Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsi
"2010-cu il
üçün birgə tədbirlər planının təsdiqi
barədə"
Son illərdə ölkəmizdə
təhsil islahatlarının geniş vüsət alması, təhsilin
inkişafı, intellektual potensialın möhkəmləndirilməsi,
müəllim şərəfinin və əməyinin uca
tutulması istiqamətində böyük miqyasda işlər
həyata keçirilir. Bu sahədə Təhsil Nazirliyinin və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə fəaliyyətlərinin
önəmli xarakter daşıdığını nəzərə
alaraq
QƏRARA ALIRIQ:
1.
"2010-cu il üçün birgə tədbirlər
planı" təsdiq olunsun (əlavə olunur).
2.
Tədbirlər planının icrası ilə bağlı məsul
şəxslər qarşılıqlı razılaşma əsasında
birgə qərarların hazırlanmasını və həyata
keçirilməsini təmin etsinlər.
3.
Qərar və tədbirlər planı "Azərbaycan müəllimi"
və "Təhsil işçisi" qəzetlərində
dərc olunsun.
4.
Tədbirlər planının icrasına nəzarəti öz
üzərimizə götürürük.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
Səttar MEHBALIYEV,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri
Bakı şəhəri,
18 yanvar 2010-cu il, Qərar N 46
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.2.