Peşə təhsilinin kurikulumlarının
hazırlanmasına dair
seminar
Təhsil Nazirliyindən
aldığımız məlumatda
bildirilir ki, yanvarın 8-də "Azərbaycan
Respublikasında texniki
peşə təhsilinin
inkişafı üzrə
Dövlət Proqramı
(2007-2012-ci illər)" çərçivəsində
texniki peşə təhsilinin kurikulumları
və yeni standartlarının hazırlanması,
bu istiqamətdə beynəlxalq təcrübənin
öyrənilməsi məqsədi
ilə 16 nömrəli
Bakı Peşə Liseyində seminar keçirilib.
Seminarda işçi
qrupu tərəfindən hazırlanmış ixtisaslar üzrə peşələrin
kurikulumlarının layihə sənədi və layihə sənədində nəzərdə
tutulmuş peşələrin
əsas məqsədi, təhsil müddətində
öyrədiləcək məzmunun əsas istiqamətləri (əsas
funksiyaları), peşə standartları (funksional modulları) ayrı-ayrılıqda oxunaraq
yenidən müzakirə edilib.
Təhsil Nazirliyinin
nümayəndəsi Elxan
Cəfərov çıxışında
bildirib ki, gələcəkdə peşə
təhsili üzrə
yeni peşə-ixtisas
klassifikatorunun
və seçilmiş
ixtisaslar üzrə kurikulumların hazırlanması
"Dünyaya Baxış"
beynəlxalq humanitar təşkilatı
tərəfindən dəstəklənən
"Gənclərin məşğulluq
şəbəkəsinin yaradılması"
layihəsi çərçivəsində
həyata keçiriləcək.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.1.