Qərarın elan
olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarını
elan edirəm:
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
1.22-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri"
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq olunmuş "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi"nin tətbiqi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq olunmuş "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi" rəhbərlik və icra
üçün qəbul edilsin.
2. Ümumtəhsil məktəblərinin
direktorlarına tapşırılsın
ki, 1 (bir) ay müddətində Nümunəvi
Nizamnaməyə uyğun
olaraq rəhbərlik etdikləri təhsil müəssisələrinin fərdi
nizamnaməsini hazırlayıb
təsdiq və qanunvericiliklə müəyyən
olunmuş qaydada Ədliyyə Nazirliyinin müvafiq qurumunda qeydiyyata alınmasını
həyata keçirmək
üçün Təhsil
Nazirliyinə təqdim
etsinlər.
3. Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi,
Gəncə Şəhər
Təhsil İdarəsi,
rayon (şəhər) təhsil
şöbələri, tabeliyindən
və təşkilati-hüquqi
formasından asılı
olmayaraq, respublika ərazisində yerləşən
bütün ümumtəhsil
məktəblərinin direktorları:
3.1. "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi"nin pedaqoji kollektivlərdə ətraflı
öyrənilməsini, Nümunəvi
Nizamnamə ilə valideynlərin yaxından
3.2. Ümumtəhsil məktəblərinin
bütün istiqamətlər
üzrə fəaliyyətinin
fərdi nizamnamələrindən,
habelə bu Nümunəvi Nizamnamədən
irəli gələn müddəa və tələblər əsasında
qurulmasına müntəzəm
nəzarət etsinlər.
4. Kənd rayonları
üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) 2 həftə
müddətinə Nümunəvi
Nizamnamənin müddəalarının
həyata keçirilməsi
istiqamətləri barədə
izah xarakterli təlimati məktub hazırlayıb rəhbərliyə
təqdim etsin.
5. Nümunəvi Nizamnamənin
13 yanvar 2011-ci il tarixdən qüvvəyə
minməsi ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
12 mart tarixli 109 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
ümumtəhsil məktəbinin
nümunəvi əsasnaməsi"
qüvvədən düşmüş
hesab olunsun.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavəsi
ilə birlikdə
"Azərbaycan müəllimi"
qəzetində və
"Təhsil xəbərləri"
məcmuəsində dərc
olunmasını təmin
etsin.
7. Ümumi şöbə
(H.Məmmədova) əmrin
əlavəsi ilə birlikdə çoxaldılıb
yerlərə göndərilməsini
təşkil etsin.
8. Əmrin icrasına
nəzarət nazir müavini İ.İsgəndərova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 fevral 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.4.