Tədbirlər
planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planının təsdiq olunması haqqında" 20 iyul 2011-ci il tarixli, 1644 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin icraya məsul strukturlarının, yerli təhsili
idarəetmə orqanlarının, təhsil müəssisələrinin
rəhbərləri planda nəzərdə tutulan tədbirlərin
icrasını təmin etsinlər və
görülmüş işlər barədə 20 dekabr 2011-ci
il tarixədək nazirliyin rəhbərliyinə hesabat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin, bu əmri
tədbirlər planı ilə birlikdə nazirliyin İnternet
səhifəsində yerləşdirsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və
tədbirlər planının çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
8 avqust 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 12 avqust.- S.2.