2009-2010-cu tədris ilində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
xarici dil fənni üzrə nəticələr barədə
Ümumtəhsil məktəblərinin
XI siniflərində mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarında xarici dil fənni
üzrə test tapşırıqları tərtib edilərkən
tam kurs, yəni keçilmiş
bütün mövzular əhatə olunmuşdur.
Test tapşırıqlarının
sayı hər variantda 15 olmaqla
asan, orta, çətin səviyyələr üzrə
qruplaşdırılmışdır və təkcə
qrammatika deyil, həmçinin şagirdlərin dil vərdiş
və bacarıqları da nəzərə
alınmışdır:
* hərf və səsləri bir-birindən
fərqləndirə bilmək
* artikllərin işlənmə yerini -
birləşmələrdə yerində və düzgün
istifadə etməyi bacarmaq
* sifət və zərf, onların dərəcələrinin
düzgün seçilməsi
* əvəzliklərin düzgün işlədilməsi
* sözdüzəltmə; verilmiş
suffiks və prefikslərin köməyi ilə sözlər
düzəltmək, sadə, düzəltmə və mürəkkəb
sözləri - isimləri fərqləndirmək
* leksik minimum dairəsində sözlərin
sinonim və antonimini seçə bilmək
* sözlərin bu və ya digər nitq
hissəsinə aid olduğunu ayırd edə bilmək
* sözönülərindən yerində
istifadə etmək
* bağlayıcı və ədatları düzgün seçmək və
yerində işlətmək
* düzgün sual və inkar cümlələrini
seçə bilmək
* fellərin müxtəlif
zamanlarını düzəltmək və onları cümlədə işlətmək,
eləcə də zamanların uzlaşması qaydasını
bilmək
* felin məlum və məchul növdə
düzgün işlənməsini bilmək
* modal, bağlayıcı və köməkçi
fellərin işlənməsi yerini düzgün müəyyən
etmək
* verilmiş kiçikhəcmli orta
çətinlikli mətnləri məntiqi, düzgün və ardıcıl
tamamlamaq
* düzgün sual cümləsi qurmaq
* düzgun cümləni seçmək
* düzgün sozü və ya
variantı seçə bilmək,
məntiqi testləri anlamaq
* vasitəsiz nitqi vasitəli nitqə (və
ya əksinə) çevirə bilmək
Əyanilik üçün ingilis dilindən
istifadə olunmuş test nümunələrinə nəzər
yetirək:
1. Choose the line of
words with the sound [ıə].
A) engineer, deer, fear, pear
B) beer, dear, here, near
C) tear, stay, clear, fare
D) where, ear, dare, stairs
E) wear, fair, chair, year
Göründüyü kimi, bu test tapşırığı
fonetika bəhsinə aiddir.
Fonetika dilin səslərdən bəhs
edən bir hissəsidir. Hər bir dilin
özünəməxsus fonetik quruluşu var. Hər hansı
bir dili öyrənmək üçün əvvəlcə
onun səs sistemini, sözlərin vurğusunu öyrənmək
lazımdır.
Biz səsləri tələffüz
edirik və eşidirik, hərfləri isə yazırıq və
görürük. İngilis dilində
olan sait səslər monoftonqlara və diftonqlara
bölünür. Monoftonqlar tək
avazlı, diftonqlar isə cüt avazlı səslərdir.
Verilən test tapşırığında məqsəd
şagirdlərin variantlarda verilmiş sözlərdə
[ıə] diftonqunun düzgün tələffüzünü
bilib-bilmədiklərini yoxlamaqdır.
E variantında "fair", "chair"
sözləri,
D-də "dare",
"stairs",
C variantında "fare",
A - da isə "pear" sözlərində
[ea] diftonqu kimi səslənir.
Beləliklə, B variantı düzgün
cavabdır.
Bu tapşırığa şagirdlərin
79,89%-i düzgün, 15,08% isə
yanlış cavab vermişdir. Bu da onu göstərir
ki, bu mövzu şagirdlərimiz tərəfindən
yaxşı mənimsənilmişdir.
2. Choose the correct
nouns in the possessive case.
1. That man‘s driving so fast.
2. Max‘s got some books by Charlotte Bronte.
3. Our host‘s dogs stopped barking.
4. Your brother‘s here.
5. The postman‘s little son is naughty.
A) 3, 4
B) 1, 5
C) 2, 3
D) 3, 5
E) 4, 5
Bu test tapşırığı ismin yiyəlik
halı mövzusuna aiddir. İngilis dilində
ismin yiyəlik halı əsasən şəxs və əşya
arasında mövcud olan yiyəlik, sahiblik əlaqəsini, yəni
bu və ya digər əşyanın kimə məxsus
olduğunu bildirir. Habelə, məlumdur ki, isimlərin
yiyəlik halını düzəltmək ücün tək
isimlərin sonuna ‘s
şəkilçisi artırılır, eləcə də yiyəlik
halı ‘s şəkilçisi
ilə düzəlməyən cəm isimlərin yiyəlik
halı da eyni cür, yəni ‘s
şəkilçisi artırmaqla düzəlir. S şəkilçisi qəbul
edən cəm isimlərin yiyəlik halını düzəltmək
üçün sözün sonuna sadəcə apostrof - ‘ işarəsi qoymaq lazımdır.
Bunu da bilmək vacibdir ki, ingilis dilində
bir çox qısaltmalar var, məsələn: "is", "has" felləri, "us" əvəzliyi qısaldılmış
formada ‘s kimi verilir. Bu səbəbdən 1-ci cümlədəki
‘s - "is"-in qısaldılmış
formasıdır,
2-ci cümlədəki ‘s
"has"-ın qısaldılmış formasıdır,
4-cü cümlədəki ‘s
yenə də "is" - in qısaldılmış
formasıdır. Beləliklə də, 3-cü və 5-ci
cümlələr düzgün cavabdır: Bizim ev sahibinin itləri və Poçtalyonun kiçik oğlu -
ismin yiyəlik halında olan cümlələrdir.
Cavab: D variantıdır.
Bu test tapşırığını 59%-ə
yaxın şagirdlər doğru, 33,27% isə yanlış
cavablandırmışdır. Bu isə heç
də pis göstərici deyil.
3. Choose the correct
articles.
...Sheremetyevo is one of the best airports. ItTs... large airport.
A) -, a
B) the, the
C) the, -
D) -, the
E) a, -
Bu test tapşırığı artikl
mövzusuna aiddir. İngilis dilində Azərbaycan dilinə xas olmayan
külli miqdarda öyrənilməli və yadda
saxlanılmalı qaydalar vardır; bu dildə bəzi sözlərin
isim olması onların qarşısında artiklin işlədilməsi
ilə müəyyən edilir. Artiklin
başlıca vəzifəsi ismə xas olan qeyri-müəyyənlik
və müəyyənlik kateqoriyalarını ifadə etməkdən
ibarətdir.
İngilis dilində 2 cür artikl
vardır: qeyri-müəyyən artikl (a, an) və müəyyən
artikl (the). Qeyri-müəyyən
artikl Azərbaycan dilinə konkret isimlərlə işlənərkən
"bir" sözü kimi
tərcümə edilir və ya heç tərcümə
edilmir, başqa
bir halda isə "to be"
felindən sonra ismin necəliyindən danışıb, onu təsvir
etdikdə də işlənə bilər. Cümlənin
ikinci hissəsi buna nümunədər. Müəyyənlik
artikli isə çox vaxt işarə əvəzliyi kimi tərcümə
edilir. Bir sıra hallarda - xüsusi adların
qarşısında, şəhərlər, küçələr,
meydanlar, aeroport adları qarşısında - (testin 1-ci hissəsi
buna misaldır)
artikl işlənmir. Bu səbəbdən
B, C, D, E cavabları səhvdir.
Doğru
cavab: A
variantıdır.
Şagirdlərin 46,89%-i
bu tapşırığa düzgün cavab vermişlər. 49,35% isə yanlış variantlar
seçmişlər. Ümumiyyətlə, nəzərə alsaq ki, artikl bəhsi Azərbaycan dilində
qarşılığı olmayan və ingilis dilində
çətin hesab olunan bəhslərdən biridir, təbii ki, doğru cavab faizini qənaətbəxş
hesab etmək olar.
4. Choose the correct
degree of the adjective or the adverb.
This method seems... than the other one and people
speak... of it.
A) successful, highly
B) more successfully, highest
C) more successfully, most
highly
D) more successful, highly
E) much more successful, high
Verilən test tapşırığı
sifət və zərf mövzusuna aiddir. Azərbaycan
dilində olduğu kimi ingilis dilində də sifət şəxs
və əşyanın necəliyini bildirir. Sifətlər
sadə, düzəltmə, mürəkkəb ola
bilir və onların üç - adi, müqayisə və
üstünlük dərəcələri vardır. 1 və 2 hecalı sifətlərdə müqayisə
dərəcəsi "er"
şəkilçisi vasitəsilə, çoxhecalı sifətlərdə
isə "more"
sözü vasitəsi ilə düzəlir. Əgər sifətlər ismin keyfiyyətini bildirirsə,
zərflər də hərəkətlərin keyfiyyətini
bildirir. Zərflər mənalarına
görə hərəkətin zamanını, yerıni, səbəbini,
tərzini, necə baş verdiyini, dərəcəsini və
s. bildirir.
Zərflər də sadə, düzəltmə,
mürəkkəb olurlar, düzəltmə zərflər isə
"ly" şəkilçisi
vasitəsilə düzəlir. İngilis dilində
bir sıra fellərdən (onlara feli bağlayıcılar
deyilir) sonra zərf işlənmir və "seem" feli də həmin bu qrupa aid olan fellərdəndir.
B və C variantları elə məhz bu səbəbdən səhvdir.
Cümlədə "than" bağlayıcısı sifətin
müqayisə dərəcəsini tələb etdiyindən A -variantı da səhv
cavabdır. Cümlənin 2-ci hissəsində isə
"speak" sözu zərf tələb
etdiyindən E variantı da səhvdir.
Ümumiyyətlə, artikl bəhsi
ingilis dilində çətin hesab olunan bəhslərdən
biridir, doğru cavab D
variantıdır.
Bu tapşırığa şagirdlərin
67,59% düzgün, 26,56% şagird yanlış cavab
vermişdir. Sifət və zərf bəhsi dərsliklərimizdə
kifayət qədər geniş verildiyindən şagirdlərimiz
bu bəhsləri lazımi qədər yaxşı
anlamış və ona görə
də bu suala imtina faizi çox azdır.
5. Choose the correct
pronouns.
I haven‘t been able to find... who might be able to
help me. There must be ...who knows how to fill out this application form.
A) anyone, someone
B) no one, someone
C) anyone, no one
D) no one, anyone
E) someone, anyone
Bu test tapşırığı əvəzlik
mövzusuna aiddir. Əvəzlik əsas nitq hissələrindən biri
olub ümumiləşdirmə xüsusiyyətinə malikdir.
Məsələn, danışan "I", dinləyən "you", haqqında danışılanlar
isə "she, he, it" əvəzlikləri
ilə əvəzlənir.
İngilis dilində 11 cür əvəzlik
vardır: şəxs əvəzliyi, yiyəlik əvəzliyi,
qayıdış əvəzliyi, qeyri-müəyyən əvəzlik
və s. Bu test tapşırığı "some" və
"any" qeyri-müəyyən əvəzliklərinin
törəmələrinə aid test nümunəsidir.
Verilən cümlənin inkar cümlə
olduğunu nəzərə alsaq, aydın olur ki "some" və onun törəmələri
əsasən təsdiq cümlələrində işlənir,
buna görə də E - səhv variantdır.
İngilis dilində bir cümlədə iki inkar bildirən əvəzlik
"no", "none",
"neither" və yaxud inkar hissəciyi "not" eyni vaxtda işlənə bilməz, buna
əsasən B, C, D
variantları da səhvdir.
Tərcümə etsək görərik
ki, doğru cavab A variantıdır.
Şagirdlərin 58,39%-i
bu tapşırığı düzgün, 30,24% isə
yanlış cavablandırıb ki, bu da pis göstərici
deyil. Amma dərsliklərimizdə bu nitq hissəsi kifayət qədər
geniş işıqlandırıldığından şagirdlər
daha diqqətli olsaydılar, bu tapşırığa doğru cavab faizi daha yüksək
ola bilərdi.
6. Choose the
sentences where the verb "to do" is used as an auxiliary verb.
1. "Can I do anything for you?" I repeated.
2. You didnTt have to hurt her feelings.
3. The children will do their best to pass the exams
successfully.
4. Try to do everything as well as you can.
5. Do you understand my question?
A) 2, 5
B) 2, 3
C) 3, 5
D) 1, 2
E) 4, 5
Verilən test
tapşırığında ’to
do’ felinin köməkçi fel kimi işləndiyi cümlələri
tapmaq lazımdır.
1-ci cümlədə ’do’ əsas məna
daşıyan feldir, yəni öz mənasını
saxlayıb və - etmək
kimi tərcümə olunur.
2-ci cümlədə isə ’didn’t’ köməkçi felin inkar
formasıdır.
3-cü cümlədə ’do’ yenə də etmək - əsas məna
daşıyan feldir.
4-cü cümlədə də eyni ilə ’to do’ əsas məna
daşıyan feldir.
5-ci cümlədə isə ’do’ indiki sadə zamanda sual
cümlələrində istifadə olunan köməkçi
fel kimi işlənmişdir.
Beləliklə, doğru cavab 2-ci və
5-ci cümlələr, yəni- A
variantıdır.
Bu test tapşırığına dogru
cavab faizi - 47,57%,
yanlış isə 42,14%-dir.
Baxmayaraq ki, bu tapşırığa
düzgün cavab faizi çox da az deyil, burada şagirdlərimiz verilmiş cümlələri sadəcə
daha diqqətlə oxuyub tərcümə etsəydilər ’to
do’ felinin əsas və ya köməkçi fel kimi işlənməsini
asanlıqla tapa bilərdilər.
7. Choose the correct
Exclamatory Sentences.
1. How beautiful the scenery is!
2. How talented a painter is!
3. How well the cake tastes!
4. How sweet the flowers smell!
5. How difficult was the text!
A) 1, 5
B) 2, 4
C) 1, 4
D) 3, 5
E) 2, 3
Test tapşırığı nida cümlələrinə
aiddır. İngilis dilində hər növ cümlələrin
söz sırası olduğu kimi, nida cümlələrinin də özünəməxsus
quruluşu var.
Nida cümlələrinin
quruluşuna əsasən fel isimdən sonra işlədilir,
ona görə 5-ci cümlə səhvdir.
’How’ nida
sözü ilə başlanan cümlələrdə ’a’ ’an’
qeyri-müəyyən artiklindən istifadə olunmur. Buna
görə də
2-ci cümlə də səhvdir.
Bir sıra bağlayıcı fellərlə
- məsələn (taste, smell,
look) - cümlədə yalnız sifət işlənə
bilər, ona görə 3-cü cümlə də səhvdir.
Beləliklə, doğru cavab 1 və
4 - yəni C
variantıdır.
Bu test tapşırığına 46,18% şagird düzgün cavab verib, bu da onu
göstərir ki, şagirdlərimiz nida cümlələrini
kifayət qədər yaxşı mənimsəməyiblər.
Belə olmasaydı, 42 % -ə yaxın şagird
yanlış cavabları seçməzdi.
8. Choose the correct
sentence in the Passive Voice.
1. Was the soup tasty yesterday?
2. Was the soup eaten yesterday?
3. Was the soup given to you tasty?
4. Was the soup given to them?
A) 1, 2
B) 1, 3
C) 3, 4
D) 2, 4
E) 2, 3
Bu test tapşırığı felin məchul
növünə - məchul növdə işlənən
cümlələrə aiddir. Məchul növ Azərbaycan
dilində olduğu kimi ingilis dilində də çox işlənir.
İngilis dilində məchul
növün qurulması müəyyən qaydalar tələb
edir. Belə ki, əgər məlum növdə
mübtəda özü hərəkəti icra edirsə, məchul
növdə olan cümlələrdə hərəkətin icrası
mübtəda üzərində etdirilir, yəni hərəkət
kiminsə tərəfindən etdirilir.
Məchul növ ’to be’ felinin müvafiq zamana uyğun forması və
əsas məna daşıyan felin 3-cü forması - feli sifət
II vasitəsilə düzəlir.
1-ci cümlədə əsas məna
daşıyan fel yoxdur.
3-cü cümlədə isə ’given’ sözü verilmişdir kimi yox,
verilən - feli sifət funksiyasında çıxış
edib.
Beləliklə, doğru cavab D variantıdır.
Felin məchul növündə verilən
cümlələri şagirdlər sevə-sevə edirlər. Bu test
tapşırığına 62%-ə yaxın şagird
düzgün cavab verib. Yalnız 28,55%
yanlış cavabları seçib.
9. Choose the
sentence logically correct.
A) If you want to be a good teacher you must work hard
at your profession.
B) If you want to be a teacher you must not be hardworking.
C) If you want to be a teacher you must enter
D) If you want to help others you must do nothing.
E) If you want to buy food you must go to the
chemist's.
Bu test tapşırığı məntiqi
tərcüməyə əsasən tapılmalıdır.
Belə cümlələr şagirdlərin
tənqidi təfəkkürünü inkişaf etdirir,
onları düşünməyə sövq edir və məntiqli
seçim etməyə yönləndirir.
Düzgün tərcümə etsək görərik ki,
doğru cavab A
variantıdır.
Sevindirici haldır ki, məntiqlə əlaqəli
tapşırıqları şagirdlərimiz heç də pis
yazmayıblar, belə ki, burada doğru cavabı seçənlər
64%-ə yaxındır, yanlış cavab verənlər isə
30,76% təşkil edir.
10. Complete the
dialogue.
- Hi, is that you, Tom?
- Yes, itTs me. Hello, Nick.
- Tom, would you like to go to the
swimming pool with me?
- I’d love to, but I can’t.
- Why?
- ....
A) I like the swimming pool very much
B) My one year old son doesn’t let me
C) I am ill
D) I hate going to the swimming pool
E) Because the water is normal
Verilən dialoq şagirdlərin
danışıqda işlətdikləri sual və cavab
cümlələrini düzgün anlayıb, düzgün qura
bilmələrini yoxlamaqdır. Belə
dialoqlarda məntiqi tərcüməyə fikir verilməlidir.
Belə ki, şagird tərcüməni
düzgün edərsə, cavabı asanlıqla tapa bilər.
Doğru cavab C variantıdır. Bu
tapşırığa da 63,58% doğru
cavab verib, bu isə o deməkdir
ki, şagirdlər məntiqi tapşırıqları etməkdə
artıq bir o qədər də çətinlik çəkmirlər.
Burada yalnız 29% şagird yanlış cavaba
üstünlük vermişdir.
Qarşıdakı
buraxılış imtahanlarında şagirdlərin qabiliyyətlərini,
bilik və bacarıqlarını yoxlamaq məqsədilə
müxtəlif səpgili test tapşırıqları təklif
olunacaqdır. Onlardan fərqli tərtibata
malik bəzi nümunələri nəzərdən keçirək.
1. Choose the correct
prepositions.
George apologized...E breaking the window but his
mother went... shouting.
A) in, up
B) from, -
C) at, by
D) to, of
E) for, on
Verilən test tapşırığı
sözönü mövzusuna aiddir. Sözönü
adlanan nitq hissəsi köməkçi nitq hissəsidir.
Sözönləri sadə, düzəltmə,
mürəkkəb və s. olurlar. İfadə etdikləri
leksik-qrammatik mənalarına görə sözönüləri
məkan bildirən: in, at, in
front of və s., istiqamət
bildirən: to, into, towards və s, zaman bildirən:
for, since, after və s.
bölünür. Həmçinin
sözönüləri tabesizlik və tabelilik
bağlayıcıları olmaqla 2 qrupa bölünürlər.
Bu test tapşırığında verilən
"apologized"
sözündən sonra tabesizlik əlaqəsi ifadə edən
səbəb - nəticə bildirən bağlayıcı olan "for" işlənməlidir.
Deməli, doğru cavab E variantıdır.
2. Choose the correct
tense forms.
We... our holiday in
A) had, have
B) have, had
C) had, didn’t have
D) had, had
E) didnTt have, had
Bu test tapşırığı felin
zamanları mövzusuna aiddir. A və B variantlarında zaman
uzlaşması olmadığından bu variantlar düzgün
ola bilməz, C, D və E
variantları arasında seçim etmək üçün tərcümə
etsək, məhz tərcümə vasitəsilə cümlənin
2-ci hissəsində ’unfor-tunately’
sözü təəssüf
bildirdiyindən, verilən variantlardan yalnız D
variantının düzgün
cavab olduğunu görərik.
3. Choose the correct
variant.
I wonder, where... after classes.
A) he did go
B) he went
C) did he go
D) went he
E) did he went
Göründüyü kimi, bu test
tapşırığı məntiqə və qrammatik qaydaya əsasən
tamamlanmalıdır. Bu növ cümlələr
ingilis dilində cümlə qurarkən söz
sırasını düzgün sıralamaqda böyük əhəmiyyətə
malikdir.
Cümlə nəqli cümlə
olduğundan A, C, E variantları səhvdir.
Cümlədəki söz
ardıcıllığını izləsək D
variantının da düzgün olmadığını
görərik.
Beləliklə, doğru cavab B variantıdır.
4. Choose the correct
variant.
I’m glad they are our neighbours. They are... nice
people!
A) so
B) such a
C) such
D) as
E) though
Bu test tapşırığı mənagücləndirici
ədatlara, ’such’ və ’so’ işarə əvəzliklərinə
aiddir. Azərbaycan dilinə onlar ’elə’, ’belə’ kimi tərcümə
olunur. Bildiyimiz kimi, ’so’ ədatından sonra isim işlənmir, yalnız
’such’ ədatından sonra
isim işlənir. Buna görə də A
variantı səhvdir.
D və E variantlarında olan bağlayıcılar
isə mənaca uyğun deyil.
Cümlədəki people sözü isə cəm isim olduğundan,
qeyri-müəyyən artikllə işlənə bilməz. Deməli, B variantı da səhvdir.
Beləliklə, C variantı doğru cavabdır.
5. Choose the correct interrogative sentence.
A) Have you been able to pack all the things?
B) Have you be able to pack all the things?
C) Was you able to pack all
the things?
D) You have been able to pack all the things, have
you?
E) You will be able to pack all the things, will you?
Bu test tapşırığının
mövzusu sual cümlələri və onların
düzgün verilməsi - qurulması qaydalarına aiddir. İngilis dilində hər cümlə
növünün özünəməxsus söz
sırası vardır, o cümlədən də sual cümlələrinin.
Ümumi sual cümlələri
zamanından asılı olaraq köməkçi fellə
başlayır.
Xüsusi sual cümləsi xüsusi sual əvəzlikləri
ilə başlayır. Ayırıcı sual isə
vergül vasitəsilə ayrılır. Bildiyimiz kimi, bu
növ suallarda cümlənin 1-ci hissəsi təsdiqdə
olarsa, 2-ci hissəsi inkarlıq bildirməlidir.
D variantındakı sual cümləsi
bu növ suallardandır. Göründüyü kimi, bu qayda burada
pozulub və buna görə də D səhv variantdır.
E variantında eyni qayda tətbiq
olunmalı idi, beləliklə, bu variant da səhvdir.
C
variantında ’you’ əvəzliyi
ilə ’was’ deyil, ’were’ feli işlənilməliydi.
B-variantında isə ’to have been able to’ ifadəsi
düzgün işlədilməyib.
Doğru cavab A variantıdır.
6. Choose the correct
modal verb.
Though
the gate was locked, we E to enter the house.
A) could
B) were able
C) weren’t able
D) have to
E) donTt have to
Bu test tapşırığı modal fellərə
aid test nümunəsidir. İngilis dilində modal fellərə
naqis fellər də deyilir, onların bir çox özəllikləri
vardır, məsələn, onlar
heç vaxt "s"
sonluğu qəbul etmir, özlərindən sonra gələn
feli "to" hissəciksiz
qəbul edir, özləri sual və
inkar formasını düzəldir və s.
A variantında "could"- dan sonra "to"
gəldiyi üçün, doğru cavab ola
bilməz.
C variantını tərcümə etsək
görərik ki, bu cümlə
məntiqi cəhətdən düzgün deyil, cümlə
keçmiş zamanda verildiyindən
D və E variantları da
zamana görə uzlaşmır,
belə ki, düzgün cavab B variantıdır.
7. Choose the correct
variant.
The man looked ... and he looked at us
... .
A) strangely, angry
B) strange, angrily
C) strange, much angrily
D) strange, angry
E) strangest, angry
Verilmiş test tapşırığı
sifət/zərf
mövzusuna aid test nümunəsidir. Bilirik ki, ingilis dilində look feli həm baxmaq, həm də görünmək mənasını
verir. Bu cümlədə look - görünmək mənasında,
yəni bağlayıcı fel kimi işləndiyindən
özündən sonra sifət tələb edir, lakin cümlənin
1-ci hissəsində zərf verilib, o səbəbdən də
A variantı doğru cavab ola bilməz.
C variantının 2-ci hissəsində
much dərəcə zərfi
kimi, özündən sonra müqayisə dərəcəsi tələb
etdiyindən, bu variant da səhvdir.
D və E variantlarında cümlənin
2-ci tərəfində zərf işlənməliydi - elə ona görə də bu
variantlar da doğru ola bilməz.
Beləliklə, düzgün variant B-dir.
8. Choose the correct
pronouns.
I didn’t know... about it, as she told me...
A) anything, anything
B) something ,
everything
C) anything, nothing
D) everything, no
E) any, something
Verilmiş test tapşırığı əvəzlik bəhsinə
aiddir. Bilirik ki, any və onun törəmələri əsasən suallı və
inkarlı cümlələrdə işlədilir. A variantındakı
cümlənin 2-ci hissəsində inkarlıq verilmədiyindən,
orada anything işlənə
bilməz.
B variantında cümlənin 1-ci hissəsində
inkarlıq olduğundan something
işlənə bilməz.
D variantı da doğru cavab ola
bilməz, çünki no -
dan sonra heç bir isim işlənməyib. Deməli, düzgün
cavab C variantıdır.
9. Choose the correct
sentence in the Passive Voice.
The fitter will repair all the pipes.
A) All the pipes will be repaired the fitter.
B) All the pipes will been repaired.
C) All the pipes will be repaired.
D) All the pipes will have be repaired.
E) The fitter will be repair
all the pipes.
Bu test tapşırığı felin məchul növünə
aiddir.
Felin zaman formalarının
çoxunun məchul növü vardır. A variantında sonda tamamlığın
qarşısında by- tərəfindən sözü verilmədiyindən,
bu variant təbii ki, səhvdir.
B variantında will köməkçi
felindən sonra be əvəzinə been işləndiyindən,
bu variant da doğru ola bilməz. Cümlənin
özü gələcək sadə zaman formasında verildiyindən, D variantında have işlədilməməliydi.
E variantında isə feli sifətin sonunda
"ed" şəkilçisi yoxdur deyə, bu variant da
doğru deyil. Deməli, C variantı
düzgün cavabdır.
10. Choose the
correct interrogative sentence.
A) How long did the lesson lasted?
B) How long the lesson lasted?
C) How long does the lesson last?
D) How long do the lesson last?
E) How long the lesson lasts?
Bu test nümunəsində yenə də
düzgün xüsusi sual cümləsini tapmaq tələb
olunur.
A variantında həm köməkçi
fel "did", həm də əsas felin kökündəki "ed" olduğundan bu səhv
variantdır.
B və E variantlarında How long sual sozündən sonra köməkçi fel
işlənmədiyindən bu variantlar da doğru cavab ola bilməz.
D variantı da səhv cavabdır,
çünki cümlənin mübtədası təkdə olduğundan burada
"do" deyil, "does" köməkçi
feli işlənməliydi. Beləliklə, düzgün cavab C
variantıdır.
Gələcəkdə tənqidi təfəkkürü
inkişaf etdirən daha dolğun və
düşündürücü testlərə
üstünlük verməyi düşünürük.
Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi
Azzərbaycan
müəllimi.- 2011.-11 fevral.- S.11-12.