Təhsildə bioetikanın yerirolu

 

 Son illər respublikamızın  sosial-iqtisadi və mədəni-ictimai həyatında, demokratikhüquqi dövlət quruculuğunda, ümumən milli cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş bir sıra nailiyyətlər son dərəcə təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  4 may 2009-cu il tarixli sərəncamı ilə  "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və Milli Strategiya ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi elmin inkişafına dövlət dəstəyini şərtləndirən amillərdəndir.  Respublikamızda iqtisadiyyatın güclənməsi, qabaqcıl texnologiyaların  gətirilməsi və yaradılması, müasirdaha dəqiq tibbi avadanlıqların tətbiqi, elmi araşdırmaların genişlənməsi, ölkəmizin dünyaya inteqrasiyası yeni insani münasibətlərin formalaşmasını zəruri edir.

 

Bu insani münasibətlərin əsasında hüquqi, sosioloji və etik prinsiplər durur. İndi bütün ölkələrdə sosioloji məsələlərin həllində bioetikanın mühüm rol oynadığı xüsusilə vurğulanır. Bioetikanın vacibliyi həm rəsmi dövlət idarəetməsində və həm də qanunvericilikdə təhsildə daha qabarıq hiss olunur. Bioetika insan fəaliyyətinin bütün sahələrini əhatə etdiyindən onun prinsiplərinin tətbiqinə hər yerdə - qanunvericilikdə, tibbi praktikada, istehsalatda, təhsildə, yeni texnologiyaların cəmiyyətin həyatına müdaxiləsində böyük ehtiyac yaranmışdır. Bioetika cəmiyyətin intellektual səviyyəsinin və mədəniyyətinin artmasında, demokratikləşmənin genişlənməsində, insani keyfiyyətlərin yüksəlməsində, insanların bir-birinə və ətraf aləmə münasibətində təbiiliyin möhkəmlənməsinə xidmət edən hüquqi, etik, psixoloji bir elm sahəsidir.

Bioetikanın problemləri həm insanlara və həm də ümumiyyətlə cəmiyyətə aid olan problemlərdir. Gələcəyin vətəndaşları olaraq tələbələr öz həyati istiqamətlərini seçməklə yanaşı həm də cəmiyyətin inkişaf istiqamətini müəyyən edən hərəkətverici qüvvədirlər. Bioetika sahəsində biliklərə yiyələnənlər daha dərin əsaslandırılmış sosiolojisiyasi həllər qəbul etməyə qadir olan vətəndaşlar olurlar. Mahiyyət etibarı ilə bioetikanın tədrisinin əsas məqsədi tələbələrdə kritik anlarda  düzgün qərar qəbul etmək, yaxşını pisdən ayırd edə bilmək, həyati məsələlərin insani həllini tapmaq bacarığını formalaşdırmaqdır. Bioetika elmi fəaliyyətin, tibbi praktikanın prinsip və istiqamətlərini müəyyən edən, onların cəmiyyətdə hansı sosioloji nəticələr verəcəyini əsaslandıran bir elm sahəsinə çevrilmişdir. Bioetikanın məsələləri şəxsiyyətə, cəmiyyətə aid olduğundan çox mürəkkəbdir. Bu məsələlərə hətta spesifik bioloji məlumatlar da daxil olduğundan onların həllində yüksək dərəcədə insani keyfiyyətlər tələb olunur. Odur ki, bioetikanın tətbiqi hər bir ölkənin insanlarının milli mentalitetini, inkişaf səviyyəsini, mədəniyyətini, intellektual potensialını və təbii resurslarını nəzərə almaqla həyata keçirilməlidir.

Bioetikanın tədrisi cəmiyyətin bütün təbəqələrində həyata keçirilməlidir. Vətəndaş formalaşması orta məktəblərdən başladığından  bioetikanın tədrisi bu mərhələdə daha effektli olur. İndi respublikamızda hər il orta məktəbləri 100-120 min şagird bitirir. Onların yalnız 20-25%-i ali məktəblərdə təhsillərini davam etdirmək imkanına malikdir. Odur ki, ali məktəblərdən öncə orta məktəblərdə bioetikanın tədrisi həyati vacib məsələlərdən biridir. Orta məktəblərdə bioetikanın ilkin anlayışları, mahiyyəti və onun cəmiyyətdə rolu uyğunlaşdırılsa da ali məktəblərdə daha çox praktiki məsələlərin həllinə aid olan hüquqi, fəlsəfi, tibbi, bioloji problemlərin müzakirəsi işıqlandırılmalıdır.

Bioetikanı ixtisasından asılı olmayaraq universitetlərin bütün fakültələrində buya digər formada tədris etmək lazımdır. Bunun iki səbəbi var. Birincisi, bakalavr pilləsini qurtarmış tələbələrdə ətraf aləmə münasibətdə, sosioloji məsələlərin həllində məsuliyyət hissinin formalaşmasında, həyati hadisələrin bir-birilə əlaqələndirilməsində və nəhayət, insani münasibətlərin formalaşmasında sanki bir vakuum olur. İkincisi, onlar yiyələndikləri elmi biliklərlə gündəlik həyati hadisələrin arasında olan əlaqələri düzgün qiymətləndirə bilmirlər. Xüsusilə fundamental elm sahələrinin - biologiyanın, kimyanın, fizikanın və eləcə də texniki elmlərin problemlərini sosioloji problemlərlə əlaqələndirə bilmirlər. Məhz bioetika cəmiyyətin bütün təbəqələri arasında həmrəyliyi yaradan, onun hüquqi əsaslarla problemlərini araşdıran bir elm sahəsi olduğundan onun tədrisi univerisitetlərin bütün fakültələrində vacibdir.

Bioetikanın tədrisində təkcə müəyyən həcmdə biliklərin tələbələrə ötürülməsi onun mahiyyətini əks etdirmir. Bioetikanın tədrisi o zaman bir məna kəsb edər ki, tələbələrdə cəmiyyətin bir üzvü olmaq məsuliyyəti hissini oyatsın, onlarda insani münasibətlər, qərar qəbul edərkən bioetikanın fundamental prinsiplərinə istinad etmək qabiliyyəti formalaşdırsın.

Cəmiyyətimizdə rastlaşdığımız etik krizislər və çox ölkələrdə olduğu kimi onun prinsiplərinin tədris olunmaması gənc nəslin sağlam böyüməsində, daima vətəndaş mövqeyindən çıxış etməsində, münasibətlərdə, xüsusilə tibb müəssisələrinin  peşə fəaliyyətində və eləcə də qərarqəbuledicilərin fəaliyyətlərində aşınmalara səbəb olar. Bu nöqteyi-nəzərdən ümumi bioetikanın univeristet tələbələrinə tədrisi vətəndaş etikasının formalaşdırılmasında bir funksiya rolunu oynaya bilər.

19 oktyabr 2005-ci ildə YUNESKO-nun Baş Assambleyasının 33-cü sessiyasında Bioetikainsan hüquqlarına dair ümumi Bəyannamə qəbul edilmişdir ki, bu bəyannamədə bioetikanın əsas prinsipləri göstərilmişdir.

Bəyannamədə verilən prinsiplər toplusu dünyanın hər bir ölkəsində bioetikanın formalaşması, tətbiqi və tədrisi üçün qlobal platforma rolunu oynayır. Bəyannamədən irəli gələn vəzifələri həyata keçirmək üçün YUNESKO hər il təkmilləşdirilən baza tədris proqramı yaratmışdır. Həmin proqram universitetlərdə bioetikanın tədrisi üçün fundamental fəaliyyət proqramı hesab edilə bilər. Dünyanın bir çox ölkələrində, o cümlədən bizim ölkəmizdə bioetika tədris olunmadığından bu proqram bioetikanın tədrisi üçün başlanğıcda əsas vəsait kimi istifadə edilə bilər.

Onu qeyd etmək lazımdır ki, bioetika fənni üçün heç bir ölkədə, o cümlədən bizim olkəmizdə dəqiq və aydın tədris xəttinin olmaması, tədris proqramlarının bir-birindən kəskin fərqlənməsi, dərs saatlarının miqdarının proqramlara uygunlaşdırılmaması tələb edir ki, bu sahədə YUNESKO-nun baza tədris proqramı əsas kimi götürülərək, bioetika təhsil strategiyasını hər bir ölkə özü üçün hazırlasın.   Müxtəlif  sosial, mədəni və iqtisadi şəraitə malik olan bütün ölkələrdə baza tədris proqramının tətbiq oluna bilməsini YUNESKO-nun nəzərə almasına baxmayaraq onu qeyd etmək lazımdır ki, bu proqramla bioetikanı tələbələrə tədris edən müəllimlər özləri proqramda nəzərdə tutulan məsələlərin çatdırılması metodunu işləməlidirlər. Onlar həm proqramda və həm də digər mənbələrdə verilən bioetik məsələləri qabartmalıdırlar. Odur ki, bu baza tədris proqramını bioetika sahəsində tədris üçün minimal proqram kimi qəbul etmək  məqsədəuyğun olardı. Onu şəraitə uyğun olaraq təkmilləşdirmək və zənginləşdirmək hər bir ölkənin tədris siyasətinə uyğun yerinə yetirilməlidir.  Müəllimlər adət-ənənələrə və digər aktual problemlərə aid olan uyğun modullar da yarada bilərlər. Təhsilin strukturundan asılı olaraq buya digər univeristetdə bioetikanın tədrisi təhsilin ilkin pillələrində və ya sonrakı mərhələlərində həyata keçirilə bilər. Hər bir universitet bioetikanın tədrisini həyata keçirərkən baza tədris proqramına əlavə saatlar ayıra, onun hansı mövzularının hansı mərhələdə tədris olunmasını özü müəyyənləşdirə bilər.

Universitet müəllimləri nəzərə almalıdırlar ki, bu proqramın icrası vasitəsilə tələbələrdə insan hüquqları ilə əlaqədar olan etik aspektlərə münasibət formalaşdırmaq, sosial məsələlərin həllində vətəndaş mövqeyi göstərmək, sağlamlığın möhkəmləndirilməsinə xidmət edən etik prinsiplərin bərqərar olmasına və cəmiyyətdə yaşayış normalarına yüksək dərəcədə əməl edilməsinə gətirib çıxaran vərdişlər yaradılmasına nail olmaq mümkündür.

Tibb universitetlərində bioetikanın tədrisi adətən konkret tibbi problemlərin ətrafında qurulur. Belə proqramlarda həyat və həyatın sonu məsələlərini əhatə edən konkret mövzular verilir,  konkret situasiyalarda tibb müəssisəsinin necə hərəkət etməsi müzakirə olunur. Bioetika sahəsində təhsilin başlıca vəzifəsi ondan ibarətdir ki, o, tələbələrdə düşünməyin müxtəlif yollarını öyrətsin, suallara cavab tapmaqda sərbəst olsunlar, konkret situasiyalar üçün qərar qəbul etməyi bacarsınlar.

YUNESKO-nun bioetika baza tədris proqramında irəli sürülən prinsiplərə uyğun mövzuların seçilməsi həm tibbbiologiya fakültələrinin və həm də hüquqsosial elmlər üzrə təhsil alan tələbələr üçün münasibdir.

Digər fənlərin tədrisindən fərqli olaraq bioetika fənninin tədrisində əsas məsələlərdən biri tədrisin metodologiyasıdır. Bioetikadan biliklər toplusunun tələbələrə çatdırılması deyil, onların praktikada tətbiqi bacarığının formalaşdırılması vacibdir. Odur ki, nəyi tədris etməklə yanaşı necə tədris etmək də vacibdir. Bu sahədə Qərb universitetlərinin təcrübəsindən istifadə etməklə universitetin təhsil strategiyasına uyğun tədris proqramları yaratmaq lazımdır.

Azərbaycanın ali məktəblərində sosiologiya, hüquq, tibb, biologiya və eləcə də digər ixtisaslar  üzrə  kadrlar hazırlığı proqramlarında bioetikanın bir fənn kimi tədrisi vacib məsələlərdən biridir. Respublikamızda YUNESKO-nun bu sahədə fəaliyyətindən, dünya təcrübəsindən və beynəlxalq əməkdaşlıqdan istifadə edərək bioetikanın tədrisini müvəffəqiyyətlə həyata keçirmək mümkündür və artıq bu sahədə müəyyən addımlar da atılmışdır.

Təsadüfi deyildir ki, 2011-ci il iyunun 3-də Təhsil Nazirliyində,  YUNESKO-nun Beynəlxalq  Bioetika Komitəsinin Bakıda keçirilmiş XVIII sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor müavini, SosialHumanitar sektorun rəhbəri xanım Pilar Alvares-Laso ilə keçirilən görüşdə qonaq, Beynəlxalq Bioetika Komitəsinin bu il Bakıda keçirilən XVIII sessiyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd etməklə yanaşı, artıq Azərbaycanda bioetikatibbi hüquq üzrə elmi ixtisasın, elmi şifrin yaradılması, bioetika üzrə AMEA-nın İnsan Hüquqları  İnstitutunda  doktorantura və dissertanturanın fəaliyyətə başlamasını yüksək dəyərləndirmiş, alimlərin bu sahədə elmi araşdırmalar aparmasından məmnunluğunu bildirmişdir. YUNESKO-nun baş direktor müavini regionda bioetikanın inkişafı baxımından ilk təşəbbüsün Azərbaycanda göstərildiyini vurğulayıb, Azərbaycan televiziyasında yeni açılmış bioetikaya dair verilişin əhəmiyyəti haqqında müsbət fikirlərini bildirmişdir. Eyni zamanda xanım Pilar Alvares-Laso bildirmişdir ki,  Azərbaycanda yalnız tibb işçiləri üçün Bioetika üzrə kafedralararası kursun tədrisi aşağı kurslardan aparılsa da, bu, YUNESKO-nun tövsiyə etdiyi tədris proqramlarına  uyğun deyil. O, həmçinin digər ali təhsil müəssisələrində və orta məktəblərdə, xüsusilə sosial-humantar elmi ixtisaslar üzrə bioetikanın tədris olunmasının  zəruriliyinə toxunaraq, AMEA-nın İnsan Hüquqları İnstitutunda bioetika üzrə YUNESKO-nun baza tədris proqramının Azərbaycan dilinə tərcümə olunmasını təqdirəlayiq hal kimi səciyyələndirmişdir.

İndi dünyanın əksər universitetlərinin proqramlarına bioetika kursları daxil edilmişdir. Hesab edirik ki, müstəqil Azərbaycanda   elmin sürətli inkişaf etdirilməsində cəmiyyətin rolunun düzgün müəyyən edilməsi üçün  bioetika elminin əhəmiyyəti  çox böyük olduğundan, bu sahənin daha dərindən öyrənilməsinə və tədrisinə zəruri ehtiyac vardır.

 

Vüqar MƏMMƏDOV,

AMEA-nın İnsan Hüquqları İnstitutunun professoru,

 

Aidə  BƏNDƏLİYEVA,

AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi

Azərbaycan müəllimi.- 2011.- 9 dekabr.- S.17.