Bakı Dövlət Universiteti dünyanın

aparıcı Tokyo Boeki Ltd. şirkəti

ilə memorandum imzaladı

  

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokyo Boeki Ltd. şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşüb.

Rektor Abel Məhərrəmov elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan Tokyo Boeki Ltd. ilə əməkdaşlıqda maraqlı olduğunubu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib.

Görüş zamanı Bakı Dövlət Universiteti ilə Tokyo Boeki Ltd. şirkəti arasında "Əməkdaşlıq və əlaqələrin əsas prinsiplərinə" dair Memorandum imzalanıb. İmzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak edib.

Tərəflər universitetin innovasiyalı elmi-tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirmək üçün dəyərli təcrübə, fundamental bilikresurslara  malik Tokyo Boeki Ltd. şirkətinin, öz növbəsində, elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olduğunu nəzərə alaraq təhsil və elmin müxtəlif sahələrində, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər.

Memoranduma görə, tərəflər, ortaq fəaliyyət çərçivəsində, nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və başqa sahələrdə birgə layihələr yerinə yetirəcəklər. Memorandum, yüksək ixtisaslı Azərbaycan alimlərinin hazırlanması, alim, tədqiqatçı və başqa mütəxəssislərin mübadiləsi, Yaponiyanın yeni texnologiyalarına dair BDU-nun əməkdaş və tələbələrinə seminarların təşkili, yüksək ixtisaslı mütəxəssislərin  hazırlanması  məqsədilə təqaüd, müsabiqə,  tələbələrə dəstək və digər proqramların təşkili və reallaşdırılmasını da nəzərdə tutur.

Bu əməkdaşlığın ilk addımı olaraq adıçəkilən şirkət Bakı Dövlət Universitetini Jeol Ltd. şirkəti (Yaponiya) tərəfindən istehsal edilən JSM-7600F skanedici elektron mikroskop ilə təmin edib.  Bu mikroskopda elektron optika texnologiyalarının ən son nailiyyətləri reallaşdırılmışdır. Bu cihaz nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu model ilə müxtəlif birləşmələrin nanohissəciklərini araşdırmaq və onların miqdari analizini yerinə yetirmək, nümunələr hazırlanmadan bioloji obyektləri və keçirici olmayan obyektləri də araşdırmaq mümkün olacaq.        

 

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.9.