Təhsil
Nazirliyində görüş
Avqustun 18-də Təhsil Nazirliyində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində
dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrinin
bakalavr, magistr və doktorantura pillələrinə daxil
olmuş tələbələrlə görüş
keçirildi
Təhsil nazirinin müavini Elmar
Qasımov tədbir iştirakçılarını təhsil
naziri Misir Mərdanovun adından salamlayaraq Dövlət
Proqramı çərçivəsində xarici ölkələrin
ali məktəblərinə daxil olan gəncləri və
onların valideynlərini təbrik etdi. E.Qasımov Dövlət
Proqramına düşməyin tələbələr
üçün böyük şərəf olduğunu və
onların bu etimadı doğruldacaqlarına ümid etdiyini
iştirakçıların nəzərinə
çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin
ideyaları əsasında formalaşan və dünya təhsil
sisteminə sürətlə inteqrasiya edən Azərbaycan təhsili
yüksək inkişaf mərhələsindədir. Azərbaycan
Respublikası müstəqilliyini bərpa etdikdən sonra təhsillə
bağlı bir çox islahatlar və dövlət
proqramları həyata keçirilmişdir ki, bunlardan biri də
xaricdə təhsil üzrə Dövlət Proqramıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı bu Proqram nəticəsində 2007-2015-ci
illərdə dünyanın müxtəlif ölkələrində
yerləşən nüfuzlu ali təhsil müəssisələrində
5000 nəfər gəncin təhsil alması nəzərdə
tutulur. Bütün bunlar Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təhsilə, elmə
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr
potensialı əsasən XX əsrdə formalaşıb.
Ümummilli lider Heydər Əliyev hələ 1970-1980-ci illərdə
Azərbaycanda hakimiyyətdə olarkən gəncləri
kütləvi şəkildə SSRİ-nin müxtəlif ali məktəblərinə
göndərməklə yüksək ixtisaslı mütəxəssislərlə
təminat baxımından respublikanın qabaqcıl mövqeyə
çıxmasına yeni imkanlar yaratmışdır.
Ulu öndər Heydər Əliyevin həmin
siyasəti bu gün də uğurla həyata keçirilir.
Dövlətin göstərdiyi diqqət və
qayğını yüksək qiymətləndirməyi və
respublikamızın gələcək rifahı naminə var
gücləri ilə çalışmalarını tələbələrə
məsləhət görən nazir müavini, təhsil
aldıqları ölkələrdə dövlətimizi ləyaqətlə
təmsil etməyi, Azərbaycanın səfirlikləri və
diasporaları ilə sıx əməkdaşlıq etməyi,
təhsilimiz, mədəniyyətimiz, tariximiz haqqında əcnəbi
vətəndaşlara məlumat vermələrini, yüksək
ixtisaslı bir mütəxəssis kimi vətənə
dönmələrini tövsiyə etdi.
Sonra nazir müavini Elmar Qasımov
Dövlət Proqramı ilə təhsil almağa gedən tələbələri
iştirakçılara təqdim edərək daxil
olduqları universitetlərin adlarını
açıqladı. Onlara gələcək həyatlarında
müvəffəqiyyətlər arzuladı.
Tədbirdə çıxış edən
valideynlər və tələbələr yaradılan belə
şəraitə görə dövlət
başçısı cənab İlham Əliyevə və təhsil
naziri Misir Mərdanova dərin minnətdarlıqlarını
bildirdilər.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2011.- 19 avqust.- S.4.