Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
13 yanvar 2010-cu il tarixli, 5 nömrəli qərarının icrası
barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
13 yanvar 2010-cu il tarixli, 5 nömrəli qərarını
elan edirəm:
"Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRAR
N5
Bakı şəhəri
13 yanvar 2010-cu il
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin yaradılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
29 mart tarixli, 1386 nömrəli
sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı 2006-2015-ci illər)"nın icrasının səmərəli idarəolunmasının
təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılmış
təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Azərbaycan
Respublikasında dövlət
uşaq müəssisələrindən
uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdindəki İşçi
Qrupunun bazasında Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı
De-institutlaşma və
Uşaqların Müdafiəsi
İdarəsi yaradılsın.
2. Müəyyən
edilsin ki, "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası üçün dövlət
büdcəsi və digər mənbələr
hesabına nəzərdə
tutulmuş vəsaitlər
üzrə sifarişçi
funksiyasını Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsi
vasitəsilə həyata
keçirir.
3. Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi:
3.1. De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsinin
yerləşdirilməsi məsələsini
həll etsin;
3.2. De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsinin
strukturunu və xərclər smetasını
hər il
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla
təsdiq etsin.
4. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 iyun tarixli, 174s nömrəli sərəncamı qüvvədən
düşmüş hesab
edilsin.
5. Bu qərar
imzalandığı gündən
qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin göstərilən qərarının
icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 13 yanvar
2010-cu il tarixli, 5 nömrəli qərarı rəhbərlik
və icra üçün qəbul edilsin.
2. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdində "Təsərrüfathesablı
De-institutlaşma və
Uşaqların Müdafiəsi
İdarəsi" yaradılsın.
3. "Azərbaycan
Respublikasında dövlət
uşaq müəssisələrindən
uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın idarəolunması üzrə İşçi
Qrupunun rəhbəri Məlahət Arif qızı Hacıyeva De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi
vəzifəsinə təyin
edilsin.
4. De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsi
(M.Hacıyeva):
4.1. Bir
ay müddətinə idarənin
nizamnaməsinin hazırlanmasını,
mövcud qanunvericiliyə
uyğun qeydiyyatdan keçirilməsini təmin
etsin.
4.2. İdarənin
möhür və ştampının hazırlanmasını
təmin etsin.
4.3. Təhsil
Nazirliyi sistemində olan dövlət uşaq müəssisələrində
təlim-tərbiyə alan
və yerləşdirilən
yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların vaxtında
aşkar edilməsi, yerləşdirilməsi, övladlığa,
qəyyumluğa (himayəyə)
və himayədarlığa
verilməsi və rəsmi statistik hesabatların alınması
ilə bağlı işlərin rayon və şəhər icra hakimiyyətləri nəzdində
fəaliyyət göstərən
yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının
müdafiəsi üzrə
komissiyalar ilə sıx əməkdaşlıq
çərçivəsində tənzimlənməsini təmin
etsin.
4.4. "Azərbaycan
Respublikasında dövlət
uşaq müəssisələrindən
uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı"nın əhatə
etdiyi və Səhiyyə, Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində
olan dövlət uşaq müəssisələri
ilə sıx əlaqəli əməkdaşlığı
təmin etsin.
5. "Azərbaycan
Respublikasında dövlət
uşaq müəssisələrindən
uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı"nın əhatə
etdiyi və Təhsil Nazirliyi sistemində olan internat məktəbləri,
uşaq evləri və alternativ qayğı müəssisələri
De-institutlaşma və
Uşaqların Müdafiəsi
İdarəsinin kurasiyasına
verilsin (siyahı əlavə olunur).
6. Rayon və
şəhər təhsil
şöbələrinin müdirlərinə
tapşırılsın ki,
risk qrupuna daxil olan, sağlamlıq imkanları məhdud uşaqların vaxtında
aşkar olunması və onların müdafiəsi ilə bağlı preventiv tədbirlərin görülməsi
üçün təhsil
şöbələrinin uşaq
mühafizəsi üzrə
məsləhətçilərinin, ümumtəhsil məktəblərində
uşaq birliyinin rəhbərlərinin, psixoloq
və təşkilatçı
vəzifəsində çalışan,
məktəbəqədər müəssisələrində isə metodist vəzifəsində çalışan
əməkdaşların De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsi ilə sıx əməkdaşlığını
təmin etsinlər.
7. Respublika
və Bakı şəhəri üzrə
Psixoloji-Tibbi-Pedaqoji Komissiyalarının
sədrlərinə tapşırılsın
ki, sağlamlıq imkanları məhdud olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi
ilə bağlı qərarların De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsi
ilə razılaşdırılmasını
təmin etsinlər.
8. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev):
8.1. Xəzinə
orqanında De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsinin
xəzinə hesab kitabının açılması
məqsədi ilə Maliyyə Nazirliyinə müraciət olunmasını
təmin etsin.
8.2. De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsinin
strukturunu və xərclər smetasını
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla
təsdiq üçün
təqdim etsin.
8.3. Təsdiq
olunmuş xərclər
smetasına əsasən,
maliyyələşmə ilə
əlaqədar müvafiq
vəsaitin müəyyən
olunmuş ümumi qaydada idarənin yerləşdiyi xəzinədarlıq
orqanı üzrə xəzinə hesabına köçürülməsini təmin etsin.
8.4. Nəzərə
alınsın ki,
"Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası üçün dövlət
büdcəsi və digər mənbələr
hesabına nəzərdə
tutulmuş vəsaitlər
üzrə sifarişçi
funksiyasını Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsi
vasitəsilə həyata
keçirir.
9. Ümumi
şöbə (İ.Mirzəyev):
9.1. De-institutlaşma
və Uşaqların
Müdafiəsi İdarəsinin
yerləşdirilməsi məsələsini
həll etsin.
9.2. Əmrin
çoxaldılaraq yerlərə
çatdırılmasını təmin etsin.
10. İctimaiyyətlə
əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi"
qəzetində, "Təhsil
xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
11. İşçi
Qrupunun yaradılması
barədə Təhsil
Nazirliyinin 02.07.2007-ci il 788 nömrəli əmri qüvvədən
düşmüş hesab
edilsin.
12. Əmrə
nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikası təhsil
naziri
18 yanvar 2010-cu il
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.2.