Sumqayıtda gənc
rəssamların sərgisi keçirildi
Yanvarın 28-də Sumqayıtda
yerləşən Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində rəsm sərgisi
keçirildi. Mərkəzin rəssamlıq dərnəyinin
üzvləri Gülnar Məmmədova və Əfsanə
Piriyevanın rəsm əsərlərindən ibarət olan sərgidə
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri,
təhsil ictimaiyyəti və digər qonaqlar iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan mərkəzin direktoru Əntiqə
Rzayeva qonaqları salamlayaraq, 2 fevral Gənclər gününə
həsr olunmuş sərginin 2003-cü ildən bu günə
qədər keçirilən fərdi sərgilərin
100-cü yubileyi olduğunu bildirdi. Qeyd edildi ki, mərkəz gənclərin
asudə vaxtlarının səmərəli təşkil edilməsi
və yaradıcılıq fəaliyyəti ilə sərbəst
məşğul olması məqsədilə öz işini
onların maraq dairəsinə uyğun olaraq qurur. Mərkəzdə
fəaliyyət göstərən təsviri incəsənət
dərnəyində də məhz belə istedadlı gənclər üzə çıxarılaraq
onlara sənətin sirləri öyrədilir. O, hər
iki gənc rəssam haqqında xoş fikirlərini bildirərək,
onlara müvəffəqiyyətlər
arzuladı.
Sonra
söz Sumqayıt Şəhər İcra Hakimiyyəti
başçısının müavini Ramiz Həsənova
verildi. O, hər iki gəncin rəsm əsərlərinə
baxdıqda qürur hissi keçirdiyini və belə gənclərin
olmasının respublika üçün böyük əhəmiyyət
kəsb etdiyini bildirdi. Qeyd edildi ki, hazırda respublikamızda
gənclərin potensiallarının üzə
çıxarılması istiqamətində xeyli işlər
görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamlarına əsasən gənclərə
göstərilən diqqət və qayğıdan söz
açan R.Həsənov bu yöndə aparılan işləri
təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirildi ki, yeni
tikilib istifadəyə verilən və gənclərin
istedadını üzə çıxaran Uşaq və
Yeniyetmələrin Yaradıcılıq Mərkəzi
müasir standartlara cavab verir. O, gənclər
üçün hər bir şəraitin
yaradıldığını nəzərə
çatdıraraq, onların bu imkanlardan maksimum dərəcədə
yararlanacaqlarından ümidvar
olduğunu bildirdi.
Sərgi
ilə tanış olan Sumqayıt Şəhər Təhsil
Şöbəsinin müdiri Vidadi Bağırov Gülnar və
Əfsanənin rəsmləri barədə xoş fikirlər
səsləndirdi. O, belə tədbirlərin
keçirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, gənclərin
fikirlərini və maraqlarını yaradıcılıq və
digər faydalı sahələrə yönəltmək və
onların istedadını üzə çıxarmaq
qarşımızda duran əsas vəzifələrdən
biridir. Hesab edirəm ki, bu istiqamətdə aparılan işlər
artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu
gün təşkil olunmuş sərgi hamı kimi bizi də
sevindirir. Gülnar və Əfsanənin valideyn və müəllimlərinə
öz təşəkkürünü bildirən
V.Bağırov onlara gələcək işlərində
uğurlar arzuladı.
Sərgidə
çıxış edən Sumqayıt Şəhər Gənclər
və İdman İdarəsinin rəisi Musa Həsənov, 25
nömrəli orta məktəbin direktoru Əvəz Mahmud Lələdağ
gənc rəssamlar və onların çəkdikləri rəsmlər
haqqında müsbət fikirlər
söylədilər.
Sonda gənc
rəssamlara diplom və hədiyyələr verildi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.23.