qanadlı pərlərin müqayisəli analizi" məruzəsinə görə;

- Səmədov Samir Bəxtiyar oğlu,  Bakı Dövlət Universitetinin doktorantı,  "İssledovaniye problemı otkazoustoyçivosti raspredelennıx sistem" məruzəsinə görə.

6. Doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransının  Azərbaycan Dillər Universitetində keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin universitetin rektoru, professor Səməd Seyidova elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

7. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

7.1. Doktorantların gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları nəşrə hazırlanıb çap olunmaq məqsədilə Azərbaycan Dillər Universitetinə təqdim edilsin.

7.2. Bu əmrin 2 nömrəli əlavəsində adları çəkilən doktorant gənc tədqiqatçılar üçün müvafiq sertifikatların  hazırlanması təmin edilsin.

7.3. Doktorantların gənc tədqiqatçıların XV Respublika elmi konfransının keçirilməsi haqqında təkliflər hazırlanıb 10 fevral 2010-cu il tarixə qədər nazirliyin rəhbərliyinə təqdim edilsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində, "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

21 dekabr 2009-cu il

 

Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.2.