ADNA-nın əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin
50
illik yubileyinə həsr olunan tədbir keçirildi
Dekabrın 27-də Azərbaycan Dövlət
Neft Akademiyasının əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin 50 illik
yubileyinə həsr olunan tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra ali təhsil müəssisəsinin
akt zalında keçirilən mərasimi ADNA-nın rektoru,
akademik Siyavuş Qarayev açaraq bu gün əlamətdar bir
tarixi günün qeyd olunduğunu bildirdi. Rektor rəhbərlik
etdiyi ali məktəbdə 50 il öncə əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin
yaradıldığını deyərək onun fəaliyyəti barədə ətraflı
məlumat verdi. İftixar hissi ilə bildirdi ki, adıçəkilən
fakültə Moskvadakı Patris
Lumumba adına Xalqlar Dostluğu İnstitutundan sonra
keçmiş SSRİ məkanında əcnəbi vətəndaşlar
üçün nəzərdə tutulmuş ikinci tədris mərkəzi
olub.
Qeyd olundu ki, 50 il ərzində 13 min məzunu
olan fakültə dünyanın 103 ölkəsi
üçün dövlət və aparıcı elm xadimləri,
istehsalat rəhbərləri, neft və neft-kimya mütəxəssisləri
yetişdirib. Siyavuş Qarayev rəhbər vəzifələrə
çatmış və fakültənin fəaliyyətini həmişə
yüksək qiymətləndirən məzunlar arasında daim
doğma ali təhsi müəssisəsi ilə əlaqə
saxlayan Anqola Respublikasının indiki prezidenti Joze Eduardu
Duş Santuşun, onlarla əməkdaşlıq edən
"Petrovyetnam" Dövlət Neft-Qaz şirkətinin rəhbərliyinin
və digərlərinin xüsusi yer tutduğunu dedi.
Çıxışının sonunda
rektor qazanılan nailiyyətlərdə əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin müəllimlərinin
xüsusi əməyi olduğunu söyləyərək
onları fakültənin 50 illik yubileyi münasibəti ilə
təbrik etdi.
Sonra çıxış
üçün söz təhsil naziri Misir Mərdanova verildi.
İştirakçıları salamlayan
təhsil naziri onları bu tədbirdə görməsindən
məmnunluq hissi keçirdiyini bildirdi. Nazir ölkəmizdə
ilk texniki ali təhsil ocağı kimi çağdaş elm və
təhsil tarixində özünəməxsus yer tutan,
respublikamızda sənaye və iqtisadiyyatın müxtəlif
sahələri üçün yüksək ixtisaslı milli
mühəndis kadrların yetişdirilməsinə sanballı
töhfələr verən Azərbaycan
Dövlət Neft Akademiyasının dövlət və millət qarşısında
böyük xidmətlərinin olduğunu xüsusi qeyd etdi.
Çıxışda ali təhsil müəssisəsinin fəaliyyət
göstərdiyi 91 il ərzində
təkcə Azərbaycan üçün deyil, keçmiş
Sovetlər Birliyinin müxtəlif respublikaları ilə yanaşı,
xarici ölkələr üçün də yüksək
savada, bacarığa malik elm və mühəndis
kadrlarının hazırlığı ilə bağlı
mühüm işlər gördüyü bildirildi. Bu gün
50 illiyi qeyd olunan ADNA-nın əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin fəaliyyət
göstərdiyi müddətdə böyük inkişaf yolu
keçdiyini söyləyən təhsil naziri fakültənin
xarici ölkələr üçün peşəkar kadr
hazırlığı işindəki əhəmiyyətli
rolundan danışdı.
Nazir yola salmağa
hazırlaşdığımız 2011-ci ilin ölkəmizin
ictimai-siyasi həyatında bir sıra əlamətdar tarixi
hadisələrlə, o cümlədən bir çox ali təhsil
müəssisələrinin yubileylərinin keçirilməsi
ilə yadda qaldığını tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Nazir Misir Mərdanov xüsusilə
respublikamızın həyatında bu il baş vermiş ən
önəmli hadisənin-Azərbaycan Respublikasının
BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsini ölkə başçısı cənab
İlham Əliyevin apardığı daxili və xarici siyasətin
uğurlu nəticəsi olduğunu qürur hissi ilə qeyd
etdi.
Təhsil naziri Azərbaycan Dövlət
Neft Akademiyasına rəhbərlik edən Siyavuş Qarayevin fəaliyyətini
yüksək qiymətləndirərək əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin müəllim
və tələbələrini yubiley münasibəti ilə
öz adından, bütövlükdə Azərbaycanın təhsil
işçiləri adından təbrik edərək onlara
yeni-yeni nailiyyətlər arzuladı. Nazir Misir Mərdanov daha
sonra yüksək ixtisaslı kadrların hazırlanması sahəsində
səmərəli elmi-pedaqoji fəaliyyətinə görə
və akademiyanın əcnəbi vətəndaşlar
üçün hazırlıq fakültəsinin 50 illiyi
münasibəti ilə "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanı və Fəxri fərmanlara layiq
görülmüş əməkdaşların
adlarını açıqladı.
Səhnəyə dəvət olunan təhsil
işçilərinə layiq görüldükləri
mükafatlar təqdim edildi.
Çıxış üçün
söz alan əcnəbi vətəndaşlar üçün
hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov,
fakültənin dillər kafedrasının müdiri, əməkdar
müəllim Aida Yakovleva çalışdıqları ali təhsil
müəssisəsində əcnəbi tələbələrlə
aparılan işlərdən söz açaraq bundan sonra da
yüksək ixtisaslı kadrların hazırlanmasında var
qüvvələrini əsirgəməyəcəklərini
dedilər.
Sonda əcnəbi gənclər
çıxış edərək ali təhsil müəssisəsində
onların yüksək bilik və savad almaları
üçün yaradılan şəraitdən razılıq
hissi ilə danışdılar, göstərilən diqqət
və qayğıya görə ADNA-nın rəhbərliyinə,
professor-müəllim heyətinə öz minnətdarlıqlarını
bildirdilər.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2011.- 30 dekabr.- S.5.