Altı
yaşlı Mələyin fərdi rəsm sərgisi
Dekabrın 15-də Abşeron rəsm qalereyasında 6 yaşlı Mələk Şəfiyevanın "Mənim rəngli dünyam" adlı fərdi rəsm sərgisi keçirildi. Tədbiri giriş sözü ilə Nizami rayon Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti açaraq qeyd etdi ki, mərkəzin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa malik olan, onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətləri özündə əks etdirən insan yetişdirməkdir. Vurğulandı ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması həmişə diqqətdə saxlanılır və bu istiqamətdə mərkəzdə mütəmadi olaraq işlər görülür, tədbirlər həyata keçirilir. Mərkəzin üzvləri rayon, şəhər, respublika və beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirak edərək böyük uğur və nailiyyətlər qazanırlar. Bu gün mərkəzin 6 yaşlı yetirməsi olan Mələyin fərdi sərgisi hamımızı sevindirir.
Sonra Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov nazir Misir Mərdanovun səmimi təbrikini mərasim iştirakçılarına çatdırdı, balaca rəssama yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, istedadlı və bacarıqlı uşaqlar üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Sonra A.İbrahimov balaca Mələyi Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırdı.
Mələk Şəfiyeva 2005-ci ildə Bakı şəhərində anadan olub. 249 nömrəli
orta məktəbin I sinfində təhsil alır. Dərs əlaçısıdır.
Hələ kiçik
yaşlarından şəkil
çəkməyə həvəsi
onu uşaq-gənclər yaradıcılıq
mərkəzinə, rəsm
dərnəyinə gətirib. Artıq 2
ildir ki, dərnəkdə rəsm
sənətinin sirlərini müəllimi Nərminə Abdullayevadan öyrənir. Xüsusi bacarığı və qabiliyyəti ilə seçilən Mələk
özünü rənglərsiz
təsəvvür edə
bilmir, öz balaca dünyasına rənglərin gözü
ilə baxır. Bu gün mərkəzin fəxri olan qızcığaz İngiltərə, Çexiya,
Polşa, Rusiya,
Moldova, Ukrayna, Belarus və
sair ölkələrdə keçirilən
beynəlxalq rəsm müsabiqələrində Azərbaycanı
layiqincə təmsil edərək diplomlara layiq görülmüşdür. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə
həsr olunan İctimai televiziyanın elan etdiyi rəsm
müsabiqəsində balaca rəssamın əl işləri
diploma layiq görülüb.
Mələyin ən
böyük uğuru isə Çexiyada keçirilən
"Ledicse-2011" beynəlxalq bədii incəsənət
müsabiqəsində I yer qazanmasıdır.
İlk dəfə
sərgisi keçirilən
Mələyin 60-a yaxın
əl işi nümayiş olundu. Onun heyvanlar aləmindən bəhs edən "Nağıl motivi",
"Vəhşi pişik",
"Məstan pişik,
balaca pişik", "Tovuz quşu", "Pəhləvan
ayı", "Dovşan
balaları", "Əlvan
balıqlar,
təbiət mövzusuna həsr olunan "Yay gəldi",
"Gecə mənzərəsi",
"Meyvələrlə", "Qız və çiçək", "Bacılar"
"Şən yolka",
"Payız", "Günəşli
hava", "Səhra
gəmisi"
və s. sulu boya ilə çəkdiyi
rəsmlər göz oxşayırdı.
Həmin
gün mərkəzin
"Azəri inciləri"nin
vokal qrupu, "Çiçəyim" uşaq
teatr studiyasının
üzvləri, "Dənizçilər"
kolleksiyası, "Bal rəqsləri",
milli rəqs qrupunun üzvləri Mələyi bu əlamətdar gün münasibətilə öz
rəngarəng
proqramları ilə
təbrik etdilər.
Tədbirin sonunda balaca
rəssamın valideynləri
çıxış edərək
qonaqlara, mərkəzin
direktoru Lalə Qətiyə öz təşəkkürlərini bildirdilər.
Qeyd etdilər ki, uşaqlarının istedadının
aşkara çıxarılmasında
mərkəzin böyük
rolu olub.
Bu tədbir bir də onunla əlamətdar və yaddaqalan idi ki, mərkəz üzvlərinin
xarici ölkələrdə
keçirilən
müsabiqələrə təqdim olunan yaradıcılıq nümunələrinə
verilən qiymətlər
məhz burada səsləndi. Necə deyərlər, sevinc sevincə
qarışdı.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2011.- 23 dekabr.- S.14.