Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 21 dekabr 2009-cu il tarixli, 194 nömrəli qərarının
icrası barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarını
elan edirəm:
"Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRAR
N194
Bakı şəhəri, 21 dekabr 2009-cu il
"Azərbaycan Respublikasında
peşə təhsili
sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında
peşə təhsili
sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında"
"Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarı
ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə
məktəbi və peşə liseyi statusu verilən tədris müəssisələrinin Siyahısı"nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. "Peşə
liseyləri" bölməsinin "Bakı
şəhəri üzrə"
hissəsinin on səkkizinci
abzasından "qız"
sözü çıxarılsın;
1.2. "Peşə
məktəbləri" bölməsinin "Bakı
şəhəri üzrə"
hissəsinin on birinci və on dördüncü
abzasından "qız"
sözü çıxarılsın.
2. Bu qərar imzalandığı
gündən qüvvəyə
minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri"
Nazirlər Kabinetinin
qərarının icrası
ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
21 dekabr 2009-cu il tarixli, 194 N-li qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. 15 N-li Bakı peşə
liseyinin direktoru (R. Qurbanova), 10 və 13 N-li Bakı peşə
məktəblərinin direktorlarına (X.Hacıyeva,
S.Səlimzadə) tapşırılsın:
2.1. Peşə
təhsili müəssisələrinin
möhür və künc ştampının
nazirliyin Xüsusi sənədlərlə iş
şöbəsinə təhvil
verilməsini təmin
etsinlər;
2.2. Müvafiq
qanunvericiliyə əsasən,
yeni möhür və künc ştampının hazırlanmasını,
2010-cu ilin fevral ayının 15-nə kimi peşə liseyinin və peşə məktəblərinin Nizamnaməsində
və rekvizitlərində
müvafiq dəyişikliklərin
edilməsini və görülən
işlər barədə
fevral ayının
20-nə qədər Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinə məlumat
verilməsini
təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsinin müdirinə
(B.Hüseynzadə) tapşırılsın:
3.1. Əmrin
"Azərbaycan müəllimi" qəzetində
və "Sənətkar"
jurnalında çap edilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.İsgəndərova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
18 yanvar 2010-cu il
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.2.