Böyük Britaniyaya səfərimiz faydalı maraqlı oldu

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "British Council" təşkilatı ilə birgə həyata keçirdiyi "Gələcək uğura aparan körpü"  layihəsi çərçivəsində ölkəmizin bir qrup təhsil işçisi - əsasən  ingilis dili müəllim və mütəxəssisləri bu il  fevralın 27-dən martın 8-dək Böyük Britaniyada olmuş, burada layihə üzrə keçirilən məşğələlərdə iştirak etmişlər. Nümayəndə heyətimizə Naxçıvan Dövlət Universitetindən 5 müəllim, Bakı şəhərindən isə 5 trener daxil idi.

 

Layihə üzrə məşğələlər "Motivasiya avtonomiya", "Treninq bacarıqlarının inkişafı", "Müəllim hazırlığı", "Təhsilin idarə edilməsi", "ELTA elmi tədqiqat qrupunun təqdimatı", "İngilis dili beynəlxalq dil kimi" mövzularını əhatə edirdi.  Məşğələləri tanınmış mütəxəssislər - York Universitetinin prorektoru, professor  Susanna Dammann, tətbiqi linqvistika bölməsinin doktoru  Ema Uşioda, İngilis dili müəllimi hazırlığı bölməsinin professoru  Riçard Smit, həmin universitetin aparıcı mütəxəssisləri  Penny Mosavian,  AnnaMaria Pinter Simon Borq (Lidz Universiteti)  aparırdılar.

 Mövzulardan göründüyü kimi, məşğələlər təhsilin müxtəlif aspektlərinə həsr olunmuşdu. Biz hər gün səhər saat 9-dan axşam 4-dək məşğələlərdə olurduq. 4 gün davam edən məşğələlər ərzində universitetin kitabxanasında çalışaraq lazımi materialları əldə etmək üçün hər cür imkan var idi. Kompüterlərə kodlarımız və onlardan istifadə qaydaları öncədən təqdim edilmişdi. Məşğələlər zamanı mövzular üzrə geniş məlumat aldıq, yeniliklərlə tanış olduq.

Layihədə iştirak etmiş müəllim-trener heyəti təhsil sahəsindəki yenilikləri Azərbaycan müəllimləri arasında yaymaq mümkün qədər çox müəllimin bu layihədən yararlanması üçün yerlərdə treninqlər keçirəcəkdir.

"Gələcək uğurlara aparan körpü" layihəsinə treninqlərlə yanaşı, mədəni proqram da daxil edilmişdi ki, bu da trenerlərin dünyagörüşünün genişlənməsinə hesablanmış faydalı bir addım idi. Layihə çərçivəsində Black Country canlı muzeyinə,  Şekspirin doğulduğu Stratford şəhərinə, məşhur Oksford şəhərinə Londona səfərlər təşkil edildi.

İlk səfərimiz Qara Şəhərcik (Black Country) canlı müzeyinə oldu. Birminhem şəhərindən 10 mil aralıda yeləşən bu canlı muzey 30 ildir ki, fəaliyyət göstərir. Muzeydə XIX əsrin kənd həyatı canlı olaraq qorunur. Şəhərcikdə 16 dükan emalatxana, yaşayış evləri bərpa edilərək bir vaxtlar olduğu kimi qorunub saxlanılır. Şəhərciyin adı orada çıxarılan kömürlə bağlıdır. Sakinlərinin bütün həyatı kömür istehsalı ilə bağlı olan bu şəhərcik həm də ilk buxar mühərrikinin vətəni sayılır. Burada turistlər məşhurdünyada ən yaxşı "fish and chips" (qızardılmış balıq və kartof) dada bilərlər.

Yeraltı kömür mədəninə səyahət canlı muzeyin ən maraqlı hissəsidir. Dükanlarda bələdçilər bizi şirniyyatların köhnə hazırlanma texnologiyası ilə tanış edərək burada istifadə edilən dəzgahları nümayiş etdirdilər.

Dünya şöhrətli Şekspirin doğulduğu Stratforda səyahət də çox yaddaqalan oldu. Bu şəhərin ab-havasıtarixi binalara hörmətli yanaşma siyasəti insanı heyran edir. Öz müasir həyatlarını yaşayan Şekspir həmyerliləri bu məşhurun tarixi varlığından tam yararlanırlar - şəhərə olan turist axını mağazaların, suvenir dükanlarının, kafe və restoranların işini canlandırır. Şəhəri ziyarətimiz zamanı  Şekspirin anadan olduğu evdə, onun qızına məxsus olmuş evdə Şekspirin dəfn olunduğu kilsədə olduq.

27 kolleci əhatə edən Oksford Universitet şəhərinə səfərimiz Müqəddəs Xaç Kilsəsindən başladı. Oksford kolleclərinin öz kilsələri var. Bu kilsələrin əsasında yaranan kolleclərin çoxunun adı da onlarla bağlıdır. Məsələn, İsa Kilsəsi kollecinə (Christ Church College) səfərimizdə bu gözəl binanın daxilindəki geniş yemək zalının möhtəşəm interyeri məşhur Harri Porter filmindəki mühiti bir daha yaşamağımıza səbəb oldu. Bu interyer insanı elmin aliliyinə bir daha inandırır. Səfərimiz zamanı bu kollecin buraxılış mərasiminə təsadüf etdik. Tünd-göy rəngli təntənəli geyimlərdə olan məzunlar çox ciddi görünürdülər.

Londonun məşhur görməli yerlərinə səyahətimiz sakit yağmursuz hava ilə müşayiət olundu. Gəmi gəzintisindən sonra London qalası Tauer London körpüsünün gecə görüntülərini izlədik.

Londonun məşhur Madam Tyussod muzeyinin eksponatları və attraksionları ilə tanışlıq da bizdə dərin təəssürat yaratdı.

Dünyada ən böyük kitabxanalardan birinə malik olan British Museum ilə tanışlığımız orada keçirilən Əfqanıstan günlərinə təsadüf etdi. Muzeyin zallarında nümayiş etdirilən eksponatlar tarix mədəniyyətlərin zənginliyini göstərir. Britaniya Muzeyinə girişin pulsuz olması oraya saysız hesabda insanların gələrək tarix mədəniyyət nümunələri ilə tanış olmasına və beləliklə də ümumilikdə cəmiyyətin mədəni və intellektual səviyyəsinin artmasına şərait yaradır.

Bu kiçik qeydlərimin  sonunda layihənin müəlliflərinə və təşkilatçılarına layihədə iştirak etmiş müəllim və trenerlərin adından təşəkkürümü bildirirəm. 

 

 

Gülşən SƏMƏDOVA

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.4.