Təhsil naziri "Zəngi"
liseyində olub
Aprelin
2-də təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin
tabeliyindəki "Zəngi" liseyində olub, bu tədris
ocağının Valideyn-Müəllim Assosiasiyası İdarə
Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov, Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı
direktoru Təranə Şərifova, İdarə Heyətinin
üzvləri iştirak ediblər.
Nazir
liseylə tanış olub, burada yaradılmış təhsil
mühiti ilə maraqlanıb. Sonra "dəyirmi masa"
arxasında lisey Valideyn-Müəllim Assosiasiyasının fəaliyyəti
haqqında hesabat dinlənilərək müzakirə olunub.
Öncə
"Zəngi" liseyinin direktoru Bayram Heydərov liseyin fəaliyyəti
haqqında geniş təqdimat edib. Təqdimatına liseyin
tarixinə qısa ekskursla başlayan direktor onun Azərbaycan
MEA-nın köməyi ilə təxminən 20 il öncə
intellektual cəhətdən istedadlı uşaqların
inkişafına kömək məqsədi ilə
yaradıldığını və ötən müddət ərzində
bu məqsədi gerçəkləşdirmək
üçün məqsədyönlü fəaliyyət
göstərdiyini bildirib, əldə olunan uğurlardan
danışıb. Direktor habelə liseydə
yaradılmış təhsil şəraitindən, tədris
ocağının iştirak etdiyi pilot layihələrdən
söz açıb, təhsilin idarəedilməsi, tərbiyəvi
işlərin aparılması ilə bağlı bəzi
mülahizələrini və təkliflərini bildirib.
Görüşdə
liseydə hazırlanmış elektron dərs cədvəlinin
də təqdimatı keçirilib. Layihə barədə cədvəlin
tərtibatçısı, "Zəngi" liseyinin
Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin
üzvü, "Azsoft" şirkətinin rəhbəri Elman
Məcidov məlumat verib.
"Zəngi"
liseyi Valideyn-Müəllim Assosiasiyasının prezidenti,
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
tədbirdə assosiasiyanın fəaliyyəti barədə
hesabat təqdimatı ilə çıxış edib. "Zəngi"
liseyində 2009-cu ildə yaradılmış VMA-nın
İdarə Heyətində ən nümunəvi 7 valideyn və
6 müəllimin təmsil olunduğunu, qurumun 5 nəfər
ştatlı işçisi olduğunu deyən V.Rəhimzadə
hesabat məruzəsində lisey VMA-sının iş prinsipləri,
fəaliyyətdə olduğu təxminən ilyarımlıq
müddətdə görülmüş işlər barədə
geniş məlumat verib.
"Zəngi"
liseyi VMA İdarə Heyətinin üzvü, Azərbaycan
Prezidenti Administrasiyasının məsul işçisi Ərəstun
Mehdiyev də görüşdə söz alaraq ölkəmizdə
təhsilə, təhsil işçilərinə göstərilən
diqqət və qayğıdan danışıb, təhsilin
keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan
addımları yüksək qiymətləndirib.
Görüşdə
çıxış edən Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının icraçı direktoru Təranə Şərifova
VMA-ya göstərdiyi diqqət və qayğıya, qurumun
rastlaşdığı çətinliklərin aradan
qaldırılmasına, irəli sürülən təkliflərə
sayğı ilə yanaşdığına,
vaxtaşırı olaraq idarə heyətinin üzvləri ilə görüşdüyünə
görə təhsil naziri cənab Misir Mərdanova təşəkkür
edib. T.Şərifova "Zəngi" liseyi VMA-nın fəaliyyətini
xüsusilə yüksək qiymətləndirib və onun
işinin, burada toplanmış müsbət təcrübənin
digər məktəblərin VMA-ları üçün
örnək olduğunu vurğulayıb.
Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov
tədbirdə çıxış edərək VMA üzvləri
ilə növbəti görüş üçün
onların rayonundakı təhsil ocağını
seçdiyinə görə təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirib. Nizami rayonunun təhsil
sahəsindəki uğurlarından söz açıb.
Görüşdə
çıxış edən təhsil naziri Misir Mərdanov
onun çox faydalı olduğunu, liseydə gördüklərindən
məmnun qaldığını bildirib. Təhsil naziri liseyin
Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətini
yüksək qiymətləndirərək, onun işinin
yüksək səviyyədə qurulduğunu qeyd edib.
Çıxışında liseylə bağlı bəzi məsələlərə
toxunan nazir burada şagirdlərin sayının çox
olduğunu bildirib, liseyin direktoru və kollektivinə şagird
kontingentinin say artımına yol verilməməsini tövsiyə
edib.
Təhsil
naziri liseydə ən müasir tələblərə cavab verən
akt və idman zalları tikilməsinin, eyni zamanda istilik
sisteminin qaydaya salınmasının vacibliyini bildirib.
Görüşün
sonunda təhsil naziri və tədbirin digər
iştirakçıları liseyin xor kollektivinin
çıxışlarını dinləyib və
"Azsoft" şirkətinin köməyi ilə liseydə
İKT üzrə təşkil
olunmuş "Biləyən" kursunun ilk məzunlarına
sertifikatlar və hədiyyələr təqdim olunub.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
8 aprel.- S.3.