Yazıçı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir

 

Qobustan rayonu M.Sahibov adına Ərəbqədim kənd orta məktəbində görkəmli alim, pedaqoq, yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Rüsxət Bəzirov, şair Füzuli Soltan, məktəbin dil-ədəbiyyat müəllimi Mehman Rəcəbov, yazıçının qohumu, şair Hacı Məmməd Şirvani və digər çıxış edənlər ədibin elmi yaradıcılığı, bir-birindən maraqlı tarixi əsərlərindən, ədəbi-tənqidi görüşlərindən danışaraq bildirdilər ki, Əzizə Cəfərzadə Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsində mühüm rol oynayıb. Xalq yaradıcılığı ilə klassik ənənələri yeni formada yaşadan Ə.Cəfərzadə eyni zamanda görkəmli tədqiqatçı alim olub.

Bu maraqlı tədbirdə məktəbin şagirdləri ədibin əsərləri əsasında hazırladıqları səhnəcikləri nümayiş etdiriblər.

Sonda tədbir iştirakçıları Əzizə Cəfərzadənin məzarı önünə tər çiçəklər qoyaraq ziyarət ediblər.

 

 

Zaur İBRAHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.16.