Tokio Universiteti
Yerləşir: Yaponiya, Tokio
şəhəri
Yaranma tarixi: 1877-ci il
Tipi: Dövlət
İllik
büdcəsi: 4770845309 yapon
yeni (90 yapon yeni, təxminən, 1 ABŞ dollarına bərabərdir)
İşçi heyəti: 5779 nəfər
Tələbələrin ümumi sayı: 30000 nəfər
Rəsmi saytı: u-tokyo.ac.jp.
Tokio Universiteti (
Tarixi
1877-ci ildə Meydzi hakimiyyəti
hüquq, elm, ədəbiyyat və tibb departamentlərindən
ibarət olan universitet yaradır və bu ali
təhsil ocağına Tokio Daigaku, qısa olaraq Todai adı
verilir. 1886-cı ildə ali məktəbin
adı dəyişdirilərək İmperator, 1897-ci ildə
isə Tokio Universiteti olur. 1890-cı ildə universitetin
nəzdində Kənd Təsərrüfatı və
Dendrologiya kolleci, 1916-cı ildə Added İnfeksion Xəstəliklər
İnstitutu istifadəyə verilir. 1919-cu
ildə imperatorun sərəncamı ilə təhsil müəssisəsində
iqtisadiyyat fakültəsi açılır. 1921-ci ildə
burada Aviasiya Elmi-Tədqiqat İnstitutu və Astronomiya rəsədxanası,
1942-ci ildə mühəndislik fakültəsi, 1946-cı ildə
universitet xəstəxanaları, dəniz bioloji stansiyası,
botanika bağı, universitet meşəsi, kənd təsərrüfatı
mərkəzi, Balıqçılıq mühəndisliyi tədqiqatları
laboratoriyası, İctimai Elmlər İnstitutu
yaradılır.
1947-ci ildə
Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətindən
sonra universitetin ilkin adı özünə qaytarılır. 1949-cu ildə
burada pedaqogika fakültəsinin nəzdində filologiya
fakültəsi, Zəlzələ Elmi-Tədqiqat, Şərqşünaslıq
Mədəniyyəti, Sənaye, Jurnalistika institutları
açılır. 1953-cü ildə Tokio Universitetində
Kosmik Rey tətbiqi mikrobiologiya laboratoriyası, 1955-ci ildə
Nüvə Tədqiqatları, 1957-ci ildə Bərk Cisimlər
Fizikası, 1962-ci ildə Okeanın Tədqiqatı, 1966-cı
ildə kompüter və tibb mərkəzləri, 1967-ci ildə
Kriogen Mərkəz yaradılır, İnfeksion Xəstəliklər
İnstitutunun adı dəyişdirilərək Tibb Elmləri
İnstitutu olur.
1970-ci ildə Tokio
Universitetində Radioizotop, 1975-ci ildə Ətraf Mühit Elmləri
mərkəzləri, 1981-ci ildə Kosmik Tədqiqatlar və
Aeronavtika, Fənlərarası
Tədqiqatlar institutları, 1983-cü ildə molekulyar genetika
laboratoriyası yaradılır, Kitabxana və İnformasiya
Elmi-Tədqiqat Mərkəzinin adı Biblioqrafik İnformasiya
Mərkəzi adı ilə əvəzlənir. 1985-ci ildə
əcnəbi tələbələr üçün Yapon Dili
Mərkəzi fəaliyyətə başlayır və bu qurum
1990-cı ildən Beynəlxalq Mərkəz adlandırılır. 1991-ci ildə universitetin nəzdində İqlimin Tədqiqatı
Mərkəzi açılır, 1992-ci ildə isə
riyaziyyat elmləri bölməsi müstəqil fəaliyyət
göstərməyə başlayır, həmçinin
Artefaktların öyrənilməsi Mərkəzi
yaradılır. 1993-cü ildə Tətbiqi
Mikrobiologiya İnstitutunun adı dəyişdirilərək
Molekulyar və Hüceyrə Bioelmlər İnstitutu olur, daha
sonra Biotexnologiya Tədqiqat Mərkəzi fəaliyyətə
başlayır. 1994-cü ildə Elementar Hissəciklər
Fizikası Beynəlxalq Mərkəzi, 1996-cı ildə Tədqiqatlar
və Ali Təhsilin İnkişafı Mərkəzi, 1998-ci
ildə Qabaqcıl Texnologiyalar Ali Məktəbi, Komaba
Açıq Laboratoriyası, Geinformasiya Elmi Mərkəzi,
1999-cu ildə İqtisadi Mühəndislik, Yüksək Plazma
Temperaturu mərkəzləri açılır, Kompüter Mərkəzinin
adı İnformasiya Texnologiyaları Mərkəzi ilə əvəz
edilir.
2000-ci ildə
Tokio Universitetində tibbi təhsil sahəsi üzrə Beynəlxalq
Tədqiqat Mərkəzi, Kasiva kampusunda Kosmik Şüa Tədqiqatı
İnstitutu yaradılır. 2001-ci ildə Sənaye
Elmləri İnstitutu Komaba kampusuna
köçürülür. 2004-cü ildə
Yaponiyanın bütün dövlət universitetləri
"Milli Universitetlər Korporasiyası" adı altında
birləşdirilir, Tokio Universiteti də bu korporasiyaya daxil
edilir. Həmin il Ali Dövlət
Siyasəti Məktəbi yaradılır. 2005-ci
ildə
Büdcə və təhsil haqqı
Ötən il
Tokio Universitetinin illik büdcəsi 4770845309 yen olub. Bu məbləğin 66%-ni dövlət tərəfindən
ayrılan vəsaitlər təşkil edib. Daxili imkanlar hesabına (əsasən, tələbələrin
təhsil haqqından) universitetin əldə etdiyi gəlirlər
1357736000 yen olub. ötən il
büdcə vəsaitinin böyük hissəsi, təxminən,
60%-i universitetin elmi potensialının artırılmasına və
elmi-tədqiqatların aparılmasına sərf edilib. İşcilərin əməkhaqqına ayrılan vəsaitin
məbləği isə 863188180 yen olub.
Tokio
Universitetində təhsil haqqı tələbənin
oxuduğu məktəbdən, seçdiyi ixtisasdan
asılı olaraq təxminən 500000-800000 yen arasında dəyişir.
Məlumat
üçün qeyd edək ki, xarici dövlətlərin
universitetlərində təqaüd anlayışı ölkəmizdə
qəbul olunmuş təqaüdlərdən fərqlidir. Belə ki, ölkəmizin ali məktəblərində ödənişsiz
və ödənişli ixtisaslar mövcuddur və ödənişsiz
fakültədə təhsil alan tələbə semestr ərzində
aldığı qiymətlərdən asılı olaraq
müəyyən məbləğdə təqaüd alır.
Dünyanın əksər universitetlərində
isə ümumilikdə təhsil ödənişli
olduğundan tələbəyə təqaüd verilmir.
Təqaüd anlamında olan "scholarship" sözü isə
istedadlı, əlaçı, gələcəkdə tədqiqatlarını
davam etdirmək arzusunda olan, əcnəbi, eləcə də maddi durumu
çətin olan tələbələrə universitet tərəfindən
olunan yardım mənasında başa düşülür. Bu təqaüd tələbəyə borc kimi verilir
və tələbə gələcəkdə işləyəndən
sonra borcunu tədricən qaytarır.
Yaponiya Tələbə Xidməti
Təşkilatı (JASSO) Yaponiya universitetlərində təhsil
alan əcnəbi tələbələrə
təqaüdlər təklif edir. 2009-2010-cu tədris ilində
JASSO-nun Tokio Universitetində bakalavrlar üçün
ayırdığı təqaüdün ("scholarship") məbləği
ayda 48000 yen, magistr və doktorantlar üçün isə
65000 yen təşkil edir. Universitetlər iyun
ayının əvvəllərində JASSO-ya müraciət
edir. JASSO komissiyası tərəfindən
seçim turu aparılır və müsabiqədən
müvəffəqiyyətlə keçmiş tələbələr
haqqında məlumat universitetlərə iyul ayının əvvəllərində
verilir. Tokio Universiteti Fondu da tələbələrə
təqaüd ayırır. Fondun verdiyi təqaüdün
məbləği ayda 50000 yendir.
Universitet bu gün
Hazırda Tokio
Universitetinin nəzdində aşağıdakı departamentlər
fəaliyyət göstərir.
Fakültələr: hüquq, tibb, mühəndislik, filologiya, dəqiq elmlər,
kənd təsərrüfatı, iqtisadiyyat, incəsənət
və elmlər, pedaqogika, əczaçılıq.
Ali Məktəblər: Humanitar və Sosiologiya Elmləri, Təhsil,
Hüquq və Siyasi Elmlər, İqtisadiyyat, İncəsənət
və Elmlər, Mühəndislik, Elm, Kənd təsərrüfatı
və Həyat, Tibb, Əczaçılıq, Riyaziyyat Elmləri,
Qabaqcıl Texnologiyalar, İnformasiya Texnologiyaları, Fənlərarası
İnformasiya Tədqiqatları, Dövlət Siyasəti.
İnstitutlar: Tibb Elmləri, Zəlzələ Elmi-Tədqiqat, Asiya
Regionu üzrə Perspektiv Tədqiqatlar, Sosial, Sənaye Elmləri,
İstorioqrafiya, Molekulyar və Hüceyrə Bioelmlər,
Kosmik Şüa Tədqiqatı, Bərk Cisimlər
Fizikası, Okeanın Tədqiqatı, Qabaqcıl Elm və
Texnika Tədqiqat.
Mərkəzlər: Universitet Muzeyi, Kriogen Tədqiqatlar, Radioizotop, Ətraf
Mühit Elmləri, Beynəlxalq, Artefaktların öyrənilməsi,
Biotexnologiya-Tədqiqat, Asiya Təbiəti, Beynəlxalq Tədqiqatlar
üzrə Əməkdaşlıq, Komaba Açıq
Laboratoriyası, Geinformasiya Elmi, Beynəlxalq Tibbi Təhsil, Səhiyyə,
İnformasiya Texnologiyaları, İqlimin Tədqiqatı, Beynəlxalq
Elementar Hissəciklər Fizikası, VLSI
Planlaşdırılma və Təhsil, İntellektual Modelləşdirmə
Laboratoriyası.
Təşkilatlar: Elmin Sabit İnkişafı üzrə Kompleks Tədqiqatlar,
Nano Kvant Elektronikası İnformasiya İnstitutu, Kimya-Biologiya
Elmi-Tədqiqat Təşəbbüsü, Bilik Quruluşu Mərkəzi,
Okean Alyansı, Kainat Fizikası və Riyaziyyatı, Todai
Alternativ Siyasət Tədqiqat, Mütərəqqi Tədqiqat Təşəbbüsü.
Tokio
Universitetinin kitabxana sistemi Əsas, Kaşiva, Komaba, eləcə
də 34 bölmə və institut kitabxanalarından ibarətdir. Hər
fakültənin, institutun, mərkəzin nəzdində öz
sahəsi üzrə kitabxanası mövcuddur. üç müxtəlif şəhərcikdə
- Honqo, Kaşiva, Komaba kampuslarında və kampusdan kənarda
yerləşən bu kitabxanalar yeganə bir sistem çərçivəsində
geniş spektrdə xidmət təklif edir. Kitabxana sistemində,
ümumilikdə, 8,8 milyon cild kitab, jurnal,
dissertasiya və s. mövcuddur. Bu rəqəmin üzərinə
hər il 170 min kitab, 152 min dövri nəşr
artırılır. Universitetin həmçinin
OPAC (Online Public Access Catalog) adlanan ümumi onlayn kataloq səhifəsi
mövcuddur. Tokio Universitetinin kitabxana
sisteminin əksər kolleksiyaları bu kataloqda dərc edilib və
oxucular həmin səhifəyə daxil olaraq istədikləri
materialı tapa bilərlər.
Tokio
Universitetinin muzeyi 1966-cı ildə yaradılıb və
Yaponiyanın ən aparıcı muzeylərindəndir. Muzeydə təbii,
mədəni və tarixi materiallar toplanıb, sistemləşdirilib
və hamı üçün açıqdır.
Universitet 6400000 tədqiqat obyektinə malikdir, onlardan
2430000-i universitetin muzeyində yerləşir. Muzeyin
kolleksiyası yerli və xarici mənbələr hesabına
mütəmadi olaraq yenilənir. Hazırda muzey 8,8 hektar ərazidə yerləşir. Muzey
yerinin darlığından kolleksiyalarının yerləşdirilməsi
və qorunmasında çətinlik çəkir, hətta bəzən
kolleksiyalarını azaltmaq və ya başqa yerə köçürmək məcburiyyətində
olur. Tokio Universitetinin muzeyi bir neçə
bölmədən ibarətdir. Yer elmləri departamentində
mineralogiya, petrologiya, faydalı qazıntılar, tarixi geologiya,
paleontologiya, coğrafiya, Biologiya departamentində botanika, meşə
botanikası, zoologiya, tibb,
antropologiya, Mədəniyyətin tarixi departamentində
arxeologiya, memarlıq, mədəni antropologiya və təsviri
incəsənət tarixi, Radiokarbon laboratoriyasında
arxeologiya, tarix, geologiya elmlərinə aid, Kurator tədqiqatları
departamentində elmi-tədqiqat materialları toplanıb.
Muzeyin Texnologiya departamenti 2002-ci ildə yaradılıb və "beyin mərkəzi"
kooperativi kimi nəzərdə tutulub. Media elmləri
və informasiya departamenti muzeydə toplanan elmi informasiyanı
ictimaiyyətə çatdırmaqla məşğuldur (Public
Relations). Koişikava adlanan muzeyin əlavə
binası universitetin Botanika bağının yanında yerləşir.
Burada sərgilər təşkil olunur, tədqiqatçıların
və geniş ictimaiyyətin istifadəsinə zəngin verilənlər
bazası təqdim edilir.
Tokio Universitetinin Honqo, Komaba,
Kasiva, Şirokane və Nakano adlanan beş
kampusu mövcuddur. Universitetin əsas kampusu Honqo
adlanır və Maeda mülkədar ailəsinin malikanəsində
yerləşir. Bu, Yaponiyanın ən qədim
malikanələrindən biridir, xüsusilə burada yerləşən
Akamon (Qırmızı qapı) ölkənin tarixi abidəsidir.
Honqonun mərkəzi 1615-ci ilə aiddir. Həmçinin bura Yaponiyanın ən gözəl
yerlərindən biri hesab edilir. Komaba kampusu universitet tələbələrinin
məskunlaşdığı ən sıx şəhərcikdir.
Bütün
başqa universitetlərdə olduğu kimi, Tokio Universitetində
də tələbələr yataqxanalarla təmin olunur. Əcnəbi
tələbələrin məskunlaşması
üçün Mitaka, Toşima, Lodge Komaba, Şirokanedai
adlı beynəlxalq yataqxanalar mövcuddur. Bu yataqxanalarda bir nəfərlik yerin illik qiyməti
4700 - 5900 yen təşkil edir. Şirokane 1
qızlar yataqxanası köhnə və yaşamaq
üçün əlverişsiz olduğundan 2007-ci ildə
Toşima Beynəlxalq yataqxanasında qızlar
üçün yeni mənzillər tikilib. 2009-cu ilin oktyabrında Kasiva Lodge və Kasiva II Beynəlxalq
yataqxana kampusu istifadəyə verilib. 2010-cu
ildə universitet Beynəlxalq Oiveyk rezidensiyası tikməyi
planlaşdırır. Tələbələr
universitetə yataqxanada məskunlaşmaları haqqında ərizə
ilə ildə iki dəfə müraciət edə bilərlər
- birinci dəfə yanvarda, ikinci dəfə isə iyulda.
Ərizəni tələbə oxuduğu
fakültə və ya məktəb vasitəsilə göndərməlidir. Universitetdə əsasən
oğlanlar yataqxanalarla daha yaxşı təmin edilir,
qızlar və uşaqlı ailələr isə bu cəhətdən
bir qədər əziyyət çəkirlər. Burada tələbələrin istifadəsinə kirayə
mənzillər verilir, kənardan olan əməkdaşlar da mənzillərlə
təmin edilirlər.
Tokio
Universitetində milliyyətindən asılı olmayaraq
istedadlı tələbəyə əlverişli şərait
yaradılır, maddi yardım göstərilir. Müxtəlif
fondlar əcnəbi tələbələr üçün təqaüdlər
ayırır. Hazırda Tokio Universitetində
30000-dən çox tələbə təhsil alır. Burada dünyanın 100 ölkəsindən 2500-dən
çox tələbə var. Əcnəbi tələbələr
universitetdə ingilis dilində təhsil alır, bununla
yanaşı, onlara yapon dili də öyrədilir.
Tokio
Universitetində 5779 işçi heyəti
çalışır. Hazırda universitetin prezidenti Cuniçi
Hamada, birinci icraçı vitse-prezidenti Siniti Sato, ikinci
icraçı vitse-prezidenti isə Eitiro Matsumotodur.
Yaponiya
dünyanın ən inkişaf etmiş ölkələrindən
biridir. "Gündoğar ölkə"
adlandırılan Yaponiyanın qədim tarixə, zəngin mədəniyyətə
malik olması, yapon texnologiyasının keyfiyyəti, Yaponiya
elminin sürətli inkişafı hər kəsə məlumdur.
Bu baxımdan, Yaponiyanın ali təhsil
müəssisələrində, xüsusilə dünya
universitetləri reytinqində yer alan Tokio Universitetində təhsil
almaq, bu qədim ölkənin əvəzolunmaz təcrübəsindən
bəhrələnmək böyük əhəmiyyətə
malikdir.
Tokio Universitetinin məşhur məzunları
Masako Ovada - Yaponiyanın taclı
şahzadəsi
Yukio Hatoyama
- Yaponiyanın Baş naziri
Kiiçi Miyazava - Yaponiyanın sabiq Baş naziri (1991-1993)
Yasuhiro Nakasone - Yaponiyanın sabiq Baş naziri (1982-1987)
Eisaku Sato -Yaponiyanın
sabiq Baş naziri, Nobel mükafatı laureatı (1964-1972)
Nobusuke Kişi - Yaponiyanın
sabiq Baş naziri (1957-1960)
İçiro Hatoyama - Yaponiyanın sabiq Baş naziri (1954-1956)
Şiqeru Yoşida - Yaponiyanın sabiq Baş naziri (1948-1954)
Tetsu Katayama - Yaponiyanın sabiq Baş naziri (1947-1948)
Kijuro Şidehara -
Yaponiyanın sabiq Baş naziri (1945-1946)
Kiiçiro Hiranumo - Yaponiyanın sabiq Baş naziri (1939)
Koki Hirota - Yaponiyanın sabiq
Baş naziri (1936-1937)
Osaçi Hamaquçi
- Yaponiyanın sabiq Baş naziri (1929-1931)
Reijiro Vakatsuki - Yaponiyanın sabiq
Baş naziri (1926-1927,
1931)
Takaaki Kato - Yaponiyanın sabiq Baş naziri (1924-1926)
Takaşi Hara - Yaponiyanın
sabiq Baş naziri (1918-1921)
Hakuo Yanagisava - Yaponiyanın səhiyyə naziri
Leo Esaki - fizika
üzrə Nobel mükafatı laureatı
Masatoşi Koşiba
- fizika üzrə Nobel
mükafatı laureatı
Yaiçiro Nambu - fizika üzrə Nobel
mükafatı laureatı
Yanusari Kavabata - ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Kenzaburo Oe - ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
Rünoske Akutaqava - məşhur yapon
yazıçısı
Kobo Abe
-
məşhur yapon yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.7.