Yaradıcılıq müsabiqəsinə yekun vurulub
Ötən il Gəncədə
start götürmüş orta məktəb şagirdlərinin
yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur.
AzərTAc xəbər
verir ki, 11 nominasiya üzrə keçirilmiş müsabiqənin
yekun turunda 45 orta məktəbdən 36 ən bacarıqlı
şagirdin çıxışı dinlənilmiş, təsviri
və tətbiqi sənət növləri üzrə təqdim
etdiyi rəsm əsərlərinə baxış
keçirilmişdir.
Uşaq
Yaradıcılıq Mərkəzində keçirilən
yekun turunda ən yaxşı musiqi nömrələri və rəsm
əsərləri müəyyənləşdirilmiş,
qaliblərə diplom və xatirə hədiyyələri təqdim
olunmuşdur.
Müsabiqə şəhər
məktəblilərindən ibarət birləşmiş xorun
çıxışı ilə başa
çatmışdır.
Azərbaycan müəllimi.-2010.-29 yanvar.-S.8.