Mübarizləri
olan vətən basılmaz
Fevralın
8-də Bakıdakı 95
nömrəli orta məktəbdə xalqımızın vətənpərvər,
qeyrətli oğullarından biri olan Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun doğum günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri
giriş sözü ilə məktəbin direktoru Tahir
Süleymanov açaraq Mübariz İbrahimovun
torpaqlarımızın bütövlüyü uğrunda
göstərdiyi misilsiz rəşadətindən
danışdı. Bildirdi ki, Mübariz kimi oğulları olan
xalq heç vaxt basılmaz.
Gecənin
aparıcıları Sərvər və Nərmin Milli Qəhrəmanın
həyat yolundan, göstərdiyi igidliklərindən söhbət
açdılar. Şagirdlər
Mübariz İbrahimova həsr olunan şeirlər söylədilər,
mahnılar ifa etdilər, səhnəciklər göstərdilər.
Tədbir
Mübariz İbrahimova həsr olunmuş filmin nümayişi
ilə başa çatdı.
***
Həmin gün Bakıdakı
144 nömrəli orta ümumtəhsil
məktəbində də qeyd
edildi. Dövlət himninin səslənməsi
ilə başlayan tədbiri açıq elan edən Raya Allahverdiyeva xalqımızın igid
oğullarından biri olan
Milli Qəhrəman Mübariz
İbrahimov haqqında
geniş danışaraq
onun ruhən həmişə hər bir azərbaycanlının qəlbində
yaşayacağını dedi.
IV
"b" sinif şagirdi Hüseyn 1988-ci il fevralın 7-də
Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gələn Mübariz İbrahimovun həyatı
və göstərdiyi igidlik barədə tədbir
iştirakçılarına geniş məlumat verdi.
Gecədə
çıxış edən qonaqlar da Milli Qəhrəman
haqqında böyük fəxrlə danışdılar.
Şagirdlər
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan
şeirlər dedilər, mahnılar söylədilər.
Tədbir Milli Qəhrəmana aid
filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.23.