Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün riyaziyyat
fənni kurikulumu (V-XI siniflər)
Təhsil səviyyələri
üzrə təlim nəticələri
Ümumi orta
təhsil səviyyəsi
(V-IX siniflər) üzrə şagird:
1. Ədədlər və
əməllər
* ədədlər
üzərində şifahi, yazılı formada dəqiq və
ya təqribi hesablamalar aparır;
*
müxtəlif həyati məsələlərin həllində
riyazi bilikləri tətbiq edir.
2. Cəbr və funksiyalar
*
simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;
*
ölçmə və hesablama ləvazimatlarından istifadə
edir, şifahi və yazılı formada dəqiq və ya təqribi
hesablamalar aparır;
*
rasional ifadələr üzərində eynilik çevrilmələri
aparır;
* xətti
və kvadratik tənlikləri, xətti tənliklər və
bərabərsizliklər sistemini həll edir;
*
funksiya anlayışı və qrafiklərdən real
asılılıqların öyrənilməsində və
şərhində istifadə edir;
*
mühakimələrini məntiqi əsaslandırır, nitqində
dəqiq, aydın və yığcam ifadə edir.
3. Həndəsə
*
müstəvi fiqurların və sadə fəza cismlərinin
xassələrini praktik həndəsi məsələlərin
həllində tətbiq edir;
* sadə
həndəsi qurmaları yerinə yetirir.
4. Ölçmə
*
ölçmə və hesablama ləvazimatlarından istifadə
edir;
*
şifahi və yazılı formada dəqiq və ya təqribi
hesablamalar aparır;
* fəaliyyətlərini
layihələndirir, onların əsasında alqoritmlər
qurur, nəticələri yoxlayır və qiymətləndirir.
5. Statistika və ehtimal
* riyazi
və statistik məlumatları toplayır,
araşdırır, sistemləşdirir və nəticəsini
təqdim edir;
*
statistika və ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır.
Tam orta təhsil səviyyəsi
(X-XI siniflər) üzrə şagird:
1. Ədədlər və
əməllər
* riyazi
anlayışlara aid alqoritmləri yerinə yetirir;
* real həyatda
riyazi anlayış və düsturlardan istifadə edir.
2. Cəbr və funksiya
* kəmiyyətlər
arasındakı asılılığı müəyyənləşdirir
və riyazi dillə ifadə edir;
* cəbri
çevrilmələrdən və funksional
asılılıqlardan yaxın fənlərin öyrənilməsində
və ətraf aləmin mövcud qanunauyğunluqlarının
araşdırılmasında istifadə edir.
3. Həndəsə
*
genişləndirilmiş fəza təsəvvürlərindən
çertyoj, şəkil və sxemlərin çəkilməsində,
ətraf aləmdəki əşyaların təsvirində
istifadə edir.
4. Ölçmə
*
ölçmə və hesablama vasitələrindən istifadə
edir, yazılı və şifahi əməliyyatlar aparır.
5. Statistika və ehtimal
* ətraf
aləmdəki ehtimal və statistikanın
qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları
izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin
baş verməsini proqnozlaşdırır;
*
mühakimələrini riyazi faktlarla əsaslandırır və
məntiqi nəticələrini şərh edir, isbat
olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.
Siniflər
üzrə məzmun standartları
V
SİNİF
V sinfin
sonunda şagird:
* Natural ədədlər arasındakı
münasibətləri tətbiq edir, çoxluqlar üzərində
sadə əməlləri yerinə yetirir.
* Riyazi əməlləri və riyazi
prosedurları tətbiq edir.
* Natural ədədlər sırasında
qanunauyğunluqları tətbiq edir.
* Natural ədədləri və onluq kəsrləri
tələb olunan mərtəbəyə qədər
yuvarlaqlaşdırır.
* Sadə cəbri prosedurları tətbiq
edir.
* Sadə funksional
asılılıqların cəbri ifadəsini qurur.
* Sadə həndəsi fiqurların əlamət,
xassə və münasibətlərini tətbiq edir. Ölçmə alətlərindən istifadə edərək
qurmanı yerinə yetirir.
* Praktik ölçmələrdə
müvafiq ölçü vahidlərini, ölçü alətlərini
və ölçmə texnikasını tətbiq edir.
* Tələb olunan məlumatları
toplayır və mühakimə yürüdür.
* Sadə eksperimentin nəticələrini
qeyd edir, müxtəlif hadisələri fərqləndirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin
müxtəlif formada verilməsini, onların arasındakı
münasibətləri tətbiq edir.
1.1.1. Natural ədədləri müqayisə
edir və düzür.
1.1.2. Ədəd oxunda natural ədədə
uyğun nöqtəni göstərir.
1.1.3. İki sonlu çoxluğun birləşməsini
və kəsişməsini tapır.
1.2. Riyazi əməlləri, riyazi
prosedurları və onların arasındakı əlaqəni tətbiq
edir.
1.2.1. Natural ədədlər üzərində
hesab əməllərini yerinə yetirir.
1.2.2. Natural ədədləri, onluq kəsrləri
mərtəbə vahidlərinə vurma və bölmə
qaydalarını tətbiq edir.
1.2.3. Ədədi ifadənin (mötərizəli
ifadələr də daxil olmaqla) qiymətini tapır.
1.2.4. Məxrəcləri eyni olan kəsrləri
toplayır və çıxır, onluq kəsrlər üzərində
hesab əməllərini yerinə yetirir.
1.2.5. Ədədin hissəsini və faizini
tapır.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Natural ədədləri və onluq kəsrləri
tələb olunan mərtəbəyə qədər
yuvarlaqlaşdırır.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Həyati situasiyaya uyğun ədədi
və ya hərfi ifadə tərtib edir.
2.1.2. Şifahi söylənilən təklifi
natural ədədlər çoxluğunda bərabərsizlik
şəklində yazır.
2.1.3. Verilmiş əşyalar və natural
ədədlərin sırasındakı qanunauyğunluğu
müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri
üçün ifadənin qiymətini tapır.
2.2.2. Natural ədədlər
çoxluğunda tənlikləri həll edir.
2.2.3. Sadə bərabərsizliklərin
natural həllərini tapır.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Bəzi kəmiyyətlər
arasındakı asılılıqları düstur (P=4a,
P=2(a+b), S=v*t, V= a3, S=a2, S=a*b və s.) şəklində ifadə
edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət
və münasibətlərini tətbiq edir.
3.1.1. Nöqtə, düz xətt, müstəvi,
şüa, parça, bucaq, üçbucaqlı,
dördbucaqlı anlayışları ilə bağlı
biliklərini nümayiş etdirir.
3.1.2. Üçbucaqlıların və
dördbucaqlıların perimetrlərini,
düzbucaqlının və kvadratın sahəsini
hesablayır.
3.1.3. Sadə simmetrik müstəvi
fiqurlarını tanıyır.
3.1.4. Oxa nəzərən simmetriyanı
tapır.
3.1.5. Transporterin köməyi ilə
verilmiş bucağı qurur.
3.2. Sadə həndəsi qurmaları yerinə
yetirir.
3.2.1. Dərəcə
ölçüsü məlum olan bucağı, tərəfləri
məlum olan düzbucaqlını qurur.
4.
Ölçmə
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Müvafiq ölçü vahidlərini,
ölçü alətlərini və ölçmə
texnikasını seçməklə sadə ölçmələri
yerinə yetirir, bir ölçü vahidindən digərinə
keçir.
5.
Statistika və ehtimal
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Tələb olunan məlumatları
müxtəlif mənbələrdən toplayır və qeyd
edir.
5.1.2. Toplanmış məlumatlar əsasında
alınmış ədədlərin ədədi
ortasını tapır.
5.1.3. Cədvəllər əsasında
mühakimələr yürüdür.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. Sadə eksperimentin mümkün nəticələri
çoxluğunu qeyd edir.
5.2.2. Müxtəlif hadisələri fərqləndirir.
VI
SİNİF
VI sinfin
sonunda şagird:
* Tam ədədlər çoxluğunda, kəsr
ədədlər çoxluğunda riyazi prosedurları yerinə
yetirir.
* Sadə cəbri ifadənin qiymətini
hesablayır.
* Birdəyişənli xətti tənliyi
və müsbət əmsallı sadə bərabərsizlikləri
həll edir.
* Düz və tərs mütənasib
asılılıqları müəyyən edir.
* Həndəsi
fiqurlar üzərində sadə münasibətləri tətbiq
edir.
* Koordinat sistemində sadə qurmaları
yerinə yetirir.
* Həcmin ölçülməsində
ölçmə texnikasını tətbiq edir.
* Məlumatların təhlili əsasında
proqnoz verir.
* Ehtimallılığına görə
hadisələri fərqləndirir, sınaqların
mümkün nəticələrinin sayını müəyyən
edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin
müxtəlif formada verilməsini, onların arasındakı
münasibətləri tətbiq edir.
1.1.1. Tam ədədləri müqayisə
edir və düzür.
1.1.2. Tam ədədə uyğun olan
nöqtəni koordinat düz xətt üzərində
göstərir.
1.1.3. İki sonlu çoxluğun fərqini
tapır.
1.2. Riyazi əməlləri, riyazi
prosedurları və onların arasındakı əlaqəni tətbiq
edir.
1.2.1. Tam ədədlər üzərində
hesab əməllərini yerinə yetirir.
1.2.2. Vurma və bölmənin xassələrini
tətbiq edir.
1.2.3. Əməllərin yerinə yetirilməsi
qaydasını gözləməklə ədədi ifadənin
(mütləq qiymət işarəsi altında olan ifadələr
də daxil olmaqla) qiymətini tapır.
1.2.4. Adi və onluq kəsrlər üzərində
hesab əməllərini yerinə yetirir.
1.2.5. Nisbət, tənasüb və faizi
müxtəlif məsələlərin həllinə tətbiq
edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Praktik məsələlərin həllində
təqribi qiymətləndirmədən istifadə edir.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Şifahi söylənilən ikimərhələli
ifadəni yazılı ifadəyə və əksinə
çevirir.
2.1.2. Şifahi söylənilən təklifi
tam ədədlər çoxluğunda bərabərsizlik
şəklində yazır.
2.1.3. Verilmiş fiqurlar və tam ədədlərin
sırasındakı qanunauyğunluğu müəyyən
edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri
üçün sadə cəbri ifadənin qiymətini
tapır.
2.2.2. Rasional ədədlər
çoxluğunda tənlikləri həll edir.
2.2.3. Sadə xətti bərabərsizliklərin
tam ədədlər çoxluğunda həllini seçmə
üsulu ilə müəyyən edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Düz və tərs mütənasib
asılılıqları dəyişənlərlə ifadə
edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət
və münasibətlərini tətbiq edir.
3.1.1. Müstəvi üzərində
düz xətlərin, düz xətlə çevrənin,
çevrələrin qarşılıqlı vəziyyətini
təyin edir.
3.1.2. Çevrə, dairə, sfera və
kürə ilə bağlı sadə məsələləri
həll edir.
3.1.3. Sadə simmetrik fəza
fiqurlarını tanıyır.
3.1.4. Nöqtəyə nəzərən
simmetriyanı tapır.
3.1.5. Bucaqların toplanması xassəsini
tətbiq edərək məchul bucağın qiymətini
hesablayır.
3.2. Sadə həndəsi qurmaları yerinə
yetirir.
3.2.1. Radiusuna görə çevrəni, tərəflərinə
görə üçbucaqlını qurur.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Beynəlxalq hesablaşmalarda istifadə
olunan əsas ölçü vahidlərini (barel, mil, farengeyt)
tətbiq edir.
5.
Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Müəyyən əlamətlərinə
görə seçilmiş məlumatların dəyişməsini
xarakterizə edən cədvəl və ya diaqram qurur.
5.1.2. Toplanmış ədədi məlumatların
moda və medianını tapır.
5.1.3. Məlumatların təhlili əsasında
proqnozlar verir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. Azehtimallı və
çoxehtimallı hadisələri fərqləndirir.
5.2.2. Sınaqların mümkün nəticələrinin
sayını müəyyən edir.
VII
SİNİF
VII
sinfin sonunda şagird:
* Rasional ədədlər
çoxluğunda münasibətləri tətbiq edir.
* Rasional ədədlər üzərində
riyazi prosedurları tətbiq edir və nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
* Rasional ədədlər
sırasındakı qanunauyğunluqları tətbiq edir.
* İkidəyişənli xətti tənliklər
sistemini və birdəyişənli müsbət əmsallı
xətti bərabərsizliyi tətbiq edir.
* Xətti funksiyaların qrafiklərinin
qarşılıqlı vəziyyətini izah edir.
* Müstəvi üzərində
fiqurların konqruyentlik münasibətlərini tətbiq edir.
* Pərgar və xətkeşin köməyi
ilə sadə həndəsi qurmaları yerinə yetirir.
* Ölçmələrdə mütləq
və nisbi xətanı tətbiq edir.
* Verilmiş proqnozların dəqiqliyini
yoxlayır, baş verən hadisədə əlverişli
halların sayını müəyyən edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin
müxtəlif formada verilməsini, onların arasındakı
münasibətləri tətbiq edir.
1.1.1. Rasional ədədləri müqayisə
edir və düzür.
1.1.2. Rasional ədədə uyğun olan
nöqtəni koordinat düz xətti üzərində
göstərir.
1.1.3. Çoxluqlar üzərində əməllərin
xassələrini tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları
və onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Əməllərin yerinə yetirilmə
ardıcıllığını gözləməklə
natural üstlü qüvvət daxil olan ədədi ifadənin
qiymətini tapır.
1.2.2. Natural üstlü qüvvətin xassələrini
tətbiq edir.
1.2.3. Natural üstlü qüvvət daxil
olan ifadələri sadələşdirir.
1.2.4. Ədədi ifadələrin qiymətinin
tapılmasına müxtəsər vurma düsturlarını
tətbiq edir.
1.2.5. Düz mütənasib və tərs
mütənasib kəmiyyətlərlə bağlı məsələlər
həll edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Praktik məsələlərin həllində
təqribi hesablamalar aparır və nəticənin
reallığa uyğunluğunu yoxlayır.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Həyati situasiyaya uyğun xətti tənlik
və ya xətti tənliklər sistemi tərtib edir.
2.1.2. Şifahi söylənilən ikimərhələli
təklifi bərabərsizlik şəklində yazır.
2.1.3. Verilmiş rasional ədədlərin
sırasındakı qanunauyğunluğu müəyyən
edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Çoxhədlilər üzərində
toplama, çıxma və vurma əməllərini yerinə
yetirir.
2.2.2. Birdəyişənli xətti tənliyi
və ikidəyişənli iki xətti tənliklər
sistemini həll edir.
2.2.3. Modul işarəsi daxilində dəyişəni
olan sadə bərabərsizliklərin həllini seçmə
üsulu ilə müəyyən edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Xətti funksiyaların qrafiklərinin
qarşılıqlı vəziyyətini müəyyən
edir.
3. Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət
və münasibətlərini tətbiq edir.
3.1.1. Müstəvi üzərində
bucaqların, üçbucaqlıların konqruyentliyini müəyyənləşdirir.
3.1.2. Üçbucaqlının əsas
elementləri arasındakı münasibətləri tətbiq
edir.
3.1.3. Parçanın, bucağın, bərabəryanlı,
bərabərtərəfli üçbucaqlının
simmetriya oxunu qurur.
3.1.4. Çevirmələrdən (oxa nəzərən,
nöqtəyə nəzərən, dönmə) alınan iki
müstəvi fiqurun konqruyentliyini müəyyən edir.
3.1.5. 300-li bucaq qarşısındakı
kateti hipotenuzla ifadə edir.
3.2. Sadə həndəsi qurmaları yerinə
yetirir.
3.2.1. Pərgar və xətkeşin köməyi
ilə sadə həndəsi qurmaları yerinə yetirir.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Ölçmədə mütləq
və nisbi xətanı təyin edir.
5.
Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Məlumatları diaqram, histoqram və
ya qrafik şəklində təqdim edir.
5.1.2. Toplanmış ədədi məlumatların
dəyişmə diapazonunu və kvartillərini müəyyən
edir.
5.1.3. Statistik məlumatların əsasında
verilmiş proqnozları yoxlayır və dəqiqləşdirir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. Yəqin hadisə, mümkün
olmayan hadisə və təsadüfi hadisələri fərqləndirir.
5.2.2. Hər hansı hadisə
üçün əlverişli halların sayını
müəyyən edir.
VIII
SİNİF
VIII
sinfin sonunda şagird:
* İrrasional ədədlər üzərində
riyazi prosedurları tətbiq edir.
* Kvadrat tənliyi və xətti bərabərsizliyi
tətbiq edir.
* Qrafiklərin müqayisəsi əsasında
situasiyaları şərh edir.
* Həndəsi fiqurların münasibətlərini
tətbiq edir.
* Praktik ölçmələri layihələndirir
və alqoritmlər qurur.
* Statistik məlumatların və qrafiklərin
əsasında proqnoz verir.
* Proqnoz üzrə gözlənilən nəticələri
real nəticələrlə müqayisə edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin
müxtəlif formada verilməsini, onların arasındakı
münasibətləri tətbiq edir.
1.1.1. İrrasional (kvadrat kök daxil olan) ədədləri
müqayisə edir və düzür.
1.1.2. İrrasional ədədə uyğun
olan nöqtəni koordinat düz xətt üzərində təxmini
göstərir.
1.1.3. Çoxluqların birləşməsi
və kəsişməsi xassələrini məsələlər
həllinə tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi
prosedurları və onların arasındakı əlaqəni tətbiq
edir.
1.2.1. Mənfi olmayan həqiqi ədədin
hesabi kvadrat kökünün xassələrindən istifadə
edərək kvadrat kök daxil olan ifadələrin qiymətini
tapır.
1.2.2. Tam üstlü qüvvətin xassələrini
tətbiq edir.
1.2.3. Kvadrat kök daxil olan ədədi
ifadələri sadələşdirir.
1.2.4. Müxtəsər vurma
düsturlarının köməyi ilə kvadrat kök daxil
olan ifadələrin qiymətini tapır.
1.2.5. Sadə faiz artımı və
mürəkkəb faiz artımı düsturlarını tətbiq
edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Kvadrat kök daxil olan ədədi
ifadələri təxmini qiymətləndirir və
aldığı nəticələri hesablama
texnikasının tətbiqi ilə aldığı qiymətlə
müqayisə edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Həyati situasiyalara uyğun kvadrat tənlik
tərtib edir.
2.1.2. Xətti bərabərsizliyə gətirilən
sadə məsələləri həll edir.
2.1.3. Verilmiş həqiqi ədədlərin
sırasındakı qanunauyğunluğu müəyyən
edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Tam və kəsr rasional ifadələr
üzərində əməlləri yerinə yetirir.
2.2.2. Kvadrat tənlikləri həll edir.
2.2.3. Birdəyişənli xətti bərabərsizlikləri
və bərabərsizliklər sistemini həll edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Qrafiklərin müqayisəsi əsasında
situasiyaları şərh edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət
və münasibətlərini tətbiq edir.
3.1.1. Üçbucaqlının və
dördbucaqlının elementlərinin xassələrini tətbiq
edir.
3.1.2. Müstəvi fiqurların
(üçbucaqlının, paraleloqramın, rombun,
trapesiyanın) sahəsini hesablayır.
3.1.3. Üçbucaqlıların
oxşarlıq əlamətlərini və
dördbucaqlıların simmetriya xassələrini tətbiq
edir.
3.1.4. Müstəvidə vektorlar üzərində
əməlləri yerinə yetirir.
3.1.5. Düzbucaqlı
üçbucaqlının tərəfləri ilə
bucaqları arasındakı münasibətləri tətbiq
edir.
3.2. Sadə həndəsi qurmaları yerinə
yetirir.
3.2.1. Ox simmetriyası və mərkəzi
simmetriya anlayışları əsasında bəzi sadə
qurmaları yerinə yetirir.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Praktik ölçmələri layihələndirir
və alqoritmlər qurur.
5.
Statistika və ehtimal
Şagird:
5.1 Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Topladığı məlumatların
səmərəli təqdimat üsulunu (diaqram, histoqram, qrafik,
piktoqraf, gövdə və budaqlar diaqramı, dairəvi
diaqram) müəyyənləşdirir.
5.1.2. Məlumatlar çoxluğunun mərkəzə
meyillilik ölçülərini (ədədi orta, moda,
median) hesablayır.
5.1.3. Qrafiklər əsasında proqnozlar
verir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü proqnozlaşdırır.
5.2.1. Mühakiməni əsaslandırmaq
üçün aparılan eksperimentin nəticələrini təhlil
edir.
5.2.2. Proqnoz üzrə gözlənilən
nəticələri real nəticələrlə müqayisə
edir.
IX
SİNİF
IX sinfin
sonunda şagird:
* Həqiqi ədədlər üzərində
riyazi prosedurları tətbiq edir.
* Biri xətti, digəri isə ikidərəcəli
olan tənliklər sistemini, xətti bərabərsizliklər
sistemini və kvadrat bərabərsizliyi həll edir.
* Kvadrat kök və kub kök daxil olan
ifadələrin təqribi qiymətini tapır və
aldığı nəticəni hesablama texnikasının tətbiqi
əsasında aldığı nəticə ilə müqayisə
edir.
* Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
* Funksiya və qrafikləri praktik məsələlərin
həllinə tətbiq edir.
* Çevrənin uzunluğunu, dairənin
sahəsini hesablayır, düzgün
çoxbucaqlıların xassələrini, həndəsi
çevirmələri, müstəvi üzərində
koordinatlar üsulunu, 00-dən 1800-dək bucaqların
triqonometrik funksiyalarının xassələrini tətbiq edir.
* Həndəsi çevirmələri
qurmaya tətbiq edir.
* Praktik ölçmələrdə
alınan nəticələri yoxlayır və qiymətləndirir.
* Statistik məlumatları əlamətlərinə
görə qruplaşdırır və
düzgünlüyünü müəyyənləşdirir.
* Ehtimal əsasında hadisələrin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Ədədləri, ədədlərin
müxtəlif formada verilməsini, onların arasındakı
münasibətləri tətbiq edir.
1.1.1. Həqiqi ədədləri
müqayisə edir və düzür.
1.1.2. Həqiqi ədədə uyğun
olan nöqtəni koordinat düz xətti üzərində təxmini
göstərir.
1.1.3. Çoxluqların birləşməsi
və kəsişməsinin xassələrini həqiqi ədədlər
çoxluğu ilə bağlı məsələ həllinə
tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi
prosedurları və onların arasındakı əlaqəni tətbiq
edir.
1.2.1. n-ci (n >2) dərəcədən
kökün xassələrindən istifadə edərək
ifadənin qiymətini tapır.
1.2.2. Rasional üstlü qüvvətin
xassələrini tətbiq edir.
1.2.3. n-ci (n>2) dərəcədən
kök daxil olan ifadələri sadələşdirir.
1.2.4. Müxtəsər vurma
düsturlarını n-ci (n>2) dərəcədən
kök daxil olan ifadələrə tətbiq edir.
1.2.5. Praktik məsələlərin (vergilərin
hesablanması, satış qiymətinin dəyişməsi və
s.) həllinə faizi tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Kvadrat kök və kub kök daxil
olan ifadələrin təqribi qiymətini tapır və
aldığı nəticələri hesablama
texnikasının tətbiqi ilə aldığı nəticələrlə
müqayisə edir.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri
cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Həyati situasiyalara uyğun tənlik
və ya tənliklər sistemi tərtib edir.
2.1.2. Verilmiş təklifi bərabərsizlik
və ya bərabərsizliklər sistemi şəklində
yazaraq həll edir.
2.1.3. Ardıcıllıqların, ədədi
və həndəsi silsilənin xassələrini məsələ
həllinə tətbiq edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Cəbri ifadələr üzərində
eynilik çevirmələri aparır.
2.2.2. Biri xətti, digəri ikidərəcəli
olan ikidəyişənli tənliklər sistemini həll edir.
2.2.3. Kvadrat bərabərsizliyi həll
edir.
2.3. Funksiyaları tətbiq edir.
2.3.1. Funksiya və qrafikləri praktik məsələlərin
həllinə tətbiq edir.
3.Həndəsə
Şagird:
3.1. Həndəsi fiqurların xassə, əlamət
və münasibətlərini tətbiq edir.
3.1.1. Çoxbucaqlıları fərqləndirir,
düzgün çoxbucaqlıların xassələrini tətbiq
edir.
3.1.2. Çevrənin uzunluğunu
tapır, düzgün çoxbucaqlının, dairənin sahəsini
hesablayır.
3.1.3. Həndəsi çevirmələrin
xassələrini tətbiq edir.
3.1.4. Müstəvi üzərində
koordinatlar üsulunu tətbiq edir.
3.1.5. 00-dən 1800-dək
bucaqların sinusu, kosinisu, tangensi və kotangensinin xassələrini
tətbiq edir.
3.2. Sadə həndəsi qurmaları yerinə
yetirir.
3.2.1. Həndəsi çevirmələri
qurmaya tətbiq edir.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Praktik ölçmələrdə
alınan nəticələri yoxlayır və qiymətləndirir.
5.
Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Cədvəl, diaqram, histoqram və ya
qrafik şəklində verilmiş məlumatları oxuyub təhlil
edir.
5.1.2. Statistik məlumatları müəyyən
əlamətlərə görə təsnif edir.
5.1.3. Statistik məlumatların
düzgünlüyünü müəyyən edir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. Birləşmənin növlərini
fərqləndirir və ehtimala aid məsələlərin həllində
onlardan istifadə edir.
5.2.2. Ehtimal əsasında hadisələrin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
X
SİNİF
X sinfin
sonunda şagird:
* İrrasional üstlü qüvvətin
xassələrini tətbiq edir, triqonometrik, üstlü və
loqarifmik ədədi ifadələrin qiymətini tapır.
* Triqonometrik, üstlü və loqarifmik
funksiyaların xassələrini müxtəlif
situasiyalardakı problemlərin həllinə tətbiq edir.
* Fəza fiqurlarının təsvir, əlamət,
xassə və münasibətlərini səthin sahəsinin
tapılmasına tətbiq edir.
* Mütləq xətanı, nisbi xətanı
səthin sahəsinin hesablanmasına tətbiq edir.
* Statistikanın
qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları
şərh edir.
* İsbat olunan təklifi fərz olunandan fərqləndirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Riyazi əməlləri, riyazi
prosedurları və onlar arasındakı əlaqələri tətbiq
edir.
1.1.1. İrrasional üstlü qüvvətin
xassələrini tətbiq edir
1.1.2. Triqonometrik, üstlü və
loqarifmik ədədi ifadələri sadələşdirərək
qiymətini tapır.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Cəbri çevirmədən müxtəlif
situasiyalardakı problemlərin həllində istifadə edir.
2.1.1. Uyğun eyniliklərdən istifadə
edərək triqonometrik, üstlü və loqarifmik ifadələri
sadələşdirir.
2.1.2. Triqonometrik, üstlü və
loqarifmik funksiyaların xassələrini tənliklər və
tənliklər sisteminin həllinə tətbiq edir.
2.1.3. Triqonometrik, üstlü və
loqarifmik funksiyaların xassələrini bərabərsizliklər
və bərabərsizliklər sisteminin həllinə tətbiq
edir.
2.1.4. Funksiyanın monotonluq
aralıqlarını və ekstremum nöqtələrini
müəyyənləşdirir.
3. Həndəsə
Şagird:
3.1. Fəza təsəvvürlərindən
ətraf aləmdəki cismlərin təsvirində
(çertyoj, şəkil, sxem ) və
hesablamalarda istifadə edir.
3.1.1. Fəzada düz xətlərin və
müstəvilərin qarşılıqlı vəziyyətini
məsələlər həllinə tətbiq edir.
3.1.2. Çoxüzlülərin xassələrini
praktik məsələlərin həllinə tətbiq
edir.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Fəza fiqurlarının xassələrini
ölçməyə tətbiq edir.
4.1.2. Çoxüzlülərin səthinin
sahəsini tapır.
4.1.3. Ölçmə və hesablama vasitələri
ilə sahələri hesablayır və alınmış nəticələri
müqayisə edərək xətanı müəyyənləşdirir.
5.
Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Statistikanın
qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları
şərh edir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. İsbat olunan təklifi fərz
olunandan fərqləndirir.
XI
SİNİF
XI sinfin
sonunda şagird:
* Həqiqi ədədlər üzərində
riyazi əməlləri yerinə yetirir, yığılan həqiqi
ədədlər ardıcıllığının limitini
hesablayır.
* Cəbri triqonometrik, üstlü və
loqarifmik funksiyaların limitini hesablayır.
* Koordinatlar üsulunu, fırlanma cismlərinin
xassələrini məsələlərin həllinə tətbiq
edir.
* Diferensial və inteqralı sadə məsələlərin
həllinə tətbiq edir.
* Mütləq xətanı, nisbi xətanı
fiqurların həcminin hesablanmasına tətbiq edir.
* Mühakimələrini riyazi faktlarla əsaslandırır
və şərh edir.
* Ehtimalın klassik modelinə əsasən
hadisənin baş verməsini proqnozlaşdırır.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər
və əməllər
Şagird:
1.1. Riyazi əməlləri, riyazi
prosedurları və onlar arasındakı əlaqələri tətbiq
edir.
1.1.1. Həqiqi ədədlər üzərində
riyazi əməlləri yerinə yetirir.
1.1.2. Həqiqi ədədlər
ardıcıllığının yığılan
olub-olmadığını müəyyənləşdirərək
onların limitini hesablayır.
2. Cəbr
və funksiyalar
Şagird:
2.1. Cəbri çevirmədən müxtəlif
situasiyalardakı problemlərin həllində istifadə edir.
2.1.1. Limitin xassələrini cəbri
funksiyaların limitinin tapılmasına tətbiq edir.
2.1.2. Triqonometrik, üstlü və
loqarifmik funksiyaların limitini hesablayır.
2.1.3. İntervallar üsulu ilə barabərsizlikləri
həll edir.
2.1.4. Funksiyanın
araşdırılmasına və yaxın fənlərin
öyrənilməsinə törəməni tətbiq edir.
3. Həndəsə
Şagird:
3.1. Fəza təsəvvürlərindən
ətraf aləmdəki cismlərin təsvirində
(çertyoj, şəkil, sxem) və hesablamalarda istifadə
edir.
3.1.1. Koordinatlar üsulunu müxtəlif məsələlərin
həllinə tətbiq edir.
3.1.2. Fırlanma cismlərinin xassələrini
praktik məsələlərin həllinə tətbiq edir.
4.
Ölçmə
Şagird:
4.1. Ölçmə və hesablama vasitələrindən
istifadə edərək dəqiq və ya təqribi hesablamalar
aparır.
4.1.1. Müəyyən inteqraldan istifadə
edərək əyrixətli trapesiyanın və digər
müstəvi fiqurların sahəsini tapır.
4.1.2. Düsturlar vasitəsilə
çoxüzlülərin həcmini və müəyyən
inteqral vasitəsilə bəzi fırlanma cismlərinin həcmini
tapır.
4.1.3. Ölçmə və hesablama vasitələri
ilə alınmış nəticələri müqayisə edərək
xətanı müəyyən edir.
5.
Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatı toplayır,
sistemləşdirir, təhlil və təqdim edir.
5.1.1. Mühakimələri riyazi faktlarla əsaslandırır
və məntiqi nəticələri şərh edir.
5.2. Ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.1. Ehtimalın klassik modelinə əsasən
hadisənin baş verməsini proqnozlaşdırır.
(Ardı
var)
Azərbaycan
müəllimi.- 2011.- 26 avqust.- S.12-13.