Peşə təhsilinin
əsas prinsipləri
Azərbaycan Respublikası
Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)nın" əsas
məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə
uyğun peşə-ixtisas kadrlarına yaranan
tələbatın ödənilməsi, habelə əhalinin
müasir peşə təhsili almaq imkanlarının təmin
edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli
texniki peşə təhsili sisteminin formalaşdırılmasıdır
ki, bu da aşağıdakı əsas prinsiplərin nəzərə
alınmasını tələb edir.
Fasiləsizlik və çoxpilləlilik.
Müasir
dövrdə bütövlükdə təhsil sistemində, eləcə
də peşə təhsili sistemində ən aktual problemlərdən
biri fasiləsiz təhsilin təmin edilməsi məsələsidir.
Fasiləsiz
təhsil təhsil müəssisələrində insanın
bilik, bacarıq və vərdişlərinin səviyyəcə
artırılmasını və ömür boyu
özünütəhsilin təşkilini nəzərdə
tutur. O, şəxsiyyətin durmadan inkişafını, bir
neçə ardıcıl mərhələdə daha yüksək
inkişaf həddinə çatması kimi başa
düşülür. Geniş mənada fasiləsiz peşə
təhsili hər bir insanın işləmək, sərbəst
iş seçimi hüququnun gerçəkləşməsini
peşə təhsilinin ümumdünya insan haqlarının
deklarasiyasında (bəyannaməsində) göstərildiyi
kimi əlçatan olmasını ifadə edir.
Bu problemə
bir neçə aspektdə baxmaq olar:
Ümumsosial aspektdə məsələnin mahiyyəti vətəndaşlara
təhsil verilməsində insanların və işəgötürənlərin
daimi dəyişən tələblərinə cavab verən
dövlət tərəfindən müəyyən edilmiş
normaların təmin edilməsidir.
İqtisadi
aspekt baxımından bu, investisiya şəraitinin
yaradılması, maliyyələşməsi və vətəndaşların
peşə təhsilinin təminatını müvafiq iş fəaliyyətinin,
yüksəkmaaşlı işlə təmin olunmaları və
bununla əlaqədar olaraq yüksəkkeyfiyyətli məhsulun
buraxılmasındadır.
Təhsil aspekti baxımından peşə təhsilinin
fasiləsizliyi vətəndaşın biliyə,
bacarığa, əxlaqi dəyərlərə, onların
seçdiyi ixtisasın ixtisasartırma tələblərinə
cavab verməsidir.
Fasiləsiz təhsilin sistemi dövlət və
qeyri-dövlət təhsil ocaqlarının kompleksini təşkil
edir, onlar təhsilin hər bir hissəsinin (növünün)
birliyini təmin edir, dövlətin tələbatını,
qoyulan məsələlərin ümumtəhsil, texniki peşə
hazırlığının inkişafına yönəldilir.
Fasiləsiz təhsilin mühüm əlamətlərindən
biri də onun bütövlüyüdür. Bu, hər bir
insanın yaşından, əvvəl hansı peşəyə
yiyələnməsindən, yaşayış yerindən,
cinsindən asılı olmayaraq onun hərtərəfli,
harmonik inkişafına şəraitin yaradılması kimi
sosial-pedaqoji yönümə malikdir.
Bu zaman onun şəxsi imkanlarını,
maraqlarını və dəyərlərini nəzərə
almaq lazımdır. Fasiləsiz təhsilin
bütövlüyü ona yeni inteqral imkanlar yaradır. Bu inteqral imkanlar əsasən davamlılıq və
dinamiklikdən ibarətdir.
Davamlılıq təhsildə bir pillədən o biri
pilləyə yüksəlmək, bilik, bacarıq, istedadın
dərəcələrinin dəyişib dərinləşməsi,
ayrı-ayrı təhsil ocaqlarında məzmun, metod və təhsil
(təlim) tərbiyə forması ilə
bağlılığıdır.
Müasir dövrdə ictimai inkişafın əsas fərqli
cəhəti fəaliyyətin daim məqsəd, status, şərait
və nəticələrinin dəyişməsidir. Peşə təhsili
sosial institut olduğundan ona daim dəyişən dinamik daxili
və xarici qarşılıqlı əlaqəli amillərin
təsiri altında inkişaf edən sistem kimi
baxılmalıdır. Bu mənada peşə
təhsilinin mühüm şərt və prinsiplərindən
biri fasiləsizlikdir.
Əmək sahəsinə və istehsalata müdaxilə
etməklə bu prinsip mənəvi mədəniyyəti,
şəxsiyyətlərarası münasibətləri, siyasi
fəallığı daxil etməklə şəxsiyyətin
formalaşdırılmasında daha böyük sahəni əhatə
edir. Texniki istehsalat sahəsində fasiləsizliyə
qanunauyğun hadisə kimi baxılır, ona görə ki,
elmi-texniki tərəqqinin təsiri ilə müxtəlif səviyyəli
kadrlar hazırlanmasının nisbəti dəyişir, həm
də istehsala xidmət baxımından onların funksiyası
dəyişilir.
Peşə təhsilinin fasiləsizliyi ideyası əməyin
məzmun və xarakterindəki fasiləsiz dəyişilməsi
və fəaliyyətin inteqrasiya kateqoriyasından irəli gəlir.
Açıqlıq.
Peşə təhsilinin yeni sosial-iqtisadi
şəraitə uyğunlaşmaq zərurəti onun yenidən
təşkil edilməsi tələbini ortaya
çıxarmışdır. Bu yenidənqurulmanı
ləngidən səbəblərdən biri peşə təhsilinin
mahiyyətcə insanların real maraqları baxımından
qapalı qalması və iqtisadiyyatda gedən dəyişikliklərə
adekvat cavab verə bilməməsidir.
Təhsil
o zaman qapalı inkişafa nail olur ki, dövlət
insanların peşə seçiminin tənzimlənməsini,
təhsil ocaqlarının fəaliyyətinin bütün
aspektlərində və təhsil prosesində bütün məsuliyyəti,
idarəetməni öz üzərinə götürür. Açıq cəmiyyətdə əksinə,
insanın öz fikrini bildirmək imkanı var. Açıq təhsil
sisteminə keçid subyektiv əməklə
bağlıdır. Yuxarıda qeyd olunan təlimatlara
riayət etməmək insanları çətinliklərlə
üz-üzə qoyur. Buradan da yenidən
qapalı sistemə qayıtmaq istəyi artır. Açıq sistemdə hər bir insan öz fikrini
bildirir və heç bir qaydalara riayət etmək məcburiyyətində
qalmırlar.
Qapalı cəmiyyətdə insan tərəfindən
yaradılmış institutlar qəbul edilmir. Bununla əlaqədar
onların iş sisteminə qarışmaq qadağandır və
onların dəyişikliyi müzakirə edilmir. Sosial institutların insan tərəfindən
yaradılması fikrini qəbul etmək tərəqqiyə
çatmaq üçün çox vacibdir, çünki
insan öz məqsədlərinə uyğun yenidən təkmilləşdirə
bilər.
Açıqlıq prinsipinə görə dövlət
orqanları ilə bərabər, ictimai təşkilatlar,
kooperativlər, ayrı-ayrı vətəndaşlar təhsilin
inkişafına yaxından kömək edir, onun yeniləşməsinə
şərait yaradır.
Peşə təhsilində açıqlıq, hər
şeydən əvvəl, insanın peşə seçimindəki
azadlıqdır. Həm də əldə ediləcək
ixtisas səviyyəsinin harada, hansı forma və qaydalarla əldə
edilməsində uyğunluğun olmasıdır. İnsana belə seçimin verilməsi o deməkdir
ki, heç bir xarici təzyiq olmadan onun peşə seçimi
təmin edilir.
Peşə
təhsilinin açıq şəraitdə fəaliyyət
göstərməsi, aşağıdakılarla
qarşılıqlı təsirdə olması xüsusi əhəmiyyət
kəsb edir: şəxsiyyətlə, əhatə edən
sosial mühitlə, əmək bazarı ilə, xarici təhsil
sistemləri ilə, peşə təhsili mütəxəssisləri
ilə, elmi-texniki və texnoloji yeniliklərlə, əməyin
müxtəlif formaları ilə.
Bu əlaqələr peşə təhsilinin
inkişafı stimulunda əsas hərəkətverici qüvvələr
hesab olunur.
Təhsil insanların ehtiyaclarına və maraqlarına
yaxınlaşan digər sosial institutlarla qarşılıqlı
təsirə açıq olmaqla onların hərtərəfli
peşə fəaliyyətində, bütövlükdə həyata
hazırlığında əsas rol oynamalıdır.
Açıq təhsil elm və texnikadakı yenilikləri
daha tez qəbul etməli, onu təhsilin məzmununa daxil etməli,
o həyat tərzinin, eləcə də cəmiyyətdəki
dəyərlər sisteminin dəyişilməsinə reaksiya
verməlidir.
İqtisadi dəyişikliklər mərhələsində,
istehsal sahələrinin bir qisminin fəaliyyətinin
dayandırılması və fəhlə qüvvələrinin
artıqlığı şəraitində açıq
peşə təhsili yalnız kadr
hazırlığını deyil, həm də sosial gərginliyin
azaldılmasına qarant olmalıdır.
Gənclər,
eləcə də iş qabiliyyətli yaşlı insanlar
işə düzəlmə şansları az
olduqda azad vaxtlarında yeni peşə və ixtisas qazanmaqla
işə düzəlmədə daha çox şans əldə
edirlər.
Peşə təhsilinin qapalılığı əvvəlki
illərdə yalnız şagirdlərin müəyyən fəaliyyətə
hazırlanmasından ibarət olmuş, konkret insanın
ehtiyaclarının nəzərə alınması isə arxa
planda qalmışdır.
Peşə
təhsili sisteminin açıqlığının zəruriliyini
şərtləndirən sosial-iqtisadi amillər bunlardır:
* əmək və peşəyə dair yeni
konsepsiya;
* məşğulluğun yeni nümunələri;
* təhsilliyin səviyyəsinə və həcminə
olan tələblərin dəyişilməsi;
* əmək müqavilələrinin qısa
müddətliliyi;
* peşə fəaliyyəti sikllərinin ixtisar
olunması.
Şəxsiyyətyönümlülük. Son onillikdə
pedaqogika elmi və pedaqoji praktikada yeni yaranmış ltəlim
və təhsilin şəxsiyyətyönümlülüyü»
anlayışı geniş müzakirə olunur. Dəbdə olan bu termin tez-tez işlədilir, lakin bəzən
təyinatına görə istifadə olunmur. Çox zaman ona müxtəlif mənalar verirlər.
Bəziləri şagirdlərin qabiliyyətini nəzərə
alaraq fərdi yanaşmanı, digərləri tədris
materialının müxtəlif çətinlik səviyyəsinə
və mənimsənilməsinə (güclülər,
ortabablar və zəiflər üçün) uyğun
formalaşdırılmasını, üçüncülər-profilləşmə
və predmet diferensasiyasını nəzərdə tuturlar,
dördüncülər - onu innovassion və alternativ proseslərlə
əlaqələndirirlər.
Bizim fikrimizcə, şəxsiyyətyönümlülük
- istiqamətləndirilmiş təhsil deməkdir. Bu, ilk növbədə,
yeniyetmənin, gəncin daxili təcrübəsi, insanda ən
müqəddəs şey olan onun subyektivliyi ilə işləmək
bacarığıdır. Bu yanaşma
humanist postulatdan irəli gəlir və həmin postulata
görə, hər bir uşaq istedadlı, hər bir insan
unikaldır, hər kəs özünəməxsus şəkildə
həqiqəti tapır. Burada yalnız onun
idrak aparatının qüvvətli və zəif tərəflərini
anlamaq lazımdır ki, sonradan güclü tərəfləri
inkişaf etdirib zəifləri isə aradan qaldırasan.
Elə buradaca şəxsiyyətyönümlü
təhsilin anlaşması üçün bir şərti də
əlavə edək. O özündə iki
anlayışı: bir tərəfdən, cəmiyyət fəaliyyətinin
xüsusi növü kimi təşkil olunmuş ənənəvi
təlim və tərbiyə, digər tərəfdən,
insanın daxili təcrübəsi reallaşıb və
inkişafına imkan verən fərdi əhəmiyyətli fəaliyyət
növü olan təlimi və özünütərbiyəsini
birləşdirir.
Peşə təhsilinin şəxsə istiqamətləndirilməsi
şagirdlərin qabiliyyətindən istifadə edilməsini nəzərdə
tutur. Burada şagirdin intellektual, iradi, əxlaqi və digər
şəxsi keyfiyyətlərinin məcmusu olan fərdiyyətçiliyi
əsas götürülür. Onlardan
istifadə etmək təlimin optimal strategiyasını
seçməyə və idrakı fəaliyyətə fəal
təsir göstərməyə imkan verir.
Psixoloqlar tərəfindən şəxsiyyətyönümlü
təhsilin dərk edilməsi, layihələndirilməsi və
həyata keçirilməsi üçün 8 əsas şərt
müəyyən edilmişdir. Peşə təhsilinin spesifikliyi
baxımından onları nəzərdən keçirək:
1. Şəxsiyyətyönümlü
təhsil şagird şəxsiyyətinin inkişafını
təmin etməlidir. İdrak subyekti kimi
şagirdin fəaliyyət predmeti, professional fəaliyyəti
kimi fərdi xüsusiyyətlərindən
çıxış etməlidir.
2. Təhsil
prosesi hər bir şagirdə onun qabiliyyətinə, peşə
fəaliyyətinə, maraqlarına, şəxsiyyətyönümlülüyünə
imkan verməlidir.
3. Təhsilin
məzmunu, vasitə və metodları elə seçilib təşkil
edilməlidir ki, şagirdin fənn materialını onun forma və
mənimsəmədə çətinlik səviyyəsinə
görə seçmək imkanı olsun.
4. Şəxsiyyətyönümlü
təhsilin baza meyarı yalnız əldə edilmiş bilik,
bacarıq, yeniliklərin səviyyəsini deyil, həm də
intellektin (onun xüsusiyyət, strukturu və təzahür
xarakterini) formalaşmasını nəzərə alır.
5.
Şagird və tələbələrin təhsilli və tərbiyəli
olması onun mənəvi və intellektual keyfiyyətlərinin
yaranması kimi anlaşılır ki, bu da yeni təhsilin əsas
məqsədi kimi çıxış edir.
6. Təlim
ilə təhsilliliyi prinsipial şəkildə fərqləndirirlər.
Hesab olunur ki, bilik, bacarıq və vərdişləri əldə
etməklə təlim
7.
Verilmiş kontekstdə ənənəvi təlim və tərbiyə
fasiləsiz təhsil prosesində aparıcı ola
bilməz. Təhsilin əsas komponentləri
şagirdin fərdiliyinin inkişafı, onun
intellektual-yaradıcı və peşə-ixtisas
potensialını müəyyən edir, onun öz
inkişafı üçün bütün zəruri şəraiti
yaradır.
8. Şəxsiyyətyönümlü
təhsil variativlik və diferensial (alternativlik) prinsiplər əsasında
qurulur.
Diferensiallaşmış prinsipdə təhsil prosesinin təşkilində
forma, metod və məzmunun mürəkkəblik səviyyəsinin
uyğunluğu baxımından idrak fəaliyyətinin dərinləşməsi
üzrə müəllim və şagirdlərin birgə fəaliyyətində
seçim edilməsinə imkan verilir. Bu zaman məqsəd
qoyulur, şagirdin öz insanlıq ləyaqətinin müxtəlif
situasiyalarda saxlanılmasına mane olan problemlərin aradan
qaldırılmasına və təlimdə gözlənilən
nəticənin özünütərbiyə, ünsiyyət,
davranış müstəqilliyi əldə edilməsinə
şərait yaranır.
Peşə
təhsilinin şəxsiyyətyönümlü sisteminin layihələndirilməsi
və həyata keçirilməsi
aşağıdakıları nəzərdə tutur:
1.
Şagirdlərin təhsil prosesinin əsas subyekti kimi qəbul
edilməsi;
2.
Şagirdlərin fərdi qabiliyyətlərinin
inkişafının keyfiyyət baxımından əsas məqsəd
hesab edilməsi;
3.
Şagirdlərin subyektiv təcrübəsindən istifadə
edilməsi və məqsədyönlü inkişafına
sistemləşdirilməsinə istiqamətlənmiş təhsilin
forma, metod və vasitələrinin müəyyən edilməsi;
4. Təhsil
prosesinin bütün iştirakçılarının -
şagirdlər, müəllimlər, valideynlər və
işəgötürənlərin sosial tərəfdaşlığının
işlənilməsi və qaydaya salınması.
Şəxsiyyətyönümlü təlim modelinin həyata
keçirilməsi üçün nə lazımdır? Bunun üçün
birincisi, təhsilvermə konsepsiyasının təlim və tərbiyənin
vəhdəti deyil, həm də fərdiliyin inkişafı,
qabiliyyətlərin yaradılması prosesi kimi qəbul etmək;
ikincisi, təhsilvermə prosesinin əsas
iştirakçılarının - idarəedənlərin,
müəllimlərin, şagirdlərin və valideynlərin
qarşılıqlı münasibət xarakterlərini müəyyən
etmək; üçüncüsü, təhsilvermə
prosesinin effektivlik kriteriyasının müəyyən edilməsini,
təlim və tərbiyənin tək vəhdəti deyil, həm
də fərdlərin inkişafı, qabiliyyətlərin
yaranması prosesi kimi qəbul etmək lazımdır.
İnteqrativlik. İnteqrasiya
yalnız müxtəlif fənlərin tədris elementlərinin
bir sintez edilmiş kursu olmayıb, hər şeydən əvvəl,
biliklərin inteqrasiyasıdır. Başqa
sözlə, təhsilin inteqrasiyası yalnız formal olaraq
müxtəlif biliklərin yeni tədris mətnində birləşdirilməsi
deyil, şagirdin şüurunda məna kəsb edən mental
anlayışın formalaşdırılmasına gətirən
müxtəlif mətnlərin birləşdirilməsidir.
Beləliklə, təhsildə məzmun yox, biliklərin
ardıcıl inteqrasiyası aparılır (yaranır). Müəllimin
fəaliyyəti bu prosesi təmin edir və buna aparıcı
inteqrasiya mexanizmi kimi baxılır. Belə
nəticə çıxarmaq olar ki, təhsilin inteqrasiyası
- şagird tərəfindən müəllimin rəhbərliyi
ilə məlumatların bir tədris dilindən digərinə
ardıcıl köçürülməsidir, bu prosesdə
biliklərin mənimsənilməsi, anlayışların
formalaşdırılması və yeni fikirlərin
yaranması həyata keçirilir.
İstehsalatda texnoloji yeniləşmə fəhlənin
peşə -sahə strukturunda ciddi dəyişikliyə səbəb
olur. Bu proses
bir tərəfdən mürəkkəb əmək peşələrini
ortaya çıxarır, digər tərəfdən fəhlənin
xidmət sahəsinin genişləndirilməsi vəzifəsini
qarşıya qoyur. Bazar iqtisadiyyatı şəraitində bu
proses bir qədər də güclənir və fəhlə
qüvvələri qanunauyğun şəkildə
azaldılır.
Planlı təsərrüfatdan fərqli olaraq indi
kiçik və orta müəssisələrdə
sahibkarları texnoloji zəncirin istənilən həlqəsində
işləməyi bacaran ixtisaslı, çevik fəhlə
daha çox maraqlandırır. Bu da bir istehsalat sahələrindəki
peşələrin inteqrasiyasına zərurət yaradır.
Bu baxımdan, inkişaf etmiş ölkələrdə
texniki peşə təhsilinin yüksək səviyyədə
təşkil edilməsinin əsas səbəbi elm, istehsalat və
təhsildəki inteqrasiyadır.
Müəssisələrin istehsalla bağlı struktur
quruluşunun, texnoloji ardıcıllığının fəhlə
əməyinin məzmunundakı oxşarlıqlar peşələrin
inteqrasiya edilməsinə tam əsas verir. Maddi
istehsalatda nailiyyətlər yalnız ayrı-ayrı elmlərin
inkişafından asılı olmayıb, həm də bu elmlərin
(fənlərin) inteqrasiyasından, onların nəticəsindən
asılıdır.
Peşələrin inteqrasiyasında həm istehsalat, həm
də didaktik olmaqla iki məqsəd həyata keçirilir. Birinci halda bu
problemin həyata keçirilməsi istehsalatın
genişprofilli fəhlələrlə təmin olunmasına
imkan verir. İkinci halda isə inteqrasiya
olunmuş peşələr tədris-proqram sənədlərinin
maksimum unifikasiya olunmasına şərait yaradır ki, bu da
bir sosial problemin həlli deməkdir.
Təhsilin məzmununda ilkin inteqrasiya səviyyəsi
didaktik sintez səviyyəsidir. Fəhlə peşələrinin,
eləcə də tədris fənlərinin bu səviyyədə
inteqrasiyası iki, yaxud bir neçə peşə (fənnin)
bazasında həyata keçirilir. Qarşılıqlı
təsirdə olan peşə və fənlər öz
statusunu saxlayır.
Təhsilin məzmununda inteqrasiyanın ən yüksək
səviyyəsi yeni tədris fənninin formalaşması ilə
bitən inteqrativ xarakterə və özünün öyrənilmə
predmetinə malik olan bütövlük səviyyəsindən
ibarətdir.
Peşə təhsilinin məzmununun inteqrasiyası elm,
texnika və istehsalatda baş verən inteqrasiya proseslərinin
əks etdirilməsindən ibarətdir. Bununla da əvvəl
sərbəst kurslarda mövcud olan materialların sadəcə
yığılması həyata keçirilməyib onların
yeni məntiqi quruluşu yaradılır. İnteqrasiya
prosesi iki istiqamətdə gedir: şaquli istiqamət üzrə
- ümumtexniki və ixtisas biliklərinin sıx əlaqəsi
və üfüqi istiqamət üzrə - inteqrasiyalı tədris
fənlərinin yaradılması.
Fəhlə peşələrinin inteqrasiyası, peşə
təhsilinin məzmununun unifikasiyasına, bilik, bacarıq və
vərdişlərin sintezinə, ümumi texniki və peşə
təhsilinin vəhdətinə əsaslanmışdır.
Fəhlə hazırlığında unifikasiya təhsilin
məzmununun peşə qrupları üzrə vahid didaktiki
formaya gətirilməsidir.
Bunların zəruriliyi həm də cəmiyyət, elm,
texnika, istehsalatın inkişafında qarşılıqlı
təsir və qarşılıqlı
asılılığın dialektik vəhdətindən irəli
gəlir.
Peşələrin inteqrasiyası eyni zamanda yeni istehsalat
fəaliyyətinə çıxış yaradır,
genişprofilli fəhlə əməyinin əsas məzmunu
yeni mexanizm və tipik avadanlıqların tətbiqi ilə
şərtlənən istehsal vasitələrinin ümumiliyini
əks etdirir.
Əsasən tipik mexanizm və qurğulara qulluq
və idarə etməkdən ibarət olan əmək
funksiyalarının ümumiliyi dar profilli bir çox peşələrin
inteqrasiyası üçün əsas təşkil edir.
Peşələrin
inteqrasiya prosesində əsas obyektiv şərtlər
bunlardır:
* istehsalatda yerinə yetirilən işlərin
mürəkkəbləşməsi, onun texniki və texnoloji səviyyəsinin
artması;
* fəhlənin əməyinin məzmununun dəyişilməsi
və əmək fəaliyyəti sahəsinin genişlənməsi.
Yeni çevik əməliyyatların yerinə yetirilməsi və
onların müxtəlif variantlılığı;
* əmək bazarının tələblərinə
uyğun olaraq ixtisaslı fəhlə kadrları
hazırlığı;
* fəhlə kadrlarının
hazırlığına çəkilən xərclərin
azaldılması, onların hazırlanmasında ixtisas səviyyəsinin
profilinin genişləndirilməsi;
* unifikasiya edilmiş tədris-plan və
proqramların həyata keçirilməsi;
* şəxsiyyətin yaradıcılıq
qabiliyyətinin genişləndirilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi;
* istehsalatın tələblərinə cavab verə
bilən fəhlə kadrları hazırlanmasını təmin
edən yeni, daha səmərəli peşə-ixtisas
strukturunun yaradılması;
* əmək ehtiyatlarının effektiv istifadə
edilməsi, fəhlə qüvvəsinə olan
çatışmazlığın aradan
qaldırılması.
Yuxarıda
sadalananları əsas götürərək eyni istehsalat sahəsindəki
peşə qrupları üzrə peşə təhsilinin məzmununun
unifikasiya edilməsi üçün belə kriteriyalara əsaslanmışıq:
* əməyin məzmunundakı qohumluğu;
* istehsalatın texnika və
texnologiyasındakı ümumiliyi;
* tədris materialının müasir elm, texnika
və texnologiyaya uyğunluğu;
* peşə profilinin genişliyi, əməyin
mürəkkəbliyi.
Bu əsasda
mövcud olan sənəd, tədris plan və
proqramlarının sayının ixtisarına və təlim-tərbiyə
prosesinin effektliliyinin yüksəldilməsinə imkan verir.
İndiki mərhələdə peşə təhsilinin
inteqrasiyalı məzmununun formalaşdırılmasında əsas
mənbə kimi istehsalatın elmi-sənaye tipi, insan fəaliyyətinin
yeni növləri, texnika, istehsalat, peşə
hazırlığında mövcud olan sosial-iqtisadi,
elmi-texniki, didaktik, psixoloji-pedaqoji hazırlığa istinad
edilir.
Məlumdur ki, peşə ictimai istehsalatda öz yeri və
əhəmiyyəti ilə həm də öz profili,
genişliyi, ixtisas səviyyəsi ilə xarakterizə olunur. Peşə çərçivələri
dinamik ola bilər, lakin istehsalatın hər
bir inkişaf mərhələsində onun öz sərhədi
vardır.
İstehsalatın özündə gedən inteqrasiya
prosesi geniş peşə profillərinin yaradılmasına
öz təsirini göstərir. Geniş peşə
profili dedikdə elmi-texniki tərəqqinin təsiri altında
formalaşan yeni əmək fəaliyyəti başa
düşülür.
Kamil AĞAMALIYEV
Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.19-21.