"İnnovasiyaya doğru"
mövzusunda seminar
Bu
günlərdə Almaniyanın
Mitra təşkilatının nümayəndələri paytaxtımızın qabaqcıl təhsil
müəssisələrindən biri olan 7 nömrəli orta məktəbin
dəvəti ilə şəhərimizə qonaq gəlib. Qonaqlar təhsil ocağı ilə
tanış olduqdan sonra Fəxri xiyabanda ulu öndərimiz
Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət ediblər.
Almaniyalı qonaqlar məktəbin müxtəlif siniflərində dərslərdə iştirak edib istedadlı
uşaqların əl işləri, rəsm əsərləri
və bədii özfəaliyyət kollektivi ilə
tanış olublar. Daha sonra qonaqlara 20 Yanvar və Xocalı
faciəsi haqqında film nümayiş etdirilib və baş
verən dəhşətli hadisələr
barədə məlumat verilib. Azərbaycan
təhsilinə maraq göstərən qonaqlar ADU-ya,
Almaniyanın Azərbaycandakı səfirliyinə,
Qala-Etimologiya muzeyinə, Qobustana səfər edib, şəhərin
tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olublar.
Aprelin
5-də məktəbdə "İnnovasiyaya doğru"
mövzusunda seminar keçirilib. Məktəbin direktoru
Gülnaz Mehdizadə Azərbaycan təhsilinin dünya təhsilinə
inteqrasiyası məqsədilə "Almaniya - Azərbaycan məktəblərinin
əməkdaşlıq körpüsünün
yaradılması" layihəsi haqqında ətraflı məlumat
verərək qonaqları tədbir
iştirakçılarına təqdim
edib. Layihənin təsisçisi xanım Marina Burd
gördükləri iş haqqında
geniş məlumat verərək bildirib ki, layihə
çərçivəsində 2 məktəb, 8 uşaq bağçası
fəaliyyət göstərir. Bu təhsil ocaqlarında dərslər
rus və alman dillərində
aparılır. Yeni dərs ilinə 2 məktəb, 2
uşaq bağçası açmaq da nəzərdə
tutulur. Xanım Burd çıxışında onu da qeyd edib
ki, layihənin əsas məqsədi Avropa ölkələrində,
o cümlədən müxtəlif
məktəblərdə şagird və müəllimlərin
təcrübə mübadiləsini təşkil etməkdir.
Marina
Burd çıxışının sonunda 7 nömrəli məktəbin
şagird və müəllimlərindən ibarət bir qrup nümayəndəni bu ilin noyabr ayında Berlində
keçiriləcək olimpiadada iştirak etmək
üçün Almaniyaya dəvət edib.
Mitra
təşkilatının məktəblər üzrə iş sektorunun müdiri Aleksandr Ott
layihənin bütün Avropada
böyük maraq doğurduğunu və bir çox
dövlətlərdə həyata keçirildiyini bildirib. O, öz
çıxışında 7
nömrəli məktəblə də birgə əməkdaşlığın
əhəmiyyətindən danışıb.
Çıxış
üçün söz alan millət vəkili Ziyad Səmədzadə Azərbaycan təhsil sistemində son
illərdə qazanılan uğurlardan, aparılan təhsil
islahatlarının mahiyyətindən, təhsilin
inkişafının dövlətin
prioritetlərindən biri olduğundan bəhs edib. Layihənin əhəmiyyətli olduğunu
söyləyən millət vəkili öz tərəfindən
bu əməkdaşlığa dəstək
olacağını da
vurğulayıb. Səbail Rayon İcra Hakimiyyəti
başçısının müavini Xalidə Bayramova
da çıxışında
həyata keçirilən layihəni bəyəndiyini və
bu işdə məktəbə
yardımçı olacağını qeyd edib.
Sonra qonaqlara verilən suallar cavablandırılıb.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.7.