Aktyorlarla görüş

  

Bakıdakı 5 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorları  İlham Əsgərov, Firəngiz Mütəllimova və Azər Mirzəyevlə görüş keçirilib.

Məktəbin direktoru Nərminə Gündüzlü bildirib ki,  bu  tədbiri keçirməkdə məqsədimiz  məktəblilərdə milli dramaturgiyaya marağı artırmaqdır. İstəyirik ki, şagirdlərimiz asudə vaxtlarında  dram teatrlarına getsinlər, tanınmış sənətkarlarımızın tamaşalarına baxsınlar.  

Məktəbdə fəaliyyət göstərən dram dərnəyi Milli Dram Teatrının əməkdaşları  ilə sıx əlaqə saxlayır və onlarla vaxtaşırı görüşlər keçirir. Bu gün ilk dəfə olaraq milli teatrda çalışan aktyorların köməyi ilə şagirdlərimiz M.F.Axundovun "Hacı Qara" tamaşasını səhnədə böyük məharətlə ifa etdilər.

Sonda məktəbin pedaqoji kollektivi Azərbaycanın tanınmış sənətkarları ilə görüşdən məmnun olduqlarını bildirib onlarla xatirə şəkli çəkdiriblər.  

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.15.