Tədbirlər planının təsdiqi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında" 07 iyul 2011-ci il tarixli, 1621 nömrəli  Sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin icraya məsul strukturlarının, yerli təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin rəhbərliyinə hesabat versinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi"  qəzetində dərc etdirsin, bu əmri tədbirlər planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.  

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 avqust 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 19 avqust.- S.3.