Akademik Zərifə
Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı
olub
Yanvarın 11-də akademik Zərifə Əliyeva adına orta məktəbdə Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə
olaraq İngilis dilinin Onlayn tədrisi (ETTO) ixtsasartırma
layihəsinin başlanmasına
həsr olunmuş mərasim keçirildi.
Tədbirdə Təhsil
Nazirliyinin nümayəndələri,
ayrı-ayrı regionlarda
orta məktəblərdə
işləyən ingilis
dili müəllimləri
və KİV nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq
bildirdi ki, 2003-cü ildən indiyə kimi Təhsil Nazirliyi "British Council"in
Azərbaycan nümayəndəliyi
ilə xeyli faydalı layihələr həyata keçirib. Bizim ölkədə əvvəllər
ingilis dilinin tədrisi intensiv olmamışdır. Sonralar
Bakının 7 orta məktəbində ingilis dilinin intensiv tədrisinə geniş yer verildi və bu sahədə də böyük uğurlar əldə edilmişdir.
Təhsil naziri Misir Mərdanov qeyd etdi ki,
bu layihədə bütün fəaliyyətlər,
tapşırıqlar, video və
audiomateriallar
hələlik ibtidai
siniflərdə
dərs deyən
ingilis dili müəllimləri üçün
nəzərdə tutulub.
Yanvarın 15-dən başlanan
bu kursda Gəncə,
Zaqatala, İsmayıllı,
Sumqayıt və Bakı məktəblərinin
ibtidai siniflərində
ingilis dilindən dərs deyən 48 müəllim iştirak edəcək. Kurs boyu müəllimlərə
onlayn təlimçi dəstək olacaq və sonda müəllimlərə kursdan
keçmələri haqqında
sertifikatlar veriləcək.
ümid edirəm ki, həyata keçirilən
bu layihə Azərbaycan məktəblərində
dərs deyən ingilis dili müəllimləri
üçün daha uğurlu olacaq.
Təhsil naziri Misir Mərdanov bu işə rəhbərlik edən
"British Council"in Azərbaycan
nümayəndəliyinin layihə
rəhbəri Gülşən
Hüseynovaya öz təşəkkürünü bildirdi və onlara bu işdə
uğurlar arzuladı.
Tədbirdə iştirak
edən xarici təşkilatın nümayəndəsi
xanım Rozmari Arnot Təhsil Nazirliyi ilə aparılan
səmərəli işin səviyyəsindən razı
qaldığını dedi
və gələcəkdə
Azərbaycanın bütün tədris müəssisələrində ingilis dilinin yüksək səviyyədə öyrədilməsi
üçün bu fənnin tədrisi sahəsində daha böyük layihələr
həyata keçiriləcəyindən
danışdı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.2.