Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi

 

Yanvarın 10-da respublikamızda məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi. Bu turda I mərhələnin qalibləri olan IX, X, XI sinif şagirdləri riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili ədəbiyyat,  Azərbaycan tarixi fənləri üzrə yarışırdılar.

Bu mötəbər bilik yarışının növbəti turunun keçirilməsi üçün paytaxtda 3 məktəb ayrılmışdı. Yarışlar riyaziyyat, informatika fizika fənləri üzrə 160, kimya biologiya fənləri üzrə 8, Azərbaycan dili ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə 23 nömrəli məktəblərdə keçirilirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevdən öyrəndik ki, bu mərhələdə paytaxtın ümumtəhsil məktəblərinin 1050 yetirməsi iştirak edir. Hər üç məktəbdə olimpiadaya nümunəvi hazırlıq işləri görülmüş, siniflər fənlər üzrə otaqlar ayrılmış, lazımi tədris vəsaitləri ilə təmin edilmişdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən hər otağa 1 nəfər qeyri-ixtisas fənn müəllimi nəzarətçi təyin olunmuşdu. Onlar öz vəzifələrini təlimata uyğun yerinə yetirirdilər. Bütövlükdə turun gedişinə isə idarənin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva, onun müavini, əməkdar müəllim Məhəmməd Bayramov rəhbərlik nəzarət edirdilər.

F.Həmzəyevlə birlikdə yarışlar gedən bir neçə otağa baş çəkdik. Şagirdlər diqqətlə verilən tapşırıqlar üzərində işləyirdilər. Bu tur üçün tapşırıqlar təlimata uyğun olaraq Təhsil Nazirliyi tərəfindən hazırlanmışdı. Ana dili ədəbiyyatdan qüvvəsini sınayan 14 nömrəli məktəbin X sinif şagirdi Seymur Əşrəfli, Azərbaycan tarixi fənnindən yarışa qatılan 254 nömrəli məktəbin IX sinif şagirdi Arif Rəsulov, nəzarətçi müəllim, 15 nömrəli məktəbin fizika müəllimi Gülyaz Əfəndiyeva ilə qısa söhbətdən məlum oldu ki, olimpiada tapşırıqları tədris proqramlarına uyğun hazırlanıb, siniflər üzrə yüksək bilikli şagirdin səviyyəsinə müvafiqdir. Şagirdlər onları cavablandırmaqda çətinlik çəkmirlər.

Olimpiada işləri elə həmin gün münsiflər heyəti tərəfindən qiymətləndirildi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.2.