Ali məktəb
tələbələrinin ümummilli
liderimiz Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş
bədii yaradıcılıq festivalının keçirilməsi
barədə
Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Azəbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı
QƏRAR ¹ 250
Bakı şəhəri 10 fevral 2011-ci il
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əbədi liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 10 may 2011-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə
QƏRARA ALIR:
1. Ali məktəb tələbələrinin ümummilli
liderimiz Heydər Əliyevin
anadan olmasının
88-ci ildönümünə həsr
olunmuş bədii yaradıcılıq festivalı keçirilsin.
2. Ali məktəb tələbələrinin
bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Ali məktəblərdə tələbələrin
bədii yaradıcılıq festivalı 2011-ci ilin mart-aprel
aylarında keçirilsin.
4. Festival qaliblərinin yekun konserti 2011-ci ilin may ayının birinci ongünlüyündə
keçirilsin.
5. Bədii yaradıcılıq festivalının
Əsasnaməsi (əlavə
1), Təşkilat Komitəsi
(əlavə 2) və
Münsiflər Heyəti
(əlavə 3) üzvlərinin
siyahısı təsdiq
edilsin.
6. Respublika Təşkilat
Komitəsi, ali
təhsil müəssisələrinin
rəhbərləri, tələbə
həmkarlar ittifaqı
komitələrinin sədrləri:
- bu
qərarla təsdiq edilmiş "Əsasnamə"nin
şərtlərinə uyğun
olaraq festivalın keçirilməsini;
- hər bir
ali məktəb yekun konsertinin televiziya kanallarında işıqlandırılmasını təmin etsin.
7. Bədii yaradıcılıq
festivalının keçirilməsi
ilə bağlı tərəflər öz üzərinə götürür:
7.1. Təhsil Nazirliyi
- Festivalda 1-ci, 2-ci və
3-cü yerlərə layiq
görülənlərə hədiyyələrin alınmasını;
7.2. Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
- Diplomların, dəvətnamələrin
hazırlanmasını;
- Münsiflər Heyətinin
sədrinə 500 manat,
üzvlərinə (4 nəfər)
isə 300 manat məbləğində pul
mükafatının verilməsini;
- Festival qaliblərinin yekun konsertinin keçirilməsi
üçün yerin
icarəyə götürülməsini.
8. Nazirliyin İctimaiyyətlə
əlaqə şöbəsi
qərar və əlavələrin "Azərbaycan
müəllimi" qəzetində,
"Təhsil xəbərləri"
məcmuəsində dərc
olunmasını təmin
etsin.
9. "Təhsil işçisi"
qəzeti redaksiyası
qərar və əlavələrin, festivalın
gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.
10. Tərəflər
festivalın keçirilməsi
və qaliblərin mükafatlandırılması ilə
bağlı xərclər
smetasını hazırlayıb
15 gün müddətində
təsdiq etsinlər.
11. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə
olunsun.
Azərbaycan Respublikasının təhsil
naziri
M.MƏRDANOV
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
S.MEHBALIYEV
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.2.