Ümumi
orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının
aparılması barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
2010/11-ci dərs ilində respublikanın
bütün ümumtəhsil məktəblərində
ümumi orta təhsil səviyyəsi üzrə payız
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması ilə bağlı
ƏMR
EDİRƏM:
1. 2010/11-ci dərs ilində respublikanın bütün
ümumtəhsil məktəblərində (Naxçıvan MR
istisna olmaqla) və peşə liseylərində ümumi orta
təhsil səviyyəsi üzrə payız
buraxılış imtahanları 2011-ci ilin 2-10 sentyabr tarixlərində
saat 14.30-da keçirilsin:
- Şirvan şəhəri, Ağcabədi,
Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab,
Laçın və Cəbrayıl rayonlarında 2 sentyabr
2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran,
Masallı, Salyan və Neftçala rayonlarında 5 sentyabr
2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və
Naftalan şəhərləri, Ağsu, Ağdaş,
Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl,
Xocavənd və Tərtər rayonlarında 6 sentyabr 2011-ci il
tarixində;
- Sumqayıt şəhəri,
Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və
Xızı rayonlarında 7 sentyabr 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ,
Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və
Yardımlı rayonlarında 8 sentyabr 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə,
Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və
Yevlax rayonlarında 9 sentyabr 2011-ci il tarixində;
- Bakı şəhərində 10 sentyabr
2011-ci il tarixində;
- məcburi
köçkün rayonlarının
işğal altında olan ərazilərində
yerləşən ümumtəhsil məktəblərində
buraxılış imtahanı onların məskunlaşdıqları
şəhər və rayonların ümumtəhsil məktəbləri
üçün bu əmrlə müəyyənləşdirilmiş
tarixlərdə.
2.
Təlim gürcü dilində olan məktəblərin IX (X)
siniflərində payız buraxılış
imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən
hazırlanmış imtahan materialları gürcü dilinə
tərcümə edilməklə, müvafiq rayon təhsil
şöbələrinə tapşırılsın.
3.
Ümumi orta təhsil səviyyəsi üzrə payız
imtahanları verən şagirdin imtahan qiymətləri imtahan
fənləri üzrə şəhadətnaməsinə
yazılacaq yekun qiymət hesab olunsun.
4.
Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat
sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta təhsil
səviyyəsi üzrə payız buraxılış
imtahanları verən şagirdlər haqqında müvafiq baza
məlumatlarının toplanmasını həyata
keçirsinlər.
5.
Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi (F.Qədirov)
payız buraxılış imtahan nəticələrinin təhlili
əsasında zəruri təşkilati mexanizmlərin
qurulması, onların koordinasiya olunması ilə
bağlı təkliflər hazırlasınlar.
6.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi
(M.Əliyev), bütün şəhər (rayon) təhsil
şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki
ümumi təhsil müəssisələrinin direktorları:
6.1. ümumi orta təhsil
səviyyəsi üzrə payız buraxılış
imtahanlarının keçirilməsi ilə əlaqədar məktəb
rəhbərlərinin, müəllimlərin, şagirdlərin
və valideynlərin məlumatlandırılması işini təşkil
etsinlər;
6.2. imtahan mərkəzlərini
müəyyənləşdirərkən Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi ilə
razılaşdırsınlar;
6.3. payız
buraxılış imtahanına
qalmış şagirdlərin
imtahanlarda iştirakını
təmin etsinlər.
7.
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) nəzərdə
tutulmuş tədbirlərin
həyata keçirilməsi
ilə bağlı şəhər (rayon) təhsil
şöbələrinə lazımi köməklik göstərsin.
8.
İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) payız
buraxılış imtahan
materiallarının çap
olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını
təmin etsin.
9.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını,
payız buraxılış
imtahanlarının nəticələrinin
ictimaiyyətə çatdırılmasını
həyata keçirsin.
10.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
18 avqust 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 19 avqust.- S.4.