"Azərbaycan
inkişaf etmiş cəmiyyətə doğru:
reallıqlar, perspektivlər" mövzusunda ümumrespublika konfransı
Azərbaycan
Universitetində 2 fevral - Azərbaycan Gəncləri
gününə həsr olunmuş "Azərbaycan inkişaf
etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər"
mövzusunda gənc tədqiqatçıların
ümumrespublika elmi-praktik konfransı keçirilir.
AzərTAc
xəbər verir ki, dövlət qurumları nümayəndələrinin,
tanınmış alimlərin, təhsil işçilərinin,
qeyri-hökumət təşkilatlarının təmsilçilərinin
iştirak etdikləri konfransda çıxış edən Azərbaycan
Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev
ümummilli lider Heydər Əliyevin gənclərə,
onların təhsilinə daim böyük diqqət və
qayğı göstərdiyini xatırlatmış, ulu öndərin
ideyalarının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini bildirmişdir.
Rektor
dövlətimizin başçısı İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
respublikamızın dinamik inkişaf etdiyini
vurğulamışdır.
Müasir
dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən
professor A.Musayev bu sahələr üzrə
reallaşdırılan proqram və layihələrin əhəmiyyətindən
danışmışdır. O, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
700-dən çox azərbaycanlı gəncin dünyanın
nüfuzlu universitetlərində təhsil
aldığını xatırlatmışdır.
Azərbaycan
Universitetinin kafedra müdiri, dosent Dünyamalı Vəliyev,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının rəhbəri
Məmməd Musayev, Milli Məclisin deputatı Əli Məsimli
və digər çıxış edənlər Prezident
İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən,
ölkəmizin iqtisadiyyatında, elm və təhsil sahələrində
qazanılan nailiyyətlərdən bəhs etmişlər.
Sonra
gənc tədqiqatçıların "Gələcəyin
strategiyasının müəyyənləşdirilməsində
modernləşmə", "Gənclərin iqtisadi fəallığının
müasir vəziyyəti və
yaxşılaşdırılması yolları",
"Mütəxəssis hazırlığının məzmununda
informasiya-kommunikasiya texnologiyalarının yeri", "Azərbaycan
təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasının
perspektivləri" və s. mövzularda məruzələri
dinlənilmiş, geniş müzakirələr
aparılmışdır.
Azərbaycan
müəllimi.- 2011.- 4 fevral.- S.15.