Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi haqqında

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

 

QƏRAR ¹ 251

 

Bakı şəhəri    10 fevral 2011-ci il

 

Azərbaycanda şahmat geniş yayılmış ənənəvi idman oyunlarından biridir və xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində artıq ölkəmizdə şahmat oyununa maraq kütləvi xarakter almışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və onun xatirəsinə ehtiram əlaməti  olaraq respublika ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsini məqsədəuyğun hesab edir və həmin yarışların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə

 

QƏRARA ALIR:

 

1. Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilsin.

2. Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında  keçiriləcək şahmat yarışı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Şahmat yarışı 2011-ci ilin fevral-aprel aylarında üç mərhələdə  keçirilsin:

I mərhələ - orta ümumtəhsil məktəblərində martın 10-dək;

II mərhələ - şəhər rayonlarda  aprelin 10-dək;

III mərhələ - respublika üzrə Bakı şəhərində aprel ayının son ongünlüyündə.

4. Şahmat yarışının təşkili keçirilməsi üzrə Təşkilat Komitəsinin (əlavə 1), Hakimlər kollegiyasının (əlavə 2) tərkibləri Əsasnaməsi (əlavə 3) təsdiq edilsin.

5. Şəhər, rayon təhsil şöbələrinin müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı şəhər rayon komitələrinin sədrləri:

- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq yarışların I II mərhələlərinin keçirilməsini təmin etsinlər;

- şəhər rayonlarda keçirilmiş II mərhələnin qalibləri haqqında  məlumatı (soyadı, adı, atasının adı, ixtisası, yeri) 2011-ci il aprelin 15-dək Təşkilat Komitəsinə  təqdim etsinlər;

- şəhər, rayon təhsil şöbələri III mərhələdə iştirak edəcək qaliblərin ezamiyyət xərclərinin ödənilməsini təmin etsinlər;

- ATİAHİ şəhər rayon komitələri yarışların II mərhələsinin qaliblərinin mükafatlandırılmasını təmin etsinlər.

6. Yarışın keçirilməsi ilə əlaqədar tərəflər öz üzərinə götürür:

6.1. Təhsil Nazirliyi:

- yarışda I, II III yerlərə layiq görülənlərə diplomların verilməsini;

- yarışın III mərhələsinin keçirilməsi üçün yerin şəraitin təmin edilməsini:

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- yarışın qaliblərinin mükafatlandırılmasını;

I yer üçün bilgisayar,   

II yer üçün  videokamera,

III yer üçün fotoaparat,

- hakimlər kollegiyasının sədrinə 300 manat, üzvlərinə isə 200 manat məbləğində pul mükafatının verilməsini.

7. Təhsil Nazirliyinin tərbiyə məktəbdənkənar müəssisələrlə şöbəsi  ATİAHİ Respublika Komitəsinin mədəni-kütləvi idman işləri  şöbəsi bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

8. Təhsil Nazirliyinin ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərar əlavələrin "Azərbaycan müəllimi" "Təhsil işçisi" qəzetlərində  dərc edilməsini təmin etsinlər.

9. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova sədr müavini Ş.Əsgərova həvalə olunsun.

 

 

Azərbaycan Respublikasının təhsil naziri

M.MƏRDANOV

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 

Respublika Komitəsinin sədri

S.MEHBALIYEV

 

Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.2.