Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına

 

Yaponiyanın ölkəmizdəki səfirliyi ilə yeddi qeyri-hökumət təşkilatı bir təhsil şöbəsi arasında ötən ilin dekabrında imzalanmış müqavilələrə əsasən Yaponiya hökumətinin "Ot kökləri insan təhlükəsizliyi" qrant yardım Proqramı çərçivəsində bu il ölkəmizdə səkkiz layihə həyata keçiriləcək. Layihələrin 3-ü təhsil sahəsini əhatə edir. Belə ki, adıgedən proqram çərçivəsində Salyan rayonunun Xurşud kəndində yeni məktəb binasının tikilməsi, Quba rayonundakı İkinci Nügədi kənd 1 nömrəli  məktəbinin təmiri Gəncə Peşə Təhsili Mərkəzinin avadanlıqlarının yeniləşdirilməsi nəzərdə tutulub. Hər layihənin icrasına 96-97 min ABŞ dolları vəsait ayırılıb.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.1.