"Beynəlxalq
Kimya İli"nə
həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
2011-ci
ilin YUNESKO tərəfindən "Beynəlxalq Kimya
İli" kimi qeyd olunduğunu, habelə ali təhsil müəssisələrinin
"Beynəlxalq Kimya İli"nin keçirilməsi ilə
bağlı təkliflərini nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin "Beynəlxalq Kimya İli"nə həsr
olunmuş Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur)
2. Ali təhsil müəssisələrinin
rektorları Tədbirlər Planının icrasını təmin
etsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc edilməsini təmin etsin.
4. Ümumi şöbə (H.Məmmədova)
əmrin və Tədbirlər Planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət
nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
17 mart 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
1 aprel.- S.2.