"Tənqid və
ədəbi proses"
Tanınmış tənqidçi, ədəbiyyatşünas alim Əhəd Hüseynovun vəfatından sonra onun "Tənqid və ədəbi proses" kitabı işıq üzü görüb. Alimin qızı - ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının əməkdaşı Zərnurə Əhədqızı tərəfindən tərtib olunan kitab "Nurlan" nəşriyyatı tərəfindən çap olunub. Kitabda Azərbaycan ədəbi-tənqidinin istedadlı və nüfuzlu nümayəndələrindən biri kimi tanınan Əhəd Hüseynovun ədəbi-tənqidi məqalələri toplanıb.
Nəsr,
poeziya, tənqid və ədəbiyyatşünaslıq məsələlərinə
həsr edilmiş bu məqalələr 1950-1970-ci illər ədəbi
prosesinin bütün mürəkkəbliyi, ziddiyyətləri,
inkişaf spesifikası, sosioloji və estetik təmayülləri
haqqında aydın təsəvvür yaradır.
Kitabda
müəllifin M.Füzulinin alleqorik əsərlərinin ideya
- estetik xüsusiyyətlərindən bəhs edən
"Füzulinin təmsilləri" adlı araşdırması və əsərlərinin
biblioqrafiyası da yer
almışdır.
Ümidvarıq
ki, "Tənqid və ədəbi proses" kitabı
filoloqlar və pedaqoji ictimaiyyət tərəfindən maraqla
qarşılanacaq.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.23.