Kimyanın tədrisində inteqrasiya ondan istifadənin səmərəli yolları

  

Bugünkü təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarından istifadə etmədən hər hansı  bir fənnin, o cümlədən kimyanın tədrisində uğur əldə etmək çətindir. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə fəallığın artırılması, məzmunun hərtərəfli aşılanması şagirdlərdə müasir dünyagörüşün formalaşdırılmasında inteqrasiyanın rolu  danılmazdır. İnteqrasiya həm məktəbdaxili məktəbdənkənar təlimlərin tətbiqi arasındakı fərqlərin aradan qaldırılmasında mühüm rol oynayır.  İnteqrasiya - müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv bölünməz obrazını formalaşdırmaq, onları inkişafa özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq onları sistemləşdirməkdir. Müasir dövrdə bu məsələyə düzgün yanaşan təhsil işçiləri kurikulumların inteqrasiyasını XXI əsrdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha düzgün yol hesab edirlər.

 

Müasir dünya təcrübəsində inteqrasiyanın fəndaxili fənlərarası modelləri mövcuddur. Xüsusilə Qərb ölkələrində bu modellərdən fənlərin məzmununun şagirdlərə çatdırılması, öyrənmə prosesinə maraq yaradılması, şagird dünyagörüşünün inkişaf etdirilməsi onların dərsdə daha fəal olması məqsədi ilə istifadə olunur

İnteqrativ dərslərin tədrisi metodikasına aşağıdakı tələblər verilir:

1. İnteqrativ dərsin mövzusu tədris kurslarının ümumiləşdiricisi roluna malik olmalıdır.

2. İnteqrasiyanın əsas prinsipi dərsin tədris tərbiyəvi tapşırığına əsasən formalaşdırılmasıdır.

3. İnteqrativ dərsin quruluşu fənlər arasında əlaqələndirici tapşırığa malik olmasıdır aşağıdakı mərhələləri əks etdirməsidir.

Müəllim:

a) Dərs mövzusunda fənlərarası əlaqənin mövcudluğunu dərk etməlidir.

b) Bilik bacarıqların ümumi fənlərə aid olduğunu bilməlidir.

c) Müəyyən bilik bacarıqdan digərinə keçidi qeyri-ənənəvi yollarla təmin etməlidir.

d) İnteqrasiya nəticəsində bilik bacarıqları ümumiləşdirməyi bacarmalıdır.

e) Yeni inteqrativ bilikləri möhkəmləndirməlidir (yeni tapşırıqların həllinə əsasən).

4. İnteqrativ dərslərdə yeni fəal təlim metodlarını tətbiq etmək, bilikləri sistemləşdirmək ümumiləşdirmək məqsədi ilə şagirdlərdə yaradıcılıq fəaliyyətini inkişaf etdirmək tələb olunur.

5. İnteqrativ dərslər bir neçə tədris fənni üzrə didaktik vəsaitlərdən kompleks  istifadə etməyin metodikasını təmin etməlidir.

6. İnteqrativ dərsləri qeyri-ənənəvi metodlarla tədris etmək məqsədəuyğundur. Məsələn, kompleks ekskursiya dərsi, konfrans, seminar, səyahət dərsi s.

7. İnteqrativ dərslərin aparılması üçün fənn müəllimləri əməkdaşlıq etməlidir.

8. İnteqrativ dərslərin nəticələrini yoxlamaq üçün xüsusi diaqnostik vasitələrin (mətn, yoxlama yazı işi, çalışma s.) köməyindən istifadə olunmalıdır.

Fənlərarası əlaqə klassik pedaqoqların yaradıcılığında geniş yer tutmuşdur. Təsadüfi deyildir ki, bu problemin prinsipləri, növləri fənlərin tədrisindəki əhəmiyyətindən çox danışılmış çoxlu sayda tədqiqat əsərləri yazılmışdır. Respublikamızın alimləri fənlərarası əlaqə haqqında elmi-metodik fikir mülahizələr söyləmiş, bu sahədə xeyli faydalı işlər görmüşlər.

Kimya fizika fənn kurikulumlarındakı məzmun standartları mövcud fənn proqramlarına əsaslanaraq kimyanın fizika biologiya  ilə əlaqəli tədrisi haqqında elmi-metodik mülahizələrimizi bir neçə dərs nümunəsində veririk.

Mövzu: Dövri sistemdə metalların mövqeyi. Atomlarının quruluşu. Kristal qəfəslərin quruluşu. Metal rabitəsi.

Məqsəd:

1. Dövri sistemdə metalların mövqeyini şərh edir.

2. Metalların atom quruluşlarını fərqləndirə bilir.

3. Metalların kristal quruluşu ilə metal rabitəsini əlaqələndirə bilir.

İş forması: qruplarla .

İş üsulu: müsahibəli şərh, fənlərarası fəndaxili əlaqə, müstəqil , fəal təlim üsulları.

Resurslar: dövri sistem cədvəli, atomun quruluş sxemi, metal kristal qəfəsi.

Dərsin gedişi: əvvəlcədən verilmiş tapşırıqlara əsaslanaraq  şagirdlərə aşağıdakı suallarla müraciət olunur:

1. Dövri sistemdə element bəsit maddələri fiziki-kimyəvi xassələrinə  görə xarakterizə edin.

2. Dövrlərdə qruplarda elementlərin atomunun quruluşu necə dəyişir?

3. Kimyəvi rabitələri adlandırın xarakterizə edin.

4. Kristal qəfəsin tiplərini xarakterizə edin.

Suallar şagirdlərə paylanır hər cütün bir suala cavab verməsi bildirilir. Sonra müəllim sinfə müraciət etməklə ardıcıl olaraq sualların cavablandırılmasına nail olur.

Motivasiya: Şagirdlərin diqqətini yeni mövzuya yönəltmək məqsədilə müəllim sinfə müraciət edir: "Elementlərin dövri sistemi, dövri qanun. Atomun quruluşu"  haqqında məlumatlarınıza əsaslanaraq metalların dövri sistemdəki mövqeyini, onların atom quruluşunu, metallara xas olan kristal quruluşu metal rabitənin təbiətini öyrənmək hər biriniz üçün maraqlı olar".

Müəllim  aşağıdakı suallardan ibarət olan vərəqlərini şagirdlərə paylayır qeyd edir ki, hər bir cüt iki suala cavab verməlidir.

1. Dövri sistem cədvəlində metallar hansı qrup dövrlərdə yerləşmişdir?

2. Dövrlərdə qruplarda metalların fəallığı necə dəyişir?

3. Ancaq metallara xas olan xassələr hansıdır?

4. Metal rabitəsinin ion kovalent rabitədən fərqi nədir?

5. Metalın kristal qəfəsinin quruluşu necədir?

6. Dövrlərdə metalların fəallığının azalmasını atomun quruluşuna əsasən izah edin.

Cavablar hazır olduqdan sonra müəllim ardıcıllıqla sualların cavablarının müzakirəsinə başlayır. Bəzi sualların cavabları ilə razılaşmayan müəllim əlavə məlumat verir.

Mövzu:  Elektroliz hadisəsi.

Məqsəd:

1. Şagird elektroliz prosesinin getməsini izah edə bilir.

2. Elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini tərtib edir.

3. Elektroliz hadisəsini elektroliz qanunu ilə əlaqələndirir.

Resurslar: U-şəkilli şüşə boru, kömür elektrodlar, batareya, elektrik lampasından ibarət dövrə, mis (ıı) xlorid duzu, distillə olunmuş su, natrium qələvisi, dəmir mıx, metalların kimyəvi aktivlik sırası, elektrolizə aid tablo.

İş forması:  qruplarda .   

İş üsulu:  problemli şərh, fəndaxili fənlərarası əlaqə, müstəqil .

Dərsin gedişi: sinfin təşkilindən sonra şagirdlər üç qrupa bölünürlər:

I qrup - S.Arrenius, II qrup - M.Faradey, III qrup - N.Beketov.

Şagirdlərin bilik bacarıqlarını araşdırmaq  üçün hər bir qrupa sorğu vərəqləri verilir. Sualların bir çoxu şagirdlərin fizikadan öyrəndiyi məlumatlara əsaslanmışdır. Nümunə olaraq  II qrupun  tapşırığını nəzərdən keçirək.

II qrup - M.Faradey    

1. Elektrod nədir?

2. NaCl K2SO4  duzlarının  dissosiasiyasının  tənliklərini yazın.

3. Dəmir(II)sulfatın elektrolizi zamanı elektrodlarda gedən oksidləşmə-reduksiya reaksiyalarının tənliklərini yazın.

4. Elektroliz hadisəsinin elektroliz qanunundan asılı olduğunu izah edin.

5. Qələvi metalları elektrolizlə almaq olarmı? Ərintidə məhlulda gedən proseslərin fərqini izah edin.

Suallar qruplara paylanır.  Qısa cavab hazırlamaları üçün 15 dəqiqə  vaxt müəyyən edilir. Bu müddətdə müəllim qruplar arasında gəzişir, lazım gəldikdə şagirdlərə istiqamət verir.  Elektroliz zamanı elektrodlarda gedən oksidləşmə-reduksiya prosesi haqqında da məlumat verir.

Mövzu: Aminturşuları

Məqsəd: Aminturşularının quruluşu, xassələri, tətbiqi haqqında şagirdlərin bilik bacarıqlara yiyələnməsinə nail olmaq.

Strategiya: Müsahibəli şərh, fənlərarası əlaqə, müstəqil işlər, qruplarda .

Resurslar: Aminturşularından nümunə, maqnezium tozu, natrium hidroksid, natrium karbonat, etil spirti, xlorid turşusu.

Dərsin gedişi: Sinfin təşkilindən sonra keçən dərsin sorğusunu aparmaq məqsədi ilə müəllim əvvəlcə şagirdlərlə frontal sorğu aparır, sorğu vərəqlərində göstərilən suallara cavab hazırlamaq üçün şagirdlərə məsləhətlərini verir. Sonra şagirdləri qruplara bölür suallara yazılı cavab hazırlamalarını bildirir.10-12 dəqiqədən sonra cavablar toplanılır yeni mövzu ilə bağlı qruplara işçi vərəqləri paylanılır. Bir qrupun suallarını nəzərdən keçirək.

Qrup-Zülallar:

1. RNT molekulunun tərkibi DNT-dən ilə fərqlənir?

2. RNT-nin hansı növləri vardır?

3. Bioloji proses zamanı aminturşularının alınmasını necə izah edə bilərsiniz?

4. Bir neçə aminturşunun quruluşunu göstərməklə onları adlandırın.

5. Aminturşuların turşu xassəsini göstərən reaksiya tənliklərini yazın.

Qruplarda şagirdlərin tapşırıqlar ətrafında hazırlığı istənilən səviyyədə olmadığı özünü göstərmişdir. Ona görə ki, aminturşuların yaxşı başa düşülməsi üçün biologiya ilə əlaqəli məsələləri başa düşməklə yanaşı fəndaxili əlaqəni düşünmək bilmək lazımdır.  Müəllim hər bir qrupda hansı suala cavab verməkdə şagirdlərin çətinlik çəkə biləcəklərini bildiyindən həmin suallar üzərində bir qədər izahat aparmalı olur.

Müəllim dərsi yekunlaşdırır şagirdlərin əldə etdikləri bilik bacarıqları möhkəmləndirmək məqsədi ilə onlara test sualları olan vərəqləri paylayır. Cavablar qiymətləndirilir. 

 

 

Mürşüd FƏRƏCOV

 

Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.20.