Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili və qarşıda duran vəzifələr" ilə bağlı 02 aprel 2010-cu il 122 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək üçün Təhsil Nazirliyinin 14 may 2010-cu il tarixli əmrində nəzərdə tutulan işləri həyata keçirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Metodiki Əlaqələndirmə
Şurasının tərkibi təsdiq edilsin (əlavə 1);
2. Metodiki Əlaqələndirmə
Şurasının Əsasnaməsi təsdiq edilsin (əlavə
2);
3.Ali təhsil müəssisələrinin
rəhbərlərinə tapşırılsın ki, Metodiki Əlaqələndirmə
Şurasının işinə cəlb olunan mütəxəssislərin
səmərəli işləməsi üçün
müvafiq şərait yaradılsın;
4. Təhsil nazirinin müavini
(E.Qasımov) və Beynəlxalq əlaqələr şöbəsinin
müdiri (Q.Novruzov) bu əmrdən irəli gələn
müvafiq tədbirləri həyata keçirsinlər;
5. Əmr "Azərbaycan müəllimi"
qəzetində, "Təhsil xəbərləri" məcmuəsində
dərc edilsin;
6. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
8 aprel 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.2.