Təhsil naziri ABŞ səfiri ilə
görüşüb
Martın
29-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş
Ştatlarının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Metyu Brayza ilə
görüşüb.
Öncə
təhsil naziri qonağı ölkəmizə səfir təyin
olunması münasibətilə təbrik edib və ona ikitərəfli
əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki
fəaliyyətində uğurlar arzulayıb. Səfir Metyu
Brayzanı Təhsil Nazirliyində görməkdən məmnunluğunu
ifadə edən nazir Azərbaycanla ABŞ arasında
münasibətlərin uğurla inkişaf etdiyini
vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin
də mühüm rolu olduğunu bildirib.
Təhsil
naziri Misir Mərdanov son illər ölkə Prezidentinin rəhbərliyi
ilə təhsil sahəsinin inkişafı istiqamətində
mühüm addımların atıldığını
xüsusi qeyd edib. Daha sonra Misir Mərdanov Azərbaycanla
ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin
müsbət nəticələrindən danışıb, bir
sıra təhsil və mübadilə proqramları çərçivəsində
görülən işləri diqqətə
çatdırıb.
Səmimi
qəbul üçün təşəkkürünü
bildirən səfir Metyu Brayza ölkələrimiz
arasındakı əlaqələrin daha da inkişafı
baxımından lazımi səy göstərəcəyini
vurğulayıb. Ölkəmizdə təhsil sahəsində
aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə
çatdıran səfir öncə müvafiq mübadilə
proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində
əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı
gənclərin bu proqram üzrə ABŞ universitetlərində
təhsili və bununla bağlı birgə işlərin
aparılmasından söz açıb. Səfir Heydər Əliyev
Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının
gücləndirilməsi istiqamətində atdığı
mühüm addımları da vurğulayıb. Metyu Brayza, həmçinin
ölkəmizin regionlarında qızların peşə təhsilinə
cəlb olunması təklifi ilə çıxış edib.
Səfirin qeyd etdiyi məsələlərə münasibətini
bildirən nazir ABŞ universitetlərində təhsil
almış azərbaycanlı məzunların ölkəmizin
ali məktəblərində akademik və elmi tədqiqata
başlaması istiqamətində birgə əməkdaşlığın
həyata keçirilməsinin məqsədəuyğunluğunu
vurğulayıb.
Sonda
ikitərəfli əməkdaşlığın
inkişafı baxımından belə görüşlərin
əhəmiyyətindən bəhs olunub, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
1 aprel.- S.2.