Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 yanvar 2010-cu il tarixli, 8 nömrəli qərarının
icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 8 nömrəli, 14.01.2010-cu
il tarixli qərarını elan edirəm.
"Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRAR
N8
Bakı şəhəri,
14 yanvar 2010-cu il
"Ümumi təhsili xüsusi nailiyyətlərlə başa
vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası "nın təsdiq edilməsi haqqında
"Təhsil
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli fərmanının 1.10-cu bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vuran məzunların qızıl
və ya gümüş medalla təltif olunma Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə
minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il
14 yanvar tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa
vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma
QAYDASI
1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun
19.8 -ci maddəsinə
uyğun hazırlanmışdır.
2. Ümumtəhsil məktəbində
təhsil aldığı
müddətdə təhsildə
xüsusi nəticələri
ilə bərabər,
nümunəvi davranışı
ilə fərqlənən
tam orta təhsil səviyyəsinin məzunlarının
namizədliyi qızıl
və ya gümüş medalla təltif olunmaq üçün təqdim
edilir. Respublika fənn olimpiadalarının
yekun mərhələsində,
rayon (şəhər), ölkə
və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə
və layihələrdə
mükafata layiq görülmə də təhsilalanın qızıl
və ya gümüş medalla təltifi üçün
namizədliyinin verilməsi
zamanı nəzərə
alınır.
3. Təhsilalanların qızıl
və ya gümüş medalla təltifi üçün
namizədliyinin verilməsi
məsələsinə sinif
rəhbərinin təqdimatı
əsasında məktəbin
pedaqoji şurasında
baxılır və müvafiq qərar qəbul edilir.
4. Aşağıdakı
təhsilalanların qızıl
və ya gümüş medalla təltifi üçün
namizədliyi verilə
bilər:
4.1.Ümumi orta
təhsil səviyyəsini
75 faiz "əla"
qiymətlərlə bitirənlər;
4.2. tam orta
təhsil səviyyəsində
oxuduğu müddətdə
fənlər üzrə
cari qiymətlərinin
ən azı 75 faizi "əla" olanlar;
4.3. bütün
fənlərdən illik
qiymətləri "əla"
olanlar;
4.4. bu Qaydanın 2-ci bəndində
nəzərdə tutulan
tələblərə uyğun
olanlar.
5. Təhsilalanların qızıl
və ya gümüş medalla təltifi üçün
namizədliyinin
verilməsi barədə
pedaqoji şuranın qərarı və həmin təhsilalanların
fərdi siyahısı
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın
20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları
tərəfindən Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinə təqdim
edilir.
6. Qızıl və ya gümüş medalla təltif üçün namizədliyi
verilən təhsilalanlardan
attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən
çoxu ikisi "yaxşı" (tədris
dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.
7. Məzunların qızıl
və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.
8. Qızıl və ya gümüş medala layiq görülmüş
təhsilalanların adları
oxuduqları məktəbin
"Şərəf kitabı"na
yazılır.
9. Qızıl və ya gümüş medal təntənəli şəraitdə
təqdim edilir."
Qərarın icrası
ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qeyd edilən qərarı rəhbərlik
və icra üçün qəbul edilsin.
2. Naxçıvan MR Təhsil
Nazirliyinə, Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinə,
Gəncə Şəhər
Təhsil İdarəsinə,
rayon (şəhər) təhsil
şöbələrinə:
- Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Qayda"ların məktəb
rəhbərləri, müəllimlər
tərəfindən öyrənilməsini,
"Qayda"ların məzmunu
və mahiyyətinin şagirdlərə və
valideynlərə çatdırılmasını
təmin etsinlər;
- Qızıl
və ya gümüş medalla təltif ediləcək məzunların seçilməsində
aşkarlığın və
obyektivliyin gözlənilməsinə
nail olsunlar;
- Namizədlərin
təltifinə dair materialların "Qayda"ların
tələblərinə uyğun
tərtib edilib, vaxtında Təhsil Nazirliyinə təqdim edilməsini həyata keçirsinlər;
-
2010-cu il üçün
qızıl və gümüş medallara olan tələbatı müəyyənləşdirib Təhsil Nazirliyinə sifariş versinlər.
3. Aparatın rəhbəri (İ.Pirməmmədov) ümumi
şöbə (İ.Mirzəyev)
Şəhərlər və
Kənd rayonları üzrə ümumi təhsil şöbələri
(A.Muradov, A.Əhmədov)
ilə birlikdə 15 fevral 2010-cu il tarixə kimi qızıl və gümüş medalların təsvirini hazırlayıb təsdiqə
təqdim etsinlər.
4. Xüsusi şöbə (M.Nəbiyev) 2010-cu il üçün qızıl
və gümüş
medalların zəruri
miqdarını müəyyən
etsin və sifariş hazırlasın.
5. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) 2010-cu ildə
qızıl və gümüş medalların
hazırlanmasına vəsait
ayrılmasını təmin
etsin, 2011-ci il və sonrakı illər üçün büdcəni tərtib edərkən qızıl
və gümüş
medalların hazırlanması
ilə bağlı lazımi xərclərin ayrılmasını nəzərə
alsın .
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc edilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
27 yanvar 2010-cu il
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.2.