"Tomson Reyters" Agentliyinin məlumat bazasından
dünyanın 100-dən artıq
ölkəsində istifadə edilir
Dekabrın 6-da təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra "Tomson Reyters" Agentliyinin fəaliyyətinə ölkəmizdə böyük maraq olduğunu vurğulayıb. Nazir bu agentliklə əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin inkişafı və onun beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyəti olacağına inamını ifadə edib. Misir Mərdanov mövcud istiqamətdə əlaqələrin yaradılması təklifini irəli sürərək bu işin müvafiq qurumlarla birgə aparılmasının məqsədəuyğunluğunu vurğulayıb.
"Tomson Reyters"
Agentliyinin Mərkəzi və Şərqi
Avropa üzrə ölkə meneceri Devid Horki səmimi qəbul üçün
təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirib. Təmsil
olunduğu agentliyin fəaliyyət
istiqamətləri barədə ətraflı məlumat verən
qonaq deyib ki, "Tomson Reyters" Agentliyinin məlumat
bazasından dünyanın 100-dən artıq ölkəsində
istifadə edilir. Devid
Horki onu da əlavə edib ki, dünyanın nüfuzlu
universitetlərinin reytinqinin müəyyənləşdirilməsində
də məhz bu agentliyin
məlumat bazasına istinad edilir. Qonaq bu
bazada impakt faktoru olan elmi
jurnalların, beynəlxalq konfranslar və
patentlər barədə məlumatların yer
aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid
Horki birgə əməkdaşlığın
yaradılması istiqamətində dəstək göstərməyə
hazır olduqlarını bildirib.
"Tomson Reyters" Agentliyinin satış üzrə meneceri Mətin Tunç Türkiyə Respublikasında 2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş aparıldığını deyib və qeyd olunan agentliyin məlumat bazasından istifadənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın olduğundan söz açan qonaq ölkəmizdə elm və texnologiyanın inkişafına verilən önəmdən danışıb.
Sonra
təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin
məlumat bazasından istifadə edilməsi hüququnun əldə
olunması üçün müvafiq layihə sənədinin
hazırlanmasının və bir sıra qurumlarla birgə həmin
layihəyə baxılmasının vacibliyini diqqətə
çatdırıb.
Görüşdə
"Tomson Reyters" Agentliyinin məlumat bazasından gələcəkdə
istifadə istiqaməti və imkanları barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
9 dekabr.- S.6.