"Heydər Əliyev və Azərbaycan gəncliyi"
mövzusunda konfrans keçirilib
Naxçıvan Özəl
Universitetində 2 fevral - Gənclər Günü münasibətilə "Heydər Əliyev və Azərbaycan
gəncliyi" mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş
sözü ilə universitetin tərbiyə işləri
üzrə prorektoru Əli Yusifov açaraq qeyd etdi ki, hər
bir dövlətin parlaq sabahı onun gənclərinin hərtərəfli
inkişafından asılıdır. Məhz bu baxımdan
ümummilli liderimiz Heydər Əliyev həmişə gəncliyə
böyük diqqət və qayğı göstərmişdir.
Ulu öndərin ölkəmizdə gənclər və idman
siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri
əvəzsizdir.1996-cı il fevralın 2-də müstəqil
Azərbaycan dövlətçiliyinin tarixində ilk dəfə
olaraq ölkə gəncləri özlərinin birinci forumuna
toplaşdılar.1997-ci ildə Azərbaycan gənclərinin birinci forumunun ildönümü ərəfəsində
ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə
forumun keçirildiyi gün "2 fevral - Gənclər
Günü" kimi elan olundu.
Naxçıvan MR Gənclər
və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin
müdiri Həsən Əliyev "Azərbaycan gəncliyi
inkişaf və tərəqqi yollarında" mövzusunda məruzə
edərək bildirdi ki, bu gün gənclərimiz dövlət
idarəçiliyində, xalq təsərrüfatının
ayrı-ayrı sahələrində, elm, təhsil, siyasət
və idman sahələrində səylə
çalışırlar.
Naxçıvan Özəl
Universitetinin tələbələrindən Hacı Hacıyev
"Gənclər və milli mənəvi dəyərlərimiz", Elvin Əliyev "Müasir gənclik
Azərbaycanın gələcəyinin
yaradıcısıdır " mövzularında məruzələr
etmişlər.
Mina QASIMOVA
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.1.