Coğrafiya fənninin tədrisində müşahidə və təcrübələr

 

Coğrafiyadan təcrübə və müşahidələr şagirdlərin idrak qabiliyyətlərini fəallaşdırır, onlarda coğrafiyaya marağı artırır ki, bu da nəticə etibarı ilə təlim və tərbiyə işinin keyfiyyətinin yaxşılaşmasına kömək edir. Müxtəlif əyani vasitələrin tətbiqindən fəqli olaraq, təcrübə və müşahidə şagirdlərə bilavasitə əşya və hadisələrin özü ilə tanış olmağa imkan verir. Bu sahədə aparılan işlərin hamısı ölkəşünaslıq materialları əsasında təşkil edilir. Təlimin təşkilindəki bu forma şagirdləri yaşadıqları doğma yurdun təbiəti ilə yaxından tanış etməklə, fiziki coğrafiyanın bir çox məsələlərini praktiki surətdə müəyyənləşdirmək üçün geniş şərait yaradır.

Coğrafiyadan müşahidə və təcrübələr təşkil etmək üçün ən əlverişli yer coğrafiya meydançasıdır. Burada şagirdlər meteoroloji cihazlar vasitəsilə havanın elementlərini, ümumiyyətlə, atmosferin vəziyyətini müntəzəm olaraq müşahidə etməklə, məhəllin iqlim xüsusiyyətini müəyyənləşdirə bilərlər. Hər bir şagird növbə ilə müəllimin təyin etdiyi vaxtda hava üzərində müşahidə aparmalı, hava haqqında məlumat tərtib etməlidir. Bu zaman şagirdlər havanın dəyişkənliyini doğuran başlıca səbəbləri və havanın elementləri arasındakı qarşılıqlı əlaqə və təsiri müəyyən etmək bacarığı əldə edirlər.

Şagirdlərin təbiət hadisələrini və obyektləri müşahidə etməsi ancaq coğrafiya meydançasında aparılan işlərlə məhdudlaşdırılmamalıdır. Belə işi məktəb yaxınlığındakı başqa sahələrdə də aparmaq olar. Şagirdlərin müxtəlif hadisə və obyektləri müşahidə etmələrinin düzgün təşkili müşahidələrin nəticələrinin çertyoj, eskiz, sxems. şəkildə qeydə alınmasını tələb edir.

Hər hansı bir təbiət hadisəsinin və coğrafi obyektin şagirdlər tərəfindən müşahidə edilməsi o zaman yaxşı səmərə verir ki, alınacaq nəticə qabaqcadan şagirdə məlum olmasın. Əgər şagird nəticəni özü müstəqil surətdə taparsa, o vaxt o, böyük bir təbii hadisəni kəşf etdiyini güman edir. Müşahidə və təcrübələrin düzgün təşkili, bir tərəfdən şagirdlərdə coğrafi təfəkkürün inkişaf etməsinə səbəb olursa, digər tərəfdən, onlara gələcək müstəqil əmək fəaliyyətlərində buya digər sahələrdə sərbəst hərəkət etmək vərdişlərini aşılayır.

Fiziki coğrafiyanın öyrənilməsində müəllimlərin öhdəsinə düşən mühüm və çətin vəzifələrdən biri şagirdlərə fiziki-coğrafi hadisələri təbiətdə canlı müşahidə etməyi öyrətməkdən ibarətdir.

Coğrafi müşahidələri, başlıca olaraq, ekskursiya və səyahət vaxtı təbiətdə aparmaq lazım gəlir. Lakin bəzi müşahidələr sinifdə də mümkündür. Sinfin pəncərəsindən göyün rəngi və vəziyyəti, buludların növü, külək, yağıntılar, günəşin nə dərəcədə hündürdə olması və bəzən hətta bürclər üzərində də müşahidə aparmaq olar. Coğrafiya müəllimi aşağı siniflərdən başlayaraq, belə müşahidələrə fikir verməlidir. Şagirdlər bəzi coğrafi müşahidələri, məsələn, yerli süxurlartorpaq növləri (arx qazıldıqda inşaat tikintiləri aparılan yerlərdə və s.), habelə, yerli flora, fauna üzərindəki müşahidələri məktəbə gələrkən yolda apara bilər. Şagirdlər belə müşahidələrə müxtəlif yollarla həvəsləndirilməlidir. Şagirdləri fenoloji müşahidələrlə, xüsusən baharda təbiətin canlanmasını müşahidə etməklə də maraqlandırmaq əhəmiyyətlidir. Müəllim sual və tapşırıq verməklə şagirdləri belə müşahidələrə həvəsləndirməlidir. Şagirdlər müəllimin onların müşahidələri ilə maraqlandığını gördükdə daha artıq həvəslə müşahidə aparır və bundan daha çox fayda əldə edirlər.

Məktəbdə tövsiyə olunan hava gündəlikləri atmosfer hadisələri üzərində aparılan müşahidələr üçün ən yaxşı üsuldur. Lakin məktəbdə belə müşahidələrin arası kəsilməməlidir; rütubət, qırov, şeh, duman, bulud növləri, suyun rəngi, havanın şəffaflığı və s. üzərində müşahidə aparmaqla onları daha da genişləndirmək lazımdır.

Bundan başqa, yerli şəraitdən asılı olaraq çayya göl üzərində (suyun temperaturunu, keyfiyyətini, buz bağlamasını, duzluluğunu, balıqların hərəkətini və s. öyrənmək məqsədilə), habelə sahələrin su ilə yuyulması prosesləri, sürüşmələr və s. üzərində müşahidə aparmaq olar. Əlbəttə, bu hadisələrin üzərində müntəzəm müşahidə həvəskar şagirdlər və ya coğrafiya dərnəyi tərəfindən aparıla bilər. Lakin müəllim qalan şagirdlərin fikrinibu hadisələrə cəlb etməli və onları bu işlə maraqlandırmalıdır.

Müəllim əsas coğrafi müşahidə vərdişlərini uşaqlara ekskursiya və səyahət vaxtı aşılamalıdır. Ekskursiyalarda şagirdlər təbiətin həm kiçik obyektlərini, həm də bütöv landşaftları müşahidə etməyə öyrədilməlidir. Məsələn, bir təpəyə ekskursiya edildikdə bir tərəfdən həmin təpəni təşkil edən süxurların və torpaq növlərinin tərkibi və onun bitkiləri öyrənilir, digər tərəfdən isə bu təpəni əhatə edən relyefbitkinin ümumi xarakteri, həmçinin təpədən təsərrüfat nöqteyi-nəzərindən nə dərəcədə istifadə edilməsi öyrənilir.

Müəllim landşaftın əsas səciyyəvi əlamətlərini ayırd edə bilməyi şagirdlərə öyrətməlidir.

Müşahidənin düzgün aparılması şəkil, eskiz və xəritə çəkməklə, həmçinin müvafiq qeydlər və təsvirlər yazmaqla müşahidə nəticələrinin qeyd olunmasını tələb edir. Lakin unudulmamalıdır ki, düzgün coğrafi müşahidə aparmaq asan deyildir, belə müşahidə müəllimdən ciddi hazırlıq və işə təmkinlə yanaşmağı tələb edir.

Fiziki coğrafiya dərslərində təcrübə aparmaq da faydalıdır. Yaxşı təşkil edilmiş təcrübə şagirdlər üçün bəzi fiziki-coğrafi prosesləri təbiətdə aparılan müşahidələrdən daha yaxşı aydınlaşdırır.

Coğrafiya üzrə təcrübə həm sinifdə, həm də açıq havada, təbiətdə aparıla bilər. Sinifdə fiziki coğrafiya üzrə aparılan təcrübəyə diqqət yetirək.

Yer kürəsinin fırlanma nəticəsində qütblərdən basıq olduğunu anlamaq üçün aşağıdakı təcrübə maraqlıdır. Bunun üçün geniş bir borunun içərisinə spirt, onun da üstündən az miqdarda zeytunya günəbaxan yağı tökülür. Yağ spirtdən ağır olduğu üçün dibə çökür. Əgər bura yavaş-yavaş su da əlavə edilsə, yağ yuxarı qalxmağa başlayar. Su o qədər tökülür ki, yağ təbəqəsi təqribən borudakı mayenin yarısınadək qalxsın. Bir az keçdikdən sonra yağ borunun ortasında üzən birya bir neçə kürəcik şəklində birləşir və bu kürəciklər çubuqla yavaşca bir kürəcikdə birləşdirilir. Bundan əmələ gəlmiş yağ kürəciyindən məftil və ya mil keçirilib, o yavaşca fırlandırılarsa, kürəcik fırlandıqca basıq vəziyyətdə olacaq. Kürəcik yenə fırlandırıldıqda, ondan halqaya bir neçə daha kiçik kürəcik ayrılıb eyni istiqamətdə fırlanmaqda davam edir. Bu təcrübə fiziki coğrafiyada tez-tez rast gəlinən xüsusi çəki, cazibə qüvvəsi, mərkəzdənqaçma qüvvəsi kimi məfhumları başa salmaq üçünçox faydalıdır.

 "Atmosfer" mövzusu üzrə də bir sıra təcrübə aparıla bilər. Məsələn, şaxta olan zaman soyuq bir budağı mətbəxdən, paltar yuyulan yerdən və ya hamamdan çıxan isti və rütubətli hava cərəyanının qabağına tutmaqla süni sürətdə qırov, şaxtalı gündə bayırdan isti otağa daş gətirməklə şeh alına bilər, günəşli bir gündə su çəlləyindən su tökərək, ondan keçən günəş şüalarının sınmasını müşahidə etməklə göy qurşağı almaq olars. 

 

 

L.ƏHMƏDOVA

 

Azərbaycan müəllimi.- 2011.- 5 avqust.- S.5.