Azərbaycanın Milli Qəhrəmanları
Polovinko Ruslan Aleksandroviç
1969-cu il oktyabrın 21-də Xarkov vilayətinin Zmiyev şəhərində
mühəndis ailəsində anadan olub. 1987-ci ildə Sızan Ali Hərbi Təyyarəçilər Məktəbinə
daxil olub. Ali məktəbi bitirdikdən
sonra 1991-ci ildə Naxçıvan şəhərində
yerləşən hərbi
hissəyə göndərilib.
Azərbaycan Hərbi Hava Qüvvələri yarananda xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində
davam etdirib. Ruslan 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə
qarşı əməliyyatlarda
bacarıqlı bir döyüşçü kimi
fəallıq göstərib.
Qubadlı, Laçın,
Ağdərə rayonlarının əraziləri
uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə
rəşadət nümayiş
etdirib. Dəfələrlə
həyatını ölümlə
üz-üzə qoyaraq
vertolyotu ilə son dərəcə təhlükəli
yerlərə uçuş
edib, əhalini və yaralı döyüşçüləri təhlükəsiz yerlərə
çıxarıb.
R.Polovinko
həmin təhlükəli
zonaya dördüncü uçuşu
zamanı qəhrəmancasına
həlak olub.
Azərbaycan Respublikası Prezidentinin
14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Doğulduğu Zmiyev şəhərində
dəfn olunub.
Ramazanov Şamil Ağasəf
oğlu
1976-cı
il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində anadan olub. 1993-cü ildə doğma kəndlərindəki orta
məktəbin onuncu sinfini bitirib. Bir il təsərrüfatda
çalışıb. 1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb. Şamil
bir neçə ay hərbi təlim keçdikdən sonra 777 nömrəli hərbi hissəyə göndərilib.
Orduda bir il xidmət etməsinə baxmayaraq, aparılan hərbi əməliyyatda, komandirləri
tərəfindən ona
verilən hər bir tapşırığın
yerinə yetirilməsində
peşəkar bir döyüşçü kimi
fərqlənib. Şamil
Vətənini, xalqını,
torpağını canından
artıq sevib. Əsgər yoldaşlarının,
dostlarının hörmət
və məhəbbətini
qazanıb.
Ş.Ramazanov 1995-ci ilin məlum
mart hadisələri zamanı
dövlət çevrilişinə
cəhdin qarşısını
alarkən silahlı dəstələrlə atışma
zamanı qəhrəmancasına
həlak olub.
Azərbaycan Respublikası Prezidentinin
4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Ramazanov Şamil Ağasəf oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Doğulduğu Rəhimli kəndində
dəfn olunub. Ağsu rayonunun mərkəzindəki kinoteatr
onun adını daşıyır.
Rüstəmov Məzahir İzzət
oğlu
1960-cı
il martın 2-də Bakı şəhərində
anadan olub. 1977-ci ildə 32 nömrəli məktəbi "əla"
qiymətlərlə bitirərək
1978-ci ildə BDU-nun tarix
fakültəsinə daxil
olub. Təhsilini başa çatdırdıqdan
sonra bir müddət məktəbə
pioner baş dəstə rəhbəri
göndərilib.1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
fəlsəfə kafedrasında
baş laborant işləyib. 1991-ci il martın 5-dən Dövlət
Mətbuat Komitəsində iqtisadi əlaqələr şöbəsində
aparıcı mütəxəssis
kimi fəaliyyətə
başlayıb. 1992-ci il
martın 23-də könüllü
olaraq Milli Orduya yazılaraq Şınıxa gedib. Gədəbəyin Başkənd
və Mutudərə kəndi istiqamətində
gedən döyüşlərdə
fəallıq göstərərək
düşmənin bir
neçə zirehli texnikasını ələ
keçirib.
M.Rüstəmov 1992-ci il avqustun
6-da qoşunlarımızın Başkənd və Mutudərə istiqamətində
hücuma keçən
erməni quldurlarının
üzərində qələbə
çaldığı döyüşdə
qəhrəmancasına həlak
olub.
Ailəli
idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin
5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı
şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. Təhsil aldığı 32 nömrəli
məktəb, Əhmədli
qəsəbəsindəki küçələrdən
biri onun adını daşıyır.
Yaşadığı binaya
xatirə lövhəsi
vurulub. Gədəbəy
rayonunda tuncdan abidəsi ucaldılıb.
Rüstəmov Füzuli Salah oğlu
1965-ci il dekabrın 25-də Tərtər rayonunun Hüsənli kəndində
anadan olub. 1978-ci ildə Xocalıda orta məktəbə gedərək səkkizillik təhsilini orada başa çatdırmışdı. Füzuli
əvvəlcə Xocalı
üzümçülük sovxozunda, 1990-cı ildə
isə toxuculuq fabrikində çalışıb.
Qarabağ hadisələri
başlayanda Vətənə
xidməti borcunu yerinə yetirmək üçün cəbhə
bölgəsinə yollanıb.
1990-cı ildə erməni
işğalçılarının Xankəndinə hücumlarının
qarşısını almaq
üçün əməliyyat
planı hazırlayan dörd nəfərdən
biri də Füzuli olub.
F.Rüstəmov Xocalı faciəsi
zamanı əhalinin təhlükəsizliyinin təmin
edilməsində xüsusi
şücaət göstərib.
O, erməni faşistlərinin
dinc əhaliyə qarşı törətdiyi
bu amansız və qanlı döyüşlər zamanı
ölümün pəncəsindən
neçə-neçə uşağın,
qocanın, ağır
yaralıların həyatını
xilas edərək onları təhlükəsiz zonaya çıxarıb və elə həmin vaxt aldığı ağır yaradan Ağdam Rayon Mərkəzi
Xəstəxanasında dünyasını
dəyişib.
Azərbaycan Respublikası Prezidentinin
25 fevral 1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə Rüstəmov Füzuli Salah oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Tərtər rayonunun Hüsənli
kəndində dəfn
olunub.
Rüstəmov Hidayət Eldar oğlu
1970-ci il avqustun 19-da Ağdam rayonunun Xıdırlı kəndində
anadan olub. Kəndlərindəki məktəbdə
səkkizinci sinfi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 nömrəli
texniki peşə məktəbində davam etdirib. Hidayət
1988-1990-cı illərdə sovet ordusu sıralarında
hərbi xidmətdə
olub. 1991-ci ildə Ağdam Rayon Daxili İşlər Şöbəsinin
post-patrul alayına qəbul olunub. O, ilk gündən bir çavuş kimi bütün bacarığı
ilə Vətənə
xidmət etməyə
başlayıb. 1991-ci il dekabrın 23-də
Meşəli kəndi
işğalçı ermənilərin
hücumuna məruz qalan zaman burada
yaşayan insanları təhlükəsiz
yerlərə yerləşdirərək,
təpədən dırnağa
kimi silahlanmış düşmən qüvvələri
ilə gedən qeyri-bərabər döyüşlərdə
xüsusi fəallıq
göstərib.
H.Rüstəmov elə həmin
amansız və qanlı döyüşlərdə, quduzlaşmış,
qaniçən erməni
yaraqlıları ilə
son damla qanınadək
igidliklə vuruşaraq
qəhrəmancasına həlak
olub.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Rüstəmov Hidayət Eldar oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağdam
rayonundakı Şəhidlər
xiyabanında dəfn olunub.
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.22.