Tələbələrin
XVI Respublika fənn olimpiadasının keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin qərarı
Azərbaycan Respublikası Təhsil
Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi
QƏRAR N 509
Bakı şəhəri 31 mart
2011-ci il
Tələbələrin XVI
Respublika fənn olimpiadasının keçirilməsi
haqqında
Respublika
ali təhsil
müəssisələrində təhsil alan tələbələrin müxtəlif
fənlərə marağının
artırılması, həmin
fənlər üzrə
yüksək bilik nümayiş etdirən tələbələrin aşkar
edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət
Heyəti
QƏRARA ALIR:
1. Tələbələrin XVI Respublika
fənn olimpiadası
(riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri
fənləri üzrə)
2011-ci ilin aprel-may aylarında 2 tur üzrə keçirilsin.
2. Olimpiadanın I turu
2011-ci il 5 - 30 aprel tarixlərində ali təhsil müəssisələrində, II yekun turu cari
ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində
keçirilsin.
3. Olimpiadanın keçirilməsi
məqsədilə Təşkilat
Komitəsi (əlavə
1) yaradılsın.
4. Olimpiadanın keçirilməsi
ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları
götürür:
4.1. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların
hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin
alımasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə
mükafatların verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
- Münsiflər heyətinin
sədrlərinə (12 nəfər)
200 manat məbləğində
pul mükafatının
ayrılmasını.
5. Tərəflər olimpiadanın
keçirilməsi və
qaliblərin mükafatlandırılması
ilə bağlı xərclər smetasını
hazırlayıb 15 gün
müddətində təsdiq
etsinlər.
6. Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
və İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
7. Qərarın icrasına
nəzarət nazir müavini İ.Hüseynovaya
və sədr müavini Ş.Əsgərova
həvalə olunsun.
Azərbaycan Respublikasının təhsil
naziri
Misir MƏRDANOV,
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
Səttar MEHBALIYEV
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.2.