Tələbələrimiz beynəlxalq müsabiqədə

"Qran-pri" mükafatına layiq görüldülər

 

Bu günlərdə Qazaxıstanın Almatı şəhərində  beynəlxalq tələbə tamaşaları festivalı keçirildi. Festivala dəvət almış  ADMİU-nun tələbələri bu beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa  başladılar. Çünki festivalın məsuliyyətini  hələ tələbələrimiz  2010-cu ildə  Tbilisidə keçirilən festivalda hiss etmiş, onlara göstərilən  qonaqpərvərlik və tamaşaçı alqışı indiyə qədər xatirələrdən silinməmişdi. Bir də axı universitetimizin beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi hələ 1989-1990-cı illərə gedib çıxırdı. O zaman SSRİ incəsənət ali məktəbləri arasında  keçirilən V.Vaxanqov adına bədii qiraət müsabiqəsi tarixi yaddaşlarda yaşayırdı. Hazırda universitetimizdə dərs deyən dosent Kəmalə Mehdiyeva, Xalidə Həsənova həmin müsabiqənin qalibləri olmuşlar.

 

Qazaxıstana uçuşdan qabaq ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev tələbələrlə görüşündə bu ənənəni yada salmış, bu gün dünyanın 30 ölkəsinin qabaqcıl sənət ali məktəbləri ilə universitetimiz arasında bağlanmış müqavilələri, artıq  ali məktəbimizin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasını və əsas olaraq təhsil ocağının 90 illiyi qarşısında  daha böyük məsuliyyət  daşımağımızı qeyd edərək layiqli yer tutmaq üçün  öz xeyir-duasını vermişdi.

Almatıda çox böyük qonaqpərvərliklə qarşılandıq. Hər addımda ölkəmizin dünya dövlətləri arasında  malik olduğu nüfuzun, ictimai-siyasi, mədəni sahələrdə qazandığımız nailiyyətlərə görə dövlətimizə və xalqımıza olan böyük hörmətin şahidi olduq. Festivalın açılışı T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında təntənəli şəkildə keçirildi.

Festival Qazaxıstanın  xalq artisti, professor, teatr təhsilinin banilərindən biri olan rejissor Askar Tokpanovun adını daşıyırdı.

İncəsənət akademiyasının tədris teatrında tamaşaların nümayişi üçün hər şərait yaradılmış, səhnə tamaşaçı zalı müasir avadanlıqlarla təchiz edilmiş, hər bir tamaşa üçün  bədii, musiqi tərtibatı təmin edilmişdi.

Noyabrın  10-da festivalın açılışından əvvəl kütləvi informasiya vasitələri üçün  mətbuat konfransı keçirildi. Mətbuat konfransında universitetin müasir həyatı keçdiyi tarixi yol,  yaradıcılıq prosesi respublikamızın mədəni həyatında tutduğu yüksək mövqe haqqında məlumat verdik.

Mən qeyd etdim ki, professor Timuçin Əfəndiyevin gərgin əməyi uzunmüddətli rektorluq təcrübəsi sayəsində beynəlxalq aləmdə nüfuzlu bir ali məktəbə çevrilmiş universitetimizdə müasir cəmiyyətin tələbinə uyğun olaraq yeni ixtisas ixtisaslaşmalar açılmışdır. Bunun nəticəsidir ki, hazırda universitetdə incəsənətin bütün sahələrini əhatə edən  40-a yaxın ixtisas ixtisaslaşmalar  üzrə peşəkar kadrlar hazırlanır. Yaradıcılıq palitrası baxımından rəngarəng  olan bu ixtisasların universitetimizdə olması onların bir-biri ilə qarşılıqlı əlaqəsini təsirini zənginləşdirir, yaradıcılıq iqlimi yaradır. Belə bir şərait isə  istedad səviyyələri müxtəlif olan gənclərə qabiliyyət  bacarıqlarını inkişaf etdirmək üçün münbit şərait yaradır. Göstəriləcək tamaşamızı nümunə gətirərək onun ədəbi materialının, musiqi bədii tərtıbatının tələbələr tərəfindən hazırlandığını  bildirdim. Ali məktəbimiz haqqında bu məlumatlar böyük maraq doğurdu. Almatının mərkəzi telekanalı tələbəmizdən müsahibə götürərək festivalla bağlı rəyini öyrəndi.

Festivalın münsiflər heyətinə əməkdar incəsənt xadimi, Qazaxıstanın dövlət mükafatı laureatı, professor, teatrşünas Sıqay Amirbəy Topabayuli rəhbərlik edirdi.

Tələbələrimizin çıxışı noyabrın 10-da Astana Mədəniyyət Teatr İnstitutunun tələbələrinin çıxışından sonra  başladı. Tələbələrin çıxısı alqışla qarşılansa da, tamaşaçılar da müəyyən nöqsanları görüb öz münasibətini bildirməkdən çəkinmirdilər. Hiss olunurdu ki, həm münsiflər heyəti, həm   tamaşaçılar çıxışa obyektiv tələbkarlıqla yanaşırdılar. Tamaşanın gedişi zalda əks-səda doğururdu. Buna görə mən münsiflər heyətinin tərkibində olsam da,  həyəcan keçirir, tələbələrimizin çıxışlarını səbirsizliklə gözləyirdim.

Beləliklə, tələbələrimizin çıxışını elan etdilər. Zalda ayaq  üstə duranların  sayı oturanların sayından xeyli  artıq idi. Bu maraq məni çox sevindirirdi.

Əsər müxtəlif mövzuları əhatə edən, 7 etüddən ibarət bütöv bir tamaşa idi. Müstəqil olan  hər bir hissə bir-birilə bədii təsvir  ifadə vasitələri, improvizə, plastika, ritm aktyorların hissetmə həssaslığı ilə bağlanırdı.

Tamaşa başlanarkən işıq səs effektlərindən istifadə olunaraq  hər bir obraz xarakterinə uyğun donmuş hərəkətdə işıqlanır tamaşaçını maraqlandırırdı.

Hər bir hissə böyük alqışlarla qarşılanırdı. Tamaşanın belə müvəffəqiyyətlə getməsində kursun bədii rəhbəri, dosent Vidadi Həsənovun tamaşada  bir rejissor obrazı  kimi iştirak etməsinin rolu böyük idi.

Cəmi 10 tələbənin hazırladığı tamaşanın  təsir gücü  universitetimizdə gedən  yaradıcılıq tədris prosesinin dərəcədə yüksək olduğunu tamaşaçıların münsiflər heyətinin kəsilmək bilməyən alqışlarından aydın görünürdü. 7  hissənin hər biri  üçün hadisələrə uyğun  musiqi tapılmışdı. Hər bir hissənin mövzusu, xarakteri, ifa dinamikası,  hətta janrı da  müxtəlif idi.  Göstərilən etüdlərdə məzmunla quruluş formanın həlli səviyyəsi, ifaçılıq məharəti yüksək idi.

Aktyorlar səsləndirilən musiqi parçasını melodiya plastik hərəkətlər  vasitəsilə nümayiş etdirə bilirdilər. Bəzən elə səhnələr var idi ki, aktyor tamaşaçı ilə səssiz dialoqa girir, keçirdiyi həyəcan düşüncələrini tamaşaçılara təqdim edə bilirdi.

40 dəqiqəlik tamaşa bitdikdən sonra tamaşaçı zalı uzun müddət alqışlara qərq oldu  bu alqışlar qələbəmizdən soraq verirdi. Səhəri günü kollektivimiz səhnəyə dəvət olunaraq münsiflər heyətinin qərarını oxuyan Sıqay Amirbəy Topabayuli tərəfindən "Qran-pri" mükafatının qalibi elan edildi universitetimizin bayrağını ucalda bildik.

Bu qələbə tələbələrin, onlara dərs deyən müəllimlərin, ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin qələbəsi idi. 

 

Rafiq SADIQOV

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.19.