Bakı Slavyan Universitetində
"Bir günlük xəlifə"
Bakı Slavyan Universiteti 13 iyul 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Yaradılan ildən
BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü,
professor Kamal Abdullayevin
təşəbbüsü və təşkilatçılığı
ilə bir çox maraqlı layihələr həyata keçirilmişdir. Bu layihələrdən
biri də universitetdə təhsil alan, müxtəlif
ixtisaslar üzrə peşəkar mütəxəssis
olmağa hazırlaşan
tələbələrin tələbə
özünüidarəçiliyinə, yəni "Bir günlük xəlifə"
gününə cəlb
olunmasıdır.
Bakı
Slavyan Universiteti tələbələrinin müstəqil
idarəçilik qabiliyyətinin
inkişafına təkan
vermək, intellektual səviyyələrini, işgüzar
bacarıq və vərdişlərini yoxlamaq,
onlar tərəfindən
verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə bu maraqlı layihə ilk dəfə 2002-ci il dekabrın 13-də gerçəkləşmiş
və həmin gün 14 rəhbər vəzifəyə tələbələrin
namizədliyi irəli
sürülmüşdür. Obyektivliyi və şəffaflığı
təmin etmək məqsədilə seçkilər
tamamilə tələbələrin
öhdəsinə buraxılmış
və heç bir rəhbər şəxsin müdaxiləsi
olmamışdır. Növbəti
"Xəlifə" günləri
2005-ci il 13 may, 2007-ci il
13 aprel,
2009-cu il 13 noyabr
tarixlərində həyata
keçirilmiş və
həmin günlər
tələbələrin yaddaşında
unudulmaz xatirəyə
çevrilmişdir.
Builki
"Bir günlük xəlifə" özünüidarəetmə
günü 2011-ci il 13 dekabr tarixinə təsadüf etdi. Sentyabr ayından etibarən
başlanılan hazırlıqlar
artıq başa çatmışdır. Rektorun
əmri ilə seçkilərin keçirilmə
vaxtı müəyyənləşdirilmiş
və "Xəlifə"
gününün keçirilməsində
bütün
təşkilatçılıq keçmiş "xəlifə"lərdən
təşkil olunmuş
münsiflər heyəti,
Kölgə Kabineti və Tələbə Gənclər Təşkilatına
tapşırılmışdır. Tələbələr onlara verilən
xüsusi blanka özləri haqqında məlumatı və namizədlik verdikləri vəzifələr haqqında
bildiklərini yazmışlar.
Buna uyğun olaraq
tələbələrin reytinq
cədvəli, yəni
onların tələbələr
arasında nüfuz dərəcəsi müəyyənləşdirilmişdir.
Universitetin akt zalında
400-dən çox tələbənin
iştirakı ilə
seçkilər keçirilmiş
və namizədlər
müəyyən olunmuşdur.
Qeyd etmək lazımdır ki, budəfəki "Xəlifə" günündə
21 vəzifəyə 153 nəfər
tələbə namizədliyini
irəli sürmüşdür.
Sonra onlar öz aralarında
debatlar keçirmiş,
platformalarını təqdim
etmişlər. Ən maraqlı
təklif və ən dolğun platforma ilə çıxış edən
21 tələbə rəhbər
icraçı vəzifəsinə
seçilmişdir.
Təşkil olunmuş mətbuat
konfransında digər
"xəlifə"lərlə birlikdə jurnalistləri maraqlandıran suallara cavab verən builki "xəlifə"-rektor BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin
tələbəsi Murad
Abitov bildirdi: "Bu gün tələbələr
daha məsuliyyətli
və diqqətli olmalıdırlar. Bu yaşda BSU kimi böyük bir təhsil ocağına rəhbərlik etmək nə qədər şərəfli olsa da, həm də
olduqca böyük məsuliyyət tələb
edir. Sözügedən layihə bizə
bunu daha dərindən, əyani şəkildə dərk etməyə imkan verir. Xəlifəlik dövründə biz həmçinin platformamızda
təklif etdiyimiz ideyaları gerçəkləşdirə
bilərik və əsas məqsədimiz də elə bundan ibarətdir".
Universitetin tədris işləri,
elmi işlər, beynəlxalq əlaqələr,
tərbiyə işləri
və inzibati işlər üzrə
"prorektorları" Əli
İsmayılov, Ceyhun
Talıbov, Vüsal Əliyev, Nərgiz Kərimova və Elvin Sadıqov bildirdilər ki, məhz bu
layihənin Azərbaycanda
ilk dəfə olaraq
BSU-da həyata keçirilməsi, tələbələrə
göstərilən etimad
universitetimizi digər
universitetlərdən fərqləndirir
və tələbələrin
özünüidarəçilik qabiliyyətlərinin formalaşmasında
mühüm rol oynayır. Gənclər onu da qeyd etdilər ki, biz bu etimadı
doğruldacağıq və
öz vəzifələrimizin
öhdəsindən layiqincə
gələcəyik. Qeyd
etmək lazımdır
ki, onlar iş gününə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət
etmiş və ölməz rəhbərimizin
BSU-da yerləşən
büstü önünə
əklillər qoymuşlar.
"Xəlifə" günü Ukrayna Respublikasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Aleksandr Pavloviç Mişşenko universitetdə
yüksək səviyyədə
təşkil olunmuş
Ukrayna Dili və Mədəniyyəti
Mərkəzində tələbələrlə
görüşdü. Görüşdə
çıxış edən
səfir bildirdi ki, "Ukrayna ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr yüksək
səviyyədə inkişaf
edir". A.Mişşenko
onu da qeyd etdi ki,
Ukrayna-Azərbaycan əlaqələrinin
qurulmasında BSU xüsusi
çəkiyə malikdir.
"BSU həmişə məni maraqlı və mənalı layihələri ilə təəccübləndirib. Tələbələrinizə yaratdığınız şərait, onlara demokratik dəyərlərə
söykənərək göstərdiyiniz
etimad diqqətəlayiqdir.
İnanıram ki, bu gün inamlı addım atan, müstəqil qərar qəbul etmək bacarığına malik olan bu xəlifələr
gələcək işlərində
də çətinliklərin
öhdəsindən asanlıqla
gələcəklər". Görüşün sonunda
səfir tələbələrin
suallarını cavablandırdı
və xəlifələrlə
xatirə şəkli çəkdirdi.
"Xəlifə" günü çərçivəsində
bir sıra maraqlı görüşlər
də baş tutmuşdur. Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının
əməkdaşları, "İrəli" İctimai
Birliyi və
"AGAT" (Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası
Mərkəzi) təşkilatının
nümayəndələri ilə
görüş tələbələrin
xüsusi marağına
səbəb olmuşdur.
Ötən gün eyni zamanda yazıçı
Mövlud Süleymanlı
ilə tərcümənin
müasir problemləri
müzakirə olunub və professor Rəhilə
Qeybullayeva ilə
"Arxitip, adaptasiya və plagiat" mövzusunda "dəyirmi
masa" keçirilib.
Layihə çərçivəsində
həmçinin ilahiyyatçı
Hacı Şahinlə
keçirilən görüşdə
müasir dövrdə
düzgün dərk edilməyən dini anlayışlara açıqlıq
gətirilib. Universitetin akt
zalında isə TGT tərəfindən hazırlanmış
BSU himninin təqdimat mərasimi də keçirilmişdir. Qeyd edək
ki, universitetin foyesində pedaqoji fakültə tələbələrinin
əl işlərindən
ibarət sərgi hazırlanmış və
tələbələrin yaradıcılığı
nümayiş etdirilmişdir.
Universitetin II tədris binasında da "Xəlifə günü" maraqlı
görüşlərlə yadda qalıb. Belə ki,
Almaniya Federativ Respublikasının Azərbaycandakı
səfirliyinin I katibi Floran Potter filologiya fakültəsinin "dekanı"
ilə görüşmüş,
sonra isə almanşünas tələbələrə
"İmmiqrasiya problemləri"
mövzusunda mühazirə
oxumuşdur.
Universitetin "Bir günlük
xəlifə" günü
rəhbər vəzifələri
icra etmiş tələbələrə Moskva
Dövlət Linqvistik
Universitetində (Rusiya),
Minsk Dövlət Pedaqoji
Universitetində (Belarus), Poltava İqtisadiyyat və Ticarət Universitetində
(Ukrayna) fəaliyyət
göstərən Azərbaycanşünaslıq
Tədris-Mədəniyyət mərkəzləri, Kiyev Milli Linqvistik Universitetinin TGT-si, Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqı, Qırmızı
Aypara Cəmiyyəti və digər nüfuzlu müəssisə
və təşkilatlar
tərəfindən təbrik
məktubları daxil olmuş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik
vurğulanmışdır.
Tələbələr "xəlifəlik"
etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilmiş və
rəhbər vəzifələri
icra edən 21 tələbə gün ərzində öz vəzifələrini məharətlə
yerinə yetirməyə
çalışmışlar. BSU-da keçirilən
layihələrin ən
maraqlı və vaciblərindən biri olan "Xəlifə"
günü universitetdə
gənclərə nə
cür etimad göstərilməsindən xəbər
verir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
16 dekabr.- S.7.