Respublika müsabiqəsinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər idman və şahmat məktəblərinin,
həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin
fəaliyyətlərini qiymətləndirmək, istedadlı
idmançıları aşkar etmək və onları rəğbətləndirmək
məqsədilə
ƏMR
EDİRƏM:
1. 2011-ci təqvim
ilinin yekunlarına əsasən uşaq-gənclər
idman və şahmat məktəbləri,
idmançı və məşqçi-müəllimlər
arasında aşağıdakı nominasiyalar
üzrə respublika müsabiqəsi təşkil
olunsun:
-
ilin ən yaxşı ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;
-
ilin ən yaxşı ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;
-
şəhərlər üzrə ilin ən yaxşı
uşaq-gənclər idman məktəbi;
-
şəhərlər üzrə ilin ən yaxşı
uşaq-gənclər şahmat məktəbi;
- kənd
rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər
idman məktəbi;
- kənd
rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər
şahmat məktəbi;
- oğlanlar arasında ilin ən yaxşı idmançısı;
- qızlar arasında ilin ən yaxşı idmançısı;
- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;
- qızlar arasında ilin ən yaxşı şahmatçısı;
- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.
2. Respublika müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2004-cü il tarixli, 873 nömrəli əmri ilə təsdiq olunmuş qaydalara uyğun keçirilsin.
3. Müsabiqənin respublika mərhələsinə 2011-ci ilin dekabr ayında yekun vurulsun.
4. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri) bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatları 15 dekabr 2011-ci il tarixinədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə köməklik göstərsin.
6. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi "Təhsil" Respublika İdman Mərkəzinin 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc yarımmaddələrində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
7. Ümumi şöbə (X.Fərəcov) bu əmrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
30 noyabr 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.3.