Təhsilimiz onlarla fəxr edə bilər

 

Azərbaycan kimya elminin uğurlu gələcəyinə etibarlı zəmin yaradan gənclər

 

 Son illərdə bütün istiqamətlərdə sürətli inkişaf olduğu kimi təhsildə də sevindirici uğurlar var. İndi ölkəmizin ümumi təhsil müəssisələrinin məzunlarının sorağı dünyanın ən aparıcı universitetlərindən gəlir. Bu tələbələr yüksək qiymətlərlə oxumaqla yanaşı, özlərinin həyat tərzləri, davranışları ilə universitetlərin kollektivlərinin böyük rəğbətini qazanırlar.

Ölkəmiz müstəqillik əldə etdiyi vaxtdan keçən 20 il müddətində şagirdlərimiz beynəlxalq olimpiadalarda böyük müvəffəqiyyətlə çıxış edərək ölkəmizin təhsil sisteminin uğurla inkişaf etdiyini nümayiş etdirmişlər.

Təsadüfi deyil ki, şagirdlərimiz 1998-2011-ci illərdə kimya üzrə keçirilən beynəlxalq və dünya olimpiadalarında 80-dən çox qızıl, gümüş və bürünc medal qazanmışlar. Bu uğurlar Təhsil Nazirliyinin, AMEA-nın, "Çağ" Öyrətim Şirkətinin və BDU-nun birgə əməkdaşlığı sayəsində mümkün olmuşdur.

BMT 2011-ci ili kimya ili elan etmişdir. Bu, müasir cəmiyyətin kimyasız yaşamının mümkün olmaması son illərdə bütün dünyada şagirdlər arasında təbiət elmlərinə, o cümlədən kimyaya marağın azalması ilə bağlıdır.

Qeyd edək ki, zəngin neft qaz ehtiyatlarına, qiymətli filiz yataqlarına, inkişaf etmiş neft emalı neft-kimya sənayesinə malik olan ölkəmizin yüksək ixtisaslı kimyaçı, kimyaçı-texnoloq, kimya mühəndisi, kimyaçı-ekoloq kimi kadrlara çox böyük ehtiyacı var bu tələbat sürətlə artmaqdadır.

"Azərbaycan müəllimi" qəzetinin may nömrələrinin birində beynəlxalq dünya kimya olimpiadalarının qalibləri olmuş 6 şagirdimiz haqqında məlumat verilmişdir.

Bu nömrədə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının bürünc medalına layiq görülmüş Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuş Məmmədov qardaşları haqqında söhbət açmaq istərdim.

 

 Asif Məhəmməd oğlu Məmmədov

 

1992-1998-ci illərdə Bakı şəhəri 66 nömrəli məktəbdə təhsil alıb.

1998-2003-cü illərdə Bakı Özəlt Türk Liseyinin şagirdi olub. 2001-2003-cü illərdə məktəblilərin kimya olimpiadalarının respublika turlarında 1 bürünc, 2 gümüş medal qazanıb. 2003-cü ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi olub Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Universitetdə oxuduğu illərdə yay tətilləri zamanı BP şirkətinin Azərbaycan filialında, sonuncu ildə isə Danimarkanın Haldor Topsoe şirkətində mühəndis olaraq təcrübə keçmişdir. Diplom işi Azərbaycan neftinin ayrılma nəqli proseslərinin öyrənilməsi təhlükəsizlik kriteriyaları üzrə optimallaşdırılmasına həsr olunmuşdur. O, diplom işini "əla" qiymətlə müdafiə etmişdir.

2008-ci ildə Berlin Texniki Universitetinin magistraturasına qəbul olunub. 2009-cu ildən Azərbaycan Respublikasının Xaricdə Təhsillə bağlı Dövlət Proqramına daxil olmuşdur.

Berlində oxuduğu müddətdə Almaniyanın AAP tibbi protezlər hazırlayan şirkətində proseslərin ətraf mühitə təsir mexanizmlərinin öyrənilməsi auditi sahəsində təcrübə görmüş, daha sonra Thyssen Group Holdinqin qolu olan UDE firmasının Berlin Texniki Universitetində apardığı araşdırmalarda, o cümlədən sulfat turşusu istehsal edən mini zavodların qurulması idarə olunmasında çalışmışdır.

Almaniyada Azərbaycan diasporunun tanınmasında bir sıra layihələr həyata keçirmişdir. Hazırda Almaniyadakı Türk Azərbaycanlılar Birliyi təşkilatının idarə heyətində ictimai əlaqələrdə çalışır.

2011-ci il martın 26-da Berlində kansler iqamətgahı Bundestaq qarşısında aksiya həyata keçirmiş, xanım kansler Angela Merkelin katibi xanım Vittaue ilə görüşərək Azərbaycan həqiqətlərinin çatdırılması Qarabağ probleminin sülh yolu ilə həlli üçün beynəlxalq tələbə gənclər adından xanım Angela Merkeldən Azərbaycana dəstək olmasını xahiş etmişdir.

Azərbaycan, rus, türk, ingilis, alman dillərində mükəmməl danışır.

2011-ci il yanvarın 25-də Berlin Filarmoniyasında (Orient trift Oksident) Şərqin Qərb ilə birləşməsi adlı konsert proqramında ilk hissəsi Füzulinin "Sübh" qəzəlinə yazılmış, ikinci hissəsi Şopenin əsərləri olan konsert proqramının açılışını etmiş, "Sübh" qəzəlini dünyanın ən tanınmış konsert zallarının birində orkestrin müşayiəti ilə söyləmişdir.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli İlham Əliyev cənabları Moskvada Moskva Dövlət Universitetinin 250 illik yubileyi tədbirlərində iştirak edərkən azərbaycanlı tələbələrlə görüşdə Asif Məmmədov da iştirak etmiş, İlham Əliyev cənabları, xanımı Mehriban Əliyeva qızı Leyla Əliyeva ilə birlikdə xatirə şəkli çəkdirmişdir.

 

 Aqil Məhəmməd oğlu Məmmədov

 

1995-2000-ci illərdə Bakı şəhərindəki 47 nömrəli məktəbdə, 2000-2005-ci illərdə Bakı Özəl Türk Liseyində oxuyub.

2003-2005-ci illərdə Aqil Məmmədov məktəblilərin kimya olimpiadasının respublika turlarında bir qızıl bir bürünc medal qazanmışdır. Aqil 2005-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medala layiq görülmüş Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuşdur.

2009-cu ildə onun "Neft qızdırıcılarının texnoloji proseslərinin optimallaşması" adlı elmi məqaləsi "Rusiya elmi texniki konfransı" elmi jurnalında çap edilib.

Aqil Məmmədovun "Qaz neft obyektlərinin texniki risklərinin hesablanması" adlı diplom işi Lukoyl şirkətinə məxsus Varandey neft terminalının SMLOP platformasında aparılan tədqiqatlar əsasında işlənmişdir.

Aqil Məmmədov Moskva Dövlət Universitetində oxuduğu illərdə diasporun işində fəal iştirak etmişdir indi müxtəlif tədbirlərin təşkilində öz köməyini əsirgəmir.

Aqil Məmmədov 2010-cu ildə Moskva Dövlət Universitetini bitirmiş aspiranturada saxlanılmışdır. Onun aparacağı tədqiqat işi dəniz neft qaz yataqlarında texniki risklərin hesablanmasına aid olduğundan ölkəmiz üçün maraqlıdır. Belə ki, hazırda ölkəmizdə neft qaz əsasən dəniz yataqlarından çıxarılır perspektivdə dənizin daha dərin yerlərində yataqların istismarı nəzərdə tutulur.

Azərbaycan Respublikasında istedadlı gənclərə göstərilən diqqət qayğı, təhsildə aparılan uğurlu islahatlar istedadlı gənclərimizin böyük uğurlar qazanmasına şərait yaratmışdır.

Kimya sahəsində çalışan bir alim olaraq Aqil Asifin uğurlarına çox sevinirəm. Gələcəkdə ölkəmizin neft qazçıxarma, neft qaz emalı, kimya sənayelərinin uğurlu inkişafında belə gənclərimizin xüsusi rolu olacaqdır.

Aqil Asif kimi gənclərimiz yaxşı mütəxəssis olmaqla yanaşı, ölkəmizi beynəlxalq səviyyədə təbliğ etmək sahəsində böyük işlər görürlər. İndi dünyanın ən inkişaf etmiş ölkələrində istedadlı Azərbaycan gənclərinin fəal iştirak etdiyi güclü diaspor yaranır. Bu ölkənin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Vətənin sabahı üçün çalışacaq istedadlı yüksək ixtisaslı gənclərlə fəxr etməyə dəyər.

 

 

Vaqif ABBASOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının müxbir üzvü,

kimya elmləri doktoru, professor

 

Azərbaycan müəllimi.- 2011.- 12 avqust.- S.3.