Tələbələrin
XVI Respublika fənn olimpiadasının keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin 31 mart 2011-ci il tarixli, 509 nömrəli qərarını
nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Tələbələrin XVI
Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya,
informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri
üzrə) 2011-ci ilin aprel-may aylarında 2 tur üzrə
keçirilsin.
2. Olimpiada keçirilən fənlərin
siyahısına biologiya fənni əlavə edilsin.
3. Olimpiadanın I turu 2011-ci il 5 - 30
aprel tarixlərində ali təhsil müəssisələrində,
II yekun turu cari ilin may ayında Azərbaycan Dövlət
İqtisad Universitetində keçirilsin.
4. Olimpiadanın keçirilməsi məqsədilə
Təşkilat Komitəsi (əlavə 1) və Münsiflər
heyəti (əlavə 2)
yaradılsın.
5. "Tələbələrin XVI
Respublika fənn olimpiadası haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə 3).
6. Ali təhsil müəssisələrinin
rektorları:
6.1.
Olimpiadanın I turunun yüksək səviyyədə
keçirilməsini təmin etsinlər;
6.2.
Olimpiadanın I turunda qalib çıxmış və II tura
vəsiqə qazanmış tələbələrin
siyahısı, habelə onların hər biri
üçün "Olimpiada iştirakçısının
anketi" 2011-ci il 5 may tarixədək Təhsil Nazirliyinə
təqdim etsinlər.
7. Olimpiadanın II turunun yüksək
təşkilatçılıq səviyyəsində həyata
keçirilməsinin təmin edilməsi Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoruna (Ş.Hacıyev) tapşırılsın.
8. Təhsil Nazirliyinin Elm şöbəsi
(G.Hüseynova):
8.1.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birgə
Olimpiadanın xərclər smetasını 15 gün müddətində
hazırlayıb təsdiq üçün təqdim etsin.
8.2.
Ali təhsil müəssisələrində Olimpiadanın I
turunun yekunlarının ümumiləşdirilməsi,
müvafiq məlumat bazasının hazırlanmasını həyata
keçirsin.
8.3.
Olimpiadanın II turunun keçirilməsi üçün
lazımi tədbirlər görsün.
8.4.
Olimpiada qalibləri üçün diplomların
hazırlanması və hədiyyələrin
alınmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını və nazirliyin
veb-saytında yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (H.Məmmədova)
əmrin çoxaldılıb yerlərə göndərilməsini
təmin etsin.
11. "Ali məktəb tələbələrinin
Respublika fənn olimpiadası haqqında Əsasnamənin təsdiqi
barədə" Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675
nömrəli əmri qüvvədən düşmüş
hesab edilsin.
12. Əmrin icrasına nəzarət
nazir müavini İ.Hüseynovaya həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
7 aprel 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.2.